ZƏMİ

is. [ fars. ] Əkin yeri, tarla. Taxıl zəmisi.
– Muğan səhraları bir tamaşadır; Buğda zəmiləri qoşa-qoşadır. S.Vurğun.
Göz işlədikcə dərya kimi dalğalanan kolxoz zəmiləri artıq buğum bağlayırdı. S.Rəhimov.
Səməd sünbüllənməmişdən yanıb qaralmış zəmilərə, uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov.

Синонимы

  • ZƏMİ zəmi bax tarla
ZƏMANƏTKAR
ZƏMİN
OBASTAN VİKİ
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Qanlı zəmi (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
İsalı-i Zəmi (Urmiya)
İsalı-i Zəmi (fars. عیسی‌لوی زمی‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (24 ailə).
Zəmilərdə dairələr
Zəmilərdə dairələr — yastılanmış bitkilər vasitəsilə zəmilərdə dairə, halqa və digər həndəsi fiqurlar formasında şəkillərin əmələ gəlməsini ifadə edən termin. Bu şəkillər kiçik və ya tam şəkildə təyyarədən görünə biləcək qədər böyük olurlar. Zəmilərdə dairələrin dəqiq yaranma tarixi məlum olmasa da, 1970-ci illərdən başlayaraq bu haqda rəsmi qeydlər artmağa başlamışdır. XX əsrin son 30 illiyində 26 ölkədə 10 minə yaxın bu cür hal qeydə alınmışdır ki, bunun da 90%-i İngiltərənin cənubuna təsadüf edir. Dairələr adətən gecələr yaranır, lakin gündüzlər yaradılmış dairələrə də rast gəlinir. İnsanlar tərəfindən yaradılan dairələrin hazırlanması zamanı əsasən bir ucu dayaq nöqtəsinə, digər ucu isə bitkiləri yastılamaq üçün istifadə edilən lövhəyə bərkidilmiş ipdən istifadə edilir. Bəzi dairələr müxtəlif şirkətlər tərəfindən reklam məqsədilə sifarişlə hazırlanır. Zəmilərdə dairələrin ölçüləri 5-220 metr arasında dəyişir. Hətta ən böyüyünün uzunluğu 280-ə metrə çatır və 10 min kvadrat metr ərazini əhatə edir. İngiltərənin Stounhenc bölgəsi bu çevrələrin vətəni kimi tanınsa da, dünyanın demək olar ki, bir çox ölkəsində bu işarələrə rast gəlinib.
Zəmindar
Zəmindar — Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan şərti torpaq sahibi. Торнер Д. «Аграрный строй в Индии», Москва 1959.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
Zəminə Orucova
Zəminə Xınalı
Zəminə Xınalı - şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiri, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001). 2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

Значение слова в других словарях