Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. == Həyatı == Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Lobnor gölü
Lobnor gölü (uyğ. لوپنۇر, çin. 罗布泊) (Monqol dilindən "Lob Gölü" mənasını verən) — Çin Xalq Respublikasında Sintszyan Uyğur Muxtar Rayonunun cənub-şərq hissəsində Təklə-məkan və Qumdağ səhraları arasında yerləşən duzlu göl. 780 metr dəniz səviyyəsindən yuxarıdadır. Bir zamanlar Aral dənizi kimi iri bir göl olmuşdur. Sonradan insan fəaliyyəti nəticəsində sahəsi kiçilmiş, suyu daha da şorlaşmışdır. == Tarixi == Tarim çayı və Şule çayının da daxil olduğu göl sistemi tarixi keçmişdə 10,000 km2-i keçən qədim buzlu Tarim gölünün qalığıdır. Hidroloji cəhətdən qapalı hövzədir. 1928-ci ildə gölün sahəsi 3,100 km2 olmuşdur. Ancaq, göl ona tökülən axına maneə törətmiş barajların tikintisi nəticəsində qurumuşdur və yalnız kiçik mövsümi göllər və bataqlıqlar yarana bilir.
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. == Karyerası == Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
Lobnor dialekti
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. == Təsnifi == Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar.Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır. Buna baxmayaraq, sosial, mədəni və siyasi meyarların köməyi ilə əsasən linqvistik meyarlara əsaslanaraq belə güman etmək olar ki, Lobnor regionunda danışılan dil müstəqil dil sayıla bilməz və böyük ehtimalla müasir uyğur dilinin ləhcəsidir.
Lobnor dili

Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. == Tarixi == 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. == Mərkəzi == Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
TV Globo

Ga və Lobo (departament)
Ga və Lobo — Kamerunun cənub regionuna daxil olan departament. Departament 19 911 km² sahəni əhatə edir və 2005-ci ildə ümumi əhalisi 196 951 nəfər olmuşdur. Departamentin mərkəzi Sanqmelimada yerləşir. Kamerundakı qorunan ərazilərdə biri olan Ga Təbiət Qoruğu dapartamentin ərazisində yerləşir.