Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Rza Zaki
Rza bəy Lətifbəyov (Rza Zaki) — pedaqoq, yazıçı. Şəkidə üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906–1909), Göyçayda müsəlman cəmiyyətinin "İqbal" məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910–1914) və rus-Azərbaycan (rus-müsəlman) məktəbində (1915–1920) Azərbaycan dilindən və şəriətdən dərs demişdir. Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, "Zavallı Cavad" (1912), "Fədayi-eşq" (1912), "Koroğlu" (1913) romanlarını, "Sultan Ədbülhəmidin xəli" (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərbaycan adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir. Rza Zaki Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919-cu il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi movzuda "Azərbaycan" pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" pyesi də tamaşaya qoyulmuşdu.
Laki (film)
Laki (ing. Lucky) — Con Kerroll Linçin rejissorluğu ilə 2017-ci ildə çəkilmiş ABŞ istehsalı dram filmi. Ssenari müəllifləri Loqan Sparks və Draqo Sumoncadır. Filmin baş rolunu canlandıran aktyor Harri Din Stentonun vəfatından əvvəl son filmi olub. Film səhra qəsəbəsində yaşayan 90 yaşlı qoca ateistin həyatından bəhs edir.
Ualki
Hualqui - Çili şəhəri. Ərazisi 531 km². Əhalisi 20.660 nəfərdir (2002).
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Çiaki
Çiaki — Yapon adı. Çiaki Yamada — keçmiş Yaponiya qadın futbolçusu. Çiaki Minamiyama — Yaponiya qadın futbolçusu.
Erigeron blakei
Erigeron blakei (lat. Erigeron blakei) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Flavi Aetsi
Flavi Aetsi (ing. Flavius Aetius; 390-cı illər, Silistra[d] – 21 sentyabr 454, Ravenna) — Qərbi Roma imperiyası sərkərdəsi. 451-ci ildə romalılar və müttəfiqləri (barbar tayfaları) Aetsinin rəhbərliyi ilə Katalaun çöllərində Attilanın başçılığında olan hunları məğlub etmişdir. Aetsinin nüfuzunun artmasından qorxan imperator III Valentinian onu öldürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Cameron, Averil. The Later Roman Empire. Harvard University Press, 2007. ISBN 0-674-51194-8. Cameron, Averil. The Cambridge Ancient History: The Late Empire.
Floki Vilqerdarson
Floki Vilqerdarson İslandiya adasında olmuş ilk norveçli. "İslandiyada məskən salma" kitabında "böyük vikinq" adlandırılır. == İslandiyaya səyahət == == Bədii ədəbiyyatda == İsveçli aktyor Qustav Skarsqord History kanalında yayımlanan Vikinqlər teleserialında Floki xarakterini canlandırır. O, 5-ci mövsümdə İslandiyaya gəlir və Asqardı tapdığını zənn edir.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Gertruda planı
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.
Hotsumi Ozaki
Hotsumi Ozaki (yap. 尾崎 秀実 Ozaki Hotsumi) — yapon jurnalist, kommunist, xəfiyyə və baş nazir katibi. == Həyatı == Asahi Shinbun qəzetinin əməkdaşı kimi çalışmış Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoenin şəxsi məsləhətçisi vəzifəsinə qədər yüksəlməyi bacarmışdır. Hotsumi Ozakinin əsas xəfiyyəlik fəaliyyəti SSRİ ilə bağlıdır. Kommunist olması və sovet düşüncəsinə yaxın mövqe sərgiləməsi səbəbindən xəfiyyə Yaponiyaya xüsusi əməliyyata göndərilən Rixard Zorge ilə təmas yaratmış və onunla birlikdə hərəkət etmişdir. İkili tərəfindən Yaponiyanın daxili məlumatlarının sovetlərə ötürülməsi və Yaponiyada kommunist mühitin dəstəklənməsi yolunda gizli fəaliyyətlər icra olunmuşdur. Ozaki İkinci dünya müharibəsi dövründə Yapon hökuməti tərəfindən vətənə xəyanətdə ittiham edilərək asılan yeganə şəxsdir. Həbsxanada olduğu müddət ərzində həyat yoldaşına və qızına yazdığı şeirlər ölümündən sonra "Eşq bir ulduz yağışı kimi" adlı kitabda toplanmışdır.
Kazuo Ozaki
Kazuo Ozaki (d. 7 mart 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi. == Arxa plan == Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı. Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi.
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Mauntbetten planı
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı. == Tarixi zərurət == Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi.
Nuxrat Alanı
Nuxrat Alanı (tatar. Noqrat Alanı, Нократ Аланы, mari Виче Алан) ya da Vyatskiye Polyanı (rus. Вятские Поляны) — Rusiya Federasiyasının Kirov vilayətində yerləşən şəhər.
Phytoseius leaki
Phytoseius leaki (lat. Phytoseius leaki) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius leaki Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.