Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Yumi Umeoka
Yumi Umeoka — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Zeya
Zeya (şəhər)
Zəka
Zəka (lat. ratio) və ya ağıl (yun. νους) — zehni fəaliyyətin ən yüksək növünü ifadə edən fəlsəfi kateqoriya, universal düşünmə qabiliyyəti, təhlil etmək, mücərrədləşdirmək və ümumiləşdirmək bacarığı. Foma Akvinalı "İlahiyyatın Xülasəsi" əsərində (1-ci hissə, c. 79, s. 9) insanda zəka və ağıl (intellekt) arasında fərq qoymur, lakin o, yenə də intellekti Tanrının mahiyyəti hesab edirdi, halbuki intellekt müvəqqəti şeyləri ( cognitionem ) dərk etməyə yönəlmişdir. Zəka — özünə və biliyin konseptual məzmununa yönəlmiş şüur formalarından biridir, özünü dərk edən ağıldır (Kant, Hegel). Zəka özünü prinsiplərdə, ideyalarda və ideallarda ifadə edir. Zəka şüurun digər formalarından - təfəkkür, ağıl, özünüdərk və ruhdan fərqləndirilməlidir. Əgər düşünən şüur kimi təfəkkür dünyaya yönəlibsə və onun əsas prinsipi biliyin ardıcıllığını, düşüncədə özü ilə bərabərliyini qəbul edirsə, özünü dərk edən zəka təkcə müxtəlif məzmunları deyil, həm də özünü bunun mahiyyəti ilə əlaqələndirir.
Mekka-Kola
Mekka-Kola (Mecca-Cola) - "Mecca Cola World Company" kampaniyasına əsas məhsulu olan sərinləşdirici qazlı alkoqolsuz içkinin markasıdır. Alkoqolsuz içkinin adı Məkkə şəhərinin adından götürülmüşdür. Mekka-Kola müsəlman ölkələrində istifadə edilir. Bu içki 64 ölkəyə ixrac edilir..
Mariano Diaz Meyia
Mariano Diaz Meyiya (1 avqust 1993[…], Premiya-de-Mar[d], Kataloniya) — Real Madrid kulubunun hücumçusu. Mariano Diaz 1 avqust 1993-cü ildə İsbaniyanın Premiya de mar şəhərində anadan olub.
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.
Emosional zəka
Emosional zəka (ing. Emotional intelligence) — Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, yəni uyumudur. Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Zəka və ağıl çox geniş və mücərrəd məfhumlardır. == Tarixi == Hər şey 2000 il bundan əvvəl Platonun "Hər tip öyrənmənin emosional bir təməli vardır" sözü ilə başladı. O gündən bəri alimlər, filosoflar, hətta müəllimlər hisslərin necə vacib olduğunu sübut etmək və ya bunun tam mənada nə olduğunu aydınlaşdırmaq üçün müntəzəm şəkildə araşdırmalar aparırlar. Təəssüf ki, çoxlarının gəldiyi nəticə bu idi : " Hisslərimiz yolumuza maneçilik törədir. Bizim düzgün qərar verməyimizə və fokuslanmağımıza izin vermir." Son 300 ildir isə, artan saysız araşdırmalar bunun əksini isbat edir.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Rəfiq Zəka
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Rəqəmsal Zəka
Rəqəmsal zəka — Rəqəmsal dünyada insanların problemlərə qarşı durmaq və adaptasiya etməsi üçün sosial, emosional və idraki bacarıqlarının cəmidir. Rəqəmsal zəka hər biri 8 sahədən ibarət olan 3 mərhələni əhatə edir. Rəqəmsal vətəndaşlıq (Digital Citizenship) Rəqəmsal kreativlik (Digital Creativity) Rəqəmsal rəqabətlik (Digital Competitiveness) Rəqəmsal texnologiyaların və medianın effektiv, təhlükəsiz və məsuliyyətlə istifadəsi bacarıqlarıdır. İdeaların reallaşması üçün yeni məzmun, texnoji həllər və biliklər yaradaraq rəqəmsal ekosistemin bir hissəsi olmaq bacarıqları. Qlobal problemlərin həlli üçün rəqəmsal texnologiya və medianın istifadəsi isə yeni, innovativ həllər yaratmaq bacarıqları.
Zeya (çay)
Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə). Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir. Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir. Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır.
Zeya (şəhər)
Zeya (rus. Зея) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Zeya çayı
Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə). Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir. Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir. Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır.
Zəka (jurnal)
Zəka – elmi-publisistik, ədəbi-bədii jurnaldır. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə nəşri olub. 1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. Jurnala İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır. Lakin o öz sələfindən məxsusi məzmun və mündəricəsinə, işıqlandırdığı məsələlərin əhatə dairəsinə, aktuallığına, elmi sanbalına görə xeyli fərqlənmişdir. Jurnalda Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək publisistik materiallara daha çox üstünlük verilmişdir. "Zəka" jurnalın bu müddət ərzində (1992-2006 və 2009 - cu illər) baş redaktoru yazıçı-publisist Səyadulla Kərimli olub. 1."Kitablar aləmində" jurnalının 1965–1980-ci il nömrələri.
Zəka Abışov
Zəka səviyyəsi
İntellekt əmsalı (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir.
Zəka səviyəsi
İntellekt əmsalı (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir.
Süni zəka
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir. Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir. Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər.
Milli Zəka (jurnal)
"Milli Zəka" — aylıq jurnalı 2013-cü ildən peşəkar jurnalistlər, ədəbiyyatşünaslar, elim və sənət adamları, politoloqlar, iqtisadçılar, tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, elmi və s. sahələrə aid proseslərin, yeniliklərin işıqlandırılması üzrə ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və mütəxəssislərlə yanaşı region ölkələrinin jurnalist, mütəxəssis və icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət nümayəndələri – nazirlər, ictimai-siyasi və elm xadimlərinin müsahibələrinə geniş yer verilir. Jurnalda Azərbaycanlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Azərbaycanın işğal altında olan rayonları, kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, elmi-publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. “Milli Zəka” jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Jurnal ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə yayımlanır. Jurnalın oxucuları sırasında dövlət qurumları, elmi ictimayyət nümayəndələri, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, təhsil ocaqları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər yer alır. Obyektiv, qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Rəfiq Zəka Xəndan
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Zeya su anbarı
Zeya su anbarı — Rusiyanın Amur vilayəti ərazisində Zeya çayı üzərində yerləşən su anbarı. Su anbarı 1974–1980-ci illərdə inşa edilən bənd sayəsində yaradılmışdır. Su anbarı Zeya çayının yuxarı axarlarında qərarlaşır. 40 kilometrlik enə malik hissəsindən digər hissələrdə su anbarı ensizdir. Bəzi hissələrdə isə hətta körfəzlər əmələ gətirir. Baykal-Amur magidtralı su anbarının şimalından keçir. Zeya su anbarının uzunluğu 227 km, nisbətən enli hissəsi 24 km, sahəsi 2420 km², həcmi 68,4 km³, dərinliyi 4–30 metr arasında dəyişir. Su anbarı həcminə görə Rusiya ərazisində Brat (169,3 km³) və Krasnoyarsk (73,3 km³) su anbarlarından sonra üçündür. Qış ayları su anbarının səthində 120–150 sm buz formalaşır. Su anbarının dəniz səviyyəsindən hündürlüyü 307 metrdir.
Süni zəka (film, 2001)
Süni intellekt (ing. Artificial Intelligence: AI) — Brayan Oldisin «Super oyuncaqlar bütün yay yaşayırlar» (ing. Super-Toys Last All Summer Long) hekayəsi əsasında çəkilmiş Stiven Spilberqın elmi fantastik dram filmi. «Ən yaxşı elmi fantastik filmi» naminasıyada «Saturn» mükafatı almış və 2002-ci ildə "Oskar" mükafatda «Ən yaxşı vizual effektlərə görə» nominasiyada göstərilmiş, lakin mükafatı almadı. Stenli Kubrik «Super oyuncaqlar bütün yay yaşayırlar» hekayəsinin adoptasiyası üzərində onun müəllifi Brayan Oldisi işə alıb, gec 70-ci illərdən başlayaraq işləyirdi. 1985-ci ildə Kubrik Stilberqdən filmin rejissoru olmağa təklif edib, özü isə onun prodüseri olmaq istəyirdi. Warner Bros. bu filmə əlavə sponsorluq etmək və onu yayımlamağa razılaşıb.