AMEA­

Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEAAzərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi.[2]

Azərbaycan Milli Elmlər Akademiyası
AMEA
AMEA-nın əsas binası
AMEA-nın əsas binası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 23 yanvar 1945
Əvvəlki adı Azərbaycan SSR Elmlər Akademiyası
Digər məlumatlar
Prezident İsa Həbibbəyli[1]
İşçi sayı 3510
Ünvan Bakı, İstiqlaliyyət küç., 30 AZ1001
Telefon (+994 12) 5392693
(+994 12) 5108659
Sayt science.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibbtəbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi.

1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarixetnoqrafiya, dilçilik, ədəbiyyatincəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövləthüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F. Y. Levinson-Lessinq, İ. M. Qubkin, A. A. Qrossheym, N. Y. Marr, İ. İ. Meşşanov, A. N, Derjavin, İ. Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, ZoologiyaTarix, EtnoqrafiyaArxeologiya, DilƏdəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ. M. Qubkin, sonralar isə akad. S. S. Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, XankəndiQubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. A. Qrossheym, S. Dadaşov, İ. Q. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynovİ. İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019–2022) Akademiyanın prezidenti olmuşlar. 2022-ci il 25 oktyabrda akademik İsa Həbibbəyli prezident seçilmişdir.[4]

Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsidir. 10 Noyabr 2022-ci ildə şöbəyə texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseynov Hüseyn Cəlil oğlu təyin olunmuşdur.[5]

AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri İctimaiyyətlə əlaqələr və informasiya şöbəsisidir. Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.[6]

19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılıb.[7] “Elektron Akademiya” şöbəsinə rəis AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təyin olunub.[8]

Üzv olduğu və əməkdaşlıq etdiyi təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • 10 aprel 2023-cü ildə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü olmuşdur və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti, akademik Murat Jurinov imzalayıblar.[10]
  • 5 iyul 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski tərəfindən imzalanmışdır.[11]
  • Beynəlxalq Elmi Şuranın (ISC) tamhüquqlu üzvüdür.[12]
  • 23 iyul 2024-cü ildə AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib.[13] Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır.[14]
Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (İsmailiyyə Sarayı)

Regional bölmələri

[redaktə | mənbəni redaktə et]
  1. AMEA Naxçıvan bölməsi
  2. AMEA Gəncə bölməsi

Regional elmi mərkəzləri

[redaktə | mənbəni redaktə et]
  1. AMEA Şəki Regional Elmi Mərkəzi
  2. AMEA Lənkəran Regional Elmi Mərkəzi
  3. AMEA Quba Regional Elmi Mərkəzi

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

# Prezidentin adı Başlama tarixi Bitmə tarixi Qeyd
1 Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 31 mart 1945 1947 vəfat edib
2 Yusif Heydər oğlu Məmmədəliyev 1947 1950 1-ci dəfə
3 Musa Mirzə oğlu Əliyev 1950 1958 vəfat edib
4 Yusif Heydər oğlu Məmmədəliyev 1958 1961 2-ci dəfə
5 Zahid İsmayıl oğlu Xəlilov 1961 1967 vəfat edib
6 Rüstəm Hacıəli oğlu İsmayılov 1967 1970 vəfat edib
7 Həsən Məmmədbağır oğlu Abdullayev 1970 1983 vəfat edib
8 Eldar Yunis oğlu Salayev 1983 1997 vəfat edib
9 Fəraməz Qəzənfər oğlu Maqsudov 1997 2000 vəfat edib
10 Mahmud Kərim oğlu Kərimov 2001 10 fevral 2013 vəfat edib
11 Akif Ağamehdi oğlu Əlizadə 25 aprel 2013 22 oktyabr 2019
12 Ramiz Ənvər oğlu Mehdiyev 23 oktyabr 2019 14 fevral 2022
- Arif Məmməd oğlu Həşimov 19 fevral 2022 25 oktyabr 2022 Prezident vəzifəsinin icraçısı[15]
13 İsa Həbibbəyli[16]
25 oktyabr 2022 Hal-hazırda
  1. "Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib". 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  2. http://www.science.gov.az/general_news/amea_nizamname.pdf[ölü keçid]
  3. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  4. "Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  5. "Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin fəlsəfə doktorları". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  6. "İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  7. "AMEA-da "Elektron Akademiya" şöbəsi yaradılıb". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  8. "AMEA-da yeni yaradılan şöbəyə rəis təyinatı olub". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  9. "AMEA Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  10. "AMEA ilə Qazaxıstanın Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  11. "AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  12. AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib
  13. AMEA daha bir nüfuzlu beynəlxalq elmi quruma üzv seçilib
  14. "IAP currently has a membership of some 150 academies of science, medicine and engineering from around the world". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  15. "Ramiz Mehdiyevi əvəz edən şəxsin kimliyi bəlli oldu". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.
  16. "İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 27 Yanvar 2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]