Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Rza Zaki
Rza bəy Lətifbəyov (Rza Zaki) — pedaqoq, yazıçı. == Həyatı == Şəkidə üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906-1909), Göyçayda müsəlman cəmiyyətinin "İqbal" məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910-1914) və rus-Azərbaycan (rus-müsəlman) məktəbində (1915-1920) Azərbaycan dilindən və şəriətdən dərs demişdir. Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, "Zavallı Cavad" (1912), "Fədayi-eşq" (1912), "Koroğlu" (1913) romanlarını, "Sultan Ədbülhəmidin xəli" (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərbaycan adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir. Rza Zaki Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919-cu il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi movzuda "Azərbaycan" pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" pyesi də tamaşaya qoyulmuşdu.
Ualki
Hualqui - Çili şəhəri. Ərazisi 531 km². Əhalisi 20.660 nəfərdir (2002).
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi.Zakir MəmmədovZakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professorToponimZakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Zazaki
Zaza dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Akaki Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).
Akaki Xorava
Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı. == Həyatı == Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur. 1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb. Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
Akaki Çxenkeli
Akaki Çxenkeli (19 may 1874, Xoni, İmereti – 5 yanvar 1959, Paris) — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri. == Həyatı və fəaliyyəti == 1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastından və Suxumi diyarından seçilmişdir. === Fevral inqilabından sonra === Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur.
Akaki Şanidze
Akaki Şanidze (gürc. აკაკი გაბრიელის ძე შანიძე; 14 (26) fevral 1887, Kvemo-Noqa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 29 mart 1987, Tbilisi) — sovet gürcü filoloqu (dilşunas, ədəbiyyat tarixçisi, folklorşünas), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1939), Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1941). == Həyatı == 1903-cü ildə Kutaisi Ruhani Seminariyasının məzunu oldu.1913-cü ildə Peterburq Universitetini bitirmişdir, Nikolay Marrın tələbəsi olan Akaki sonradan yeni dil təhsili növünü tənqid edirdi (təxminən 1917-ci ildə "yafət" tədqiqatlarından uzaqlaşdı).1918-ci ildə Tbilisi Universitetinin qurucularından biri oldu və təxminən 70 il orada çalışdı. 9 may 1920-ci ildə ilk dəfə universitetdə doktorluq dissertasiyasını müdafiə etdi. 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyası yaradıldıqda onun həqiqi üzvü seçildi. Şanidze XX əsrin elmi kartvelologiyasının banilərindən biri idi, əsərləri təkcə SSRİ-də deyil, xaricdə də kartvel dillərinin öyrənilməsinə təsir göstərmişdir (o, norveçli kartveloloq Hans Voqtun müəllimi idi); çox sayda şagird hazırlamışdır. Şanidzenin əsərləri Kartveli dillərinin sinxron və diaxronik öyrənilməsi, qədim gürcü abidələrinin tədqiqi və nəşri, gürcü dilinin dialektologiyası, Qafqaz Albaniyası problemi və onun yazısına həsr edilmişdir. Gürcüstan folklorunda böyük rol oynayan Xevsureti və Svan şeirlərini nəşr etdirdi. Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" orijinal mətnini yenidən hazırlamışdır. == Mükafatları == 3 Lenin ordeni (09/19/1953; 03/02/1967; 07/20/1971) "Oktyabr inqilabı" ordeni (07.20.1971) "Oktyabr inqilabı" ordeni (06/10/1945) "Xalqlar Dostluğu" ordeni (09.17.1975) 2 "Şərəf nişanı" ordeni (02.24.1941; 02.25.1987) "Əmək igidliyinə görə" medalı (08.29.1960) digər medallar == İstinadlar == == Xarici keçidlər == Həyatı.
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Ali Zakir
Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi. == Həyatı == Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.
Ami Otaki
Ami Otaki (d. 28 iyul 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Bidens blakei
Bidens blakei (lat. Bidens blakei) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
Cen Psaki
Cen Psaki və ya Cenifer Psaki (ing. Jennifer Rene «Jen» Psaki; 1 dekabr 1978, Stamford) — ABŞ Dövlət Departamentinin nümayəndəsi.
Cizzəx klanı
Cizzəx klanı Özbəkistanın Cizzəx vilayəti ilə bağlı olan qruplaşmadır. Səmərqənd klanı ilə müttəfiqdir. Klanın başçısı Özbəkistan prezidenti İslam Kərimovun müşaviri və keçmiş xarici işlər naziri Əbdüləziz Kamilov sayılır.
Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi.Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri. Ekspertlərin əsas məqsədi Almaniyaya qarşı cəza tədbirləri tətbiq etmək deyil, borc vermək üçün yollar axtarmaq idi.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır.Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Erigeron blakei
Erigeron blakei (lat. Erigeron blakei) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Flavi Aetsi
Flavi Aetsi (ing. Flavius Aetius; 390-cı illər, Silistra[d] – 21 sentyabr 454, Ravenna) — Qərbi Roma imperiyası sərkərdəsi. 451-ci ildə romalılar və müttəfiqləri (barbar tayfaları) Aetsinin rəhbərliyi ilə Katalaun çöllərində Attilanın başçılığında olan hunları məğlub etmişdir. Aetsinin nüfuzunun artmasından qorxan imperator III Valentinian onu öldürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Cameron, Averil. The Later Roman Empire. Harvard University Press, 2007. ISBN 0-674-51194-8. Cameron, Averil. The Cambridge Ancient History: The Late Empire.