Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Araz Zərgər | |
---|---|
39°34′07″ şm. e. 47°37′18″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Araz Zərgər Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi vahidində kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.[2]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.