Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Zoey Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. == Filmoqrafiya == Niyə O?
Cessika Mey
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Matilda Mey
Matilda Mey (fr. Mathilda May; 8 fevral 1965, Sent-Uan-sür-Sen[d], Sena[d], Fransa) — fransız aktrisası. == Həyatı == Matilda Mey (Əsl adı Kərimə Matilda Haimdir) 1965-ci ildə fransız yazıçısı və aktyoru Viktor Haimin ailəsində doğulub. Kökəncə türk yəhudisidir. Anası isveçli xoreoqraf Marqareta Hansondur. Mey uşaqlıqdan rəqslə məşğul olurdu. Sonra aktrisalıq sənəti dərsləri almağa başladı. 1984-cü ildə kino sənətindədir. İlk filmi "Nemo"dur. Matilda Mey üç dəfə ailə qurub.
Mey Faynqold
Mey Faynqold (Мei Finegold; 16 dekabr 1982, Rişon-le-Sion, Mərkəz dairəsi) — İsrail müğənnisi. Mey Faynqold "Same Heart" mahnısı ilə İsraili 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir..
Mey Feynqold
Mey Faynqold (Мei Finegold; 16 dekabr 1982, Rişon-le-Sion, Mərkəz dairəsi) — İsrail müğənnisi. Mey Faynqold "Same Heart" mahnısı ilə İsraili 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir..
Mey Mask
Mey Mask (ing. Maye Musk, qız adı-Haldeman; 19 aprel 1948, Recayna[d]) — Kanada-Cənubi Afrika modeli və dietoloqu.Həmçinin İlon Mask, Kimbal Mask və Toska Maskın anası.50 il model olaraq Time jurnalı sağlamlıq nəşri, Qadınlar Günü və Vogue da daxil olmaqla məşhur jurnalların üz qabığında yer aldı.New York Post, öz-özünə şöhrət qazandığını bildirərək onun "öz başına bir ulduz" olduğunu elan etdi. == Erkən yaşları və ailəsi == Maye Haldeman 19 aprel 1948-ci ildə Kanadanın Saskaçevan vilayətinin Regina şəhərində əkiz və beş uşaqdan biri olaraq anadan olmuşdur. Ailəsi 1950-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərinə köçüb. Valideynləri Uinnifred Jozefin Fletşer və həkim-terapevt və həvəskar arxeoloq Dr. Joşua Norman Haldeman macəraçı idilər və ailə 1952-ci ildə dünya ətrafında uçdu. Ailəsi Kalaharinin itirilmiş şəhərini tapmaq üçün Kalahari səhrasında on ildən çox vaxt sərf etdi. Valideynləri Meyə slayd şoular göstərir və səyahətləri haqqında danışırdılar. Xanım Mask ailsi haqqında demişdir: "Valideynlərim çox məşhur idilər, lakin heç vaxt snob olmamışdılar". Haldeman 1969-cu il Miss Cənubi Afrika gözəllik müsabiqəsinin finalçısı olmuşdur.
Mey Uest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Mey Xiaohan
Mey Xiaohan (d. 11 noyabr 1996) — Çini təmsil edən su poloçusu. == Karyerası == Mey Xiaohan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Mey adası
Mey adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. İngilis admiralı Vilyam Meyin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Arxipelaqın cənubunda, Quker adasında 6.5 km cənubda, Eteric adalarından 5 km şimal-şərqdə yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 1.7 km-dir. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur.
Mey burnu
Mey burnu (ing. Cape May) — Atlantik okeanın Amerika sahillərində yerləşən burun. Burun Olimpik yarımadasında yerləşir. Üstəlik Olimpik Milli parkı ərazisinə daxildir. Nyu-Cersi ştatının ən cənub nöqtəsini təşkil edir. Burun Delaver körfəzini Atlantik okeandan ayıran təbii sərhəd rolunu oynayır. Holland dənizçisi Kornelius Meyin şərəfinə adlandırılmışdır.
T.Mey.
Teodoro Meyer (isp. Teodore Meyer; 11 dekabr 1910 – 7 aprel 1972) — Alman əsilli Argentina botaniki. == Elmi fəaliyyəti == Teodoro Meyer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Aloysia meyeri Moldenke, 1940 [syn. Aloysia gratissima (Gillies & Hook.) Tronc., 1962] Eichhornia meyeri A.G.Schulz, 1942 [syn. Eichhornia paniculata (Spreng.) Solms, 1883] Erigeron meyeri Cabrera, 1959 Şablon:Bt-latrus Gentiana meyeri Fabris, 1949 [syn. Gentianella thiosphaera (Gilg) Holub, 1967] Isoetes meyeri H.P.Fuchs, 1965, nom. nud. Juelia meyeri Sleumer, 1954 [syn. Ombrophytum subterraneum (Aspl.) B.Hansen, 1980] Nassella meyeri Torres, 1997 Salvia meyeri Legname, 1962 [syn.
Tereza Mey
Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019) == Təhsili == Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib. == Siyasi karyerası == 1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış 1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir. 1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu. 2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur.
Vanessa Mey
Vanessa-Mey Vanakorn Nikolson (ing. Vanessa-Mae Vanakorn Nicholson; çin. 陳美, Chén Měi; 27 oktyabr 1978[…], Sinqapur) — Britanyalı skripkaçı, bəstəkar, xizəkçi, müğənni. Daha çox klassik musiqinin texno janrında aranjeman etməsi ilə tanınır. Milyon tirajla satılan albomları 2006-cı ildə ona Böyük Britaniya Krallığında 30 yaşa qədər ən varlı artist adı qazandırmışdır.
Zəy rayonu
Zəy rayonu (tatar. Zəy rayonı, Зәй районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Respublikanın Tukay, Sarman, Əlmət, Aşağı Kama rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Zəy şəhəridir. == Tarixi == 1920-ci ilə qədər Zəy rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasının bir hissəsi olur. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 10 fevral 1935-ci ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Almət və Tukay rayonlarına verilməsi ilə ləğv edilir. 1 fevral 1972-ci ildə bərpa edilir.
Köhnə Əzməy (Bakalı)
Yeni Əzməy (başq. Иҫке Әзмей, rus. Старое Азмеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaşev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 73 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (51%), tatarlar (39%) üstünlük təşkil edir.
Yeni Əzməy (Bakalı)
Yeni Əzməy (başq. Яңы Әзмей, rus. Новое Азмеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaşev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr:Яңы Әзмей rayon mərkəzindən (Bakalı): 23 km, kənd sovetliyindən (Diyaşev): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94%), ruslar (6%) üstünlük təşkil edir.
C.A.Mey.
Karl Antonoviç fon Meyer (belar. Карл Антонавіч Меер, rus. Карл Антонович фон Мейер; 1 aprel 1795, Vitebsk, indiki Belorus — 24 fevral 1855, Sankt-Peterburq, Rusiya) — rus botanik-sistemçidir. == Bəzi tanınmış əsərləri == «Verzeichnis der Pflanzen, welche wahrend der 1829—1830 unternommenen Reise im Kaukasus und in Provinzen am westliehen Ufer des kaspischen Meeres gefunden und gesammelt worden sind» (1831) «Verzeichnis der im Jahre 1833 am Saisang Nor und am Irtysch gesammelten Pflanzen» (1841) «Florula provinciae Tambow» (1844) «Versuch einer Monographie der Gattung Ephedra» (1846, 8 cədvəllə) «Florula provinciae Wiatka» (1848).
Filip Con Mey
Filip Con Mey — (ing. Philip John May; iyul 1960-cı il) — ingilis bankiri və Böyük Britaniya Baş Naziri Tereza Meyin həyat yoldaşı. 1979-cu ildə, Oksford ittifaqının prezidenti olub, Oksfordda Linkoln kollecinin tarix ixtisasını bakalavr pilləsi üzrə bitirib..
Hana Mey Li
Hana Mey Li (ing. Hana Mae Lee; 28 sentyabr 1988, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, komediyaçı, model və dəb dizayneri.
Keyp-Mey (dairə)
Keyp-Mey (ing. Cape May County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 1606 km² ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Keyp-Mey dairəsində 102.326 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2008-ci ilədək əhali 6,3% azalaraq 95,838 nəfərə çatmışdı. Keyp-Mey-Kort-Haus dairənin mərkəzidir. Dairənin ən böyük şəhəri Oşen-Siti şəhəridir. Dairədə həmçinin Uayldvud kurort şəhəri də var.
Luiza Mey Alkot
Luiza Mey Alkott (29 noyabr 1832[…] – 6 mart 1888[…], Boston) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir. == Gəncliyi və ilk əsərləri == Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.
Luiza Mey Alkott
Luiza Mey Alkott (29 noyabr 1832[…] – 6 mart 1888[…], Boston) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir. == Gəncliyi və ilk əsərləri == Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.
Meri Mey Saymon
Meri Cinni Mey Saymon (ing. Mary Jeannie May Simon; fr. Mary Jeannie May Simon; 21 avqust 1947, Kangiksualucuak[d], Kvebek) — Kanadalı keçmiş aparıcı, dövlət qulluqçusu və 2021-ci ildən etibarən Kanadanın 30-cu general-qubernatoru vəzifəsində çalışan diplomat. Saymon Kvebekin Nunavik əyalətinin Kangiksualucuak şəhərində anadan olub. 1970-ci illərdə qısa müddətdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışmış, daha sonra ictimai xidmətə başlamış, Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətində vəzifə almış və Şarlottaun danışıqlarında əsas rol oynamışdır. Saymon 1994–2004-cü illərdə Kanadanın Ətraf İşləri üzrə ilk səfiri, eyni zamanda Arktik Şurasının yaradılması üçün aparıcı danışıqçı idi. 1999–2002-ci illərdə Kanadanın Danimarkadakı səfiri vəzifəsini də icra etmişdir. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Saymonun Kanadanın növbəti general-qubernatoru olaraq Jyüli Peyettin yerinə təyin olunduğunu bildirdi. == Həyatı == Meri Cinni Mey Saymon 21 avqust 1947-ci ildə Kvebekin Kangiksualucuak şəhərində, Manitobadan olan və ingilis əsilli Bob Mey və inuk olan Nensinin ailəsində anadan olub. Atası gəncliyində şimala köçdü və 1950-ci illərin əvvəllərində yerli Hudzon körfəzi şirkətinin meneceri oldu.
AMEA
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
AMEA­
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Axey
Axeylər, axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası Bizim e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.