Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Zənata
Zənata (bər. Iznaten; ərəb. زناتة‎) — bərbər qəbilələrinin bir qrupu. Tarixən Sənhaca və Məsmüda ilə birlikdə ən böyük bərbər konfederasiyalarından biridir. Onların həyat tərzi ya köçəri və yarımköçəri olmuşdur. Bərbərlər olaraq Zənata bərbər dillərindən birində danışırdı. İbn Xəldun yazmışdır ki, onların ləhcəsi digər bərbər ləhcələrindən fərqlənir. Fransa dilçisi Edmon Desten 1915-ci ildə "Zenati" dilini, o cümlədən Mərakeşin şimal-şərqində Rif dili və Əlcəzairin şimal-şərqində Şaviyyə dili də daxil olmaqla, boş bir alt qrup olaraq təklif etmişdir. Numidiya Kahinə Rachid Bellil, Université d'Alger. "Les Zénètes du Gourara d'hier à aujourd'hui (Sahara Zenatas)".
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Agave zonata
Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Nataşa Andonova
Nataşa Andonova (mak. Наташа Андонова; 4 dekabr 1993) ― Makedoniya milli futbol komandasının kapitanı olmuş futbolçu. O, başqa Makedoniya oyunçusu Siyçe Andonovanın kiçik bacısıdır. O, Makedoniya yığması tarixinin ən yaxşı bombardiridir. Andonova karyerasına Makedoniyanın "ZFK Tikveşanka" klubunda başladı. O, ilk dəfə beynəxalq diqqəti özünə 2010-cu ildə 19-yaşlılar arasında Makedoniyada keçirilən Avropa çempionatında çəkdi. Yarışmada ən zəif komandada çıxış etməsinə baxmayaraq, Andonova turnirin ən yaxşı oyunçusu seçildi. O vaxta qədər futbolçu artıq Makedoniya millisinin əsas komandasının heyətində çıxış etmişdir. 2010-cu ilin yayında Andonova 2010–11 Çempionlar Liqasının ilkin mərhələsində oynayan "ZFK Borets" klubuna transfer oldu və qış transfer bazarında bacısı Siyçe ilə birlikdə Avropa çempionu olan "Turbine Potsdam" klubu ilə müqavilə imzaladı. Fevral ayında əsas komandanın üzvü oldu və ilk Bundesliga matçına elə həmin ay çıxdı.
Nataşa Bassett
Nataşa Bassett (ing. Natasha Bassett; 16 oktyabr 1992, Sidney) — avstraliyalı aktrisa, ssenarist və rejissor. Bassett Avstraliyanın Sidney şəhərində anadan oldu. Məktəbdə oxuyarkən aktrisalıq fəaliyyəti göstərdi. Aktrisalıq karyerasını davam etdirmək üçün on doqquz yaşında Nyu-Yorka köçdü. Yaşasın Sezar!
Nataşa Bedinqfild
Nataşa Bedinqfild (ing. Natasha Bedingfield; 26 noyabr 1981) ingiltərəli müğənni ve bəstəkar.
Nataşa Kandiç
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad). Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir. Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar.
Nataşa Krsmanoviç
Nataşa Krsmanoviç (19 iyun 1985) — Serbiya voleybolçusu. Hal-hazırda Bakının Rabitə Bakı klubunda çıxış edir.
Nataşa Lionn
Nataşa Bianka Lionn Braunşteyn (ing. Natasha Bianca Lyonne Braunstein; 4 aprel 1979[…], Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Nataşa Ninkoviç
Nataşa Ninkoviç (serb. Наташа Нинковић / Nataša Ninković 22 iyul 1972, Trebine, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — "Xilaskar", "Həyat və Müharibə", "Professional", "Tələbə" filmlərindəki rolları ilə ən yaxşı tanınan bir serb əsilli teatr və kino aktrisası. Bir sıra nüfuzlu mükafatların qalibi, dəfələrlə yerli və xarici film festivallarının ən yaxşı aktrisası seçilmişdir. Nataşa Ninkoviç 22 iyul 1972-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının (indiki Serb Respublikası, Bosniya və Herseqovina) Trebin şəhərində anadan olub. Uşaqlığını orada valideynləri Branko və Milena Ninkoviçlə keçirir. Yerli ibtidai və orta məktəbləri bitirib. Məktəbi bitirdikdən sonra Belqrada gedir və Belqrad Universitetinə daxil olur. Burada professor Vladimir Evtoviçin rəhbərliyi ilə Dram Sənəti fakültəsində oxuyur. Tələbə yoldaşları Voin Çetkoviç, Serqey Trifunoviç və Neboyşa Qloqovats kimi məşhur sənətkarlar idi. 1994-cü ildə universiteti bitirir.
Nataşa Osmokroviç
Nataşa Osmokroviç (27 may 1976, Zaqreb) — xorvatiyalı voleybolçu. Bir müddət Rabitə Bakı voleybol klubunun şərfəini qorumuşdur.
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.
Nataşa Stankoviç
Nataşa Stankoviç (4 mart 1991, Pojarevaç[d]) — Hindistan serbi, aktrisa, model, rəqqas. 2012-ci ildə Serbiyadan Hindistana köçdükdən sonra Hindistanda ən təəccüblü şəxslərdən olub. Bollivudda Satryagarha filmi ilə debüt etdi və iştirak etdiyi Böyük Boss şousunun 8-ci mövsümündə populyarlıq qazandı. 4 mart 1992-ci ildə Serbiyanın Pozarevaç şəhərində anadan olub. İlk təhsilini də Serbiyada alıb.20 yaşında ali təhsil almaq üçün yaxşıca düşünür. O, hind filmlərinin vurğunu idi.Hindistanda populyarlıq qazanmaq istəyirdi. Ona görə də, 2012-ci ildə,20 yaşında ali təhsil almaq üçün Hindistana getdi.Onun Hindistanda daimi qalmaq da fikri vardı. Bu fikir hamını təəccübləndirirdi və gözlər onda idi.Ali təhsilini aldı və model olmağa qərar vardı. Titli,Filips,Conson Conson və digər şirkətlərdə modellik etdi.Reklamlarda oynadı.Sonra aktrisa olmaq qərarına gəldi.2013-cü ildə aktyor Acay Devqandan Təklif aldı və həmin ildə Satyagraha filmində mahnı oxunularkən rəqs etdi.Həmin filmdə onunla başqa Amitabh Baççan, Karina Kapur və digər aktyor-aktrisalar oynayırdılar.Nataşa heç də pis başlamamışdı və davam etmək istəyirdi.2014-cü ildə Bandok adlı musiqili video çəkdi və orada iştirak etdi.Həmin il onun üzünə populyarlıq qapısı açıldı.O,Böyük Boss adlı şouda iştirak etdi.Bu şouya bütün ölkə baxırdı.O,bu şouda iştirak etməsi ilə də,populyarlıq qazandı.Hamı onu Hindistan serbi kimi tanıdı. Sonra həmin ildə Valey Babu adlı video çəkdi.Acay Devqan ona tanınması üçün çox köməkliklər göstərdi.
Nataşa Starr
Nataşa Starr (ing. Natasha Starr; 10 oktyabr 1987, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa pornoaktrisası.
Nataşa Vegşeider
Nataşa Vegşeider — 1994-cü ildə anadan olmuşdur. Avstriyalı bədii gimnastdır. Avstriyanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Nataşa Vegşeider 1994-cü ildə anadan olmuşdur. Nataşa Vegşeider 2015-ci ildə Avstriyaı 2015 Avropa Oyunlarında təmsil etdi.
Nataşa Yarovenko
Natalya "Nataşa" Yarovenko (ukr. Наталія (Наташа) Яровенко; 23 iyul 1979, Odessa, SSRİ) — İspaniyada yaşayan Ukrayna aktrisası.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Znamya (peyk)
Znamya — Banner layihəsi 90-cı illərdə orbital aynaya malik olan bir sıra eksperimentlər idi. Günəş enerjisini günəş enerjisinə əks etdirən günəş enerjisini Yerə yaymaq məqsədi daşıyırdı. Bu, iki təcrübədən — "Banner-2" və uğursuz "Banner-2.5" və təklif olunan "Banner-3" təcrübəsindən ibarət idi. Znamya-2.5 uğursuz yerləşdirilməsindən sonra layihə Rusiyanın Federal Kosmik Agentliyi tərəfindən tərk edilmişdi. Banner 2 20 metr genişlikdə günəş güzgüsü idi. Znamya-2 27 oktyabr 1992-ci ildə Bayqonurdan M-15 Progress Mərhələsində başlamışdır. Mir kosmik stansiyasında EO-12 ekipajını ziyarət etdikdən sonra, Progress T-15, Rusiyanın "Progress" kosmik vasitəsinin sonundan 4 fevral 1993-cü ildə Rusiyanın "Mir" kosmik stansiyasının yanında olan bir reflektörün yerləşdirilməsini təmin etdi. Güzgü müvəffəqiyyətlə açıldı və işıqlandırıldığında, Fransa'nın cənubundan Avropanı 8 km / s sürətlə Rusiyanın qərb hissəsinə qədər keçən 5 km genişlikdə parlaq bir yer yaradıb. [1] Parlaq yer tam ayın parıltısına bərabər idi. Səhər saatlarında buludlar Avropanın ən çox hissəsini əhatə etsə də, bir neçə yerə əsaslanan müşahidəçilər, keçən dövrləri işıqlandırdıqlarını görürdülər.294/5000 Güzgü, bir neçə saat sonra orbitada qırıldı və Kanada üzərində atmosferə dönərkən yandırıldı.
Nataşa Ferreyra
Nataşa Ferreyra (1 iyun 1999) — Braziliyanı təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Braziliyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Yaponiya nümayəndəsi Natsumi Tsunodaya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Culio Natta
Culio Natta (it. Giulio Natta; 26 fevral 1903[…] – 2 may 1979[…], Berqamo, İtaliya) — Nobel mükafatı laureatı, italyan kimyaçı və elm xadimi. 1963-cü ildə yüksək polimerlərlə əlaqədar fəaliyyətlərinə görə Karl Ziqler ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Natta İtaliyanın İmperiya şəhərində anadan olmuşdur. 1924-cü ildə Milandakı Politecnico di Milanoda kimya mühəndisi adını almışdır. 1927-ci ildə isə yenə burada professor olmuşdur. 1933-cü ildə Paviya Universitetində professorluq etmiş və Ümumi Kimya İnstitutunun idarəçisi olmuşdur və 1935-ci ilə qədər burada qalmışdır. 1935-ci ildə Roma La Sapienza Universitetinə fizikokimya professoru olmaq məqsədiylə müraciət etmişdir. 1936 və 1938-ci illərdə Politecnico di Torinoda professorluq etmiş və Sənaye Kimya İnstitutunun idarəçisi olmuşdur. 1938-ci ildə Politecnico di Milano Universitetində kimya mühəndisliyi sahəsinin rəhbərliyinə gətirilmişdir.
Nansa (kənd)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Nitsa (rayon)
Nitsa (fr. Nice) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Alplar. Suprefektura — Nitsa. Rayon əhalisi 2006-cı ildə 521 254 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon ərazisi — 3067 km².
Nitsa FK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.