Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Buludun növləri
== Bulud == Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır. == Buludun növləri == Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür. === Laylı buludlar === Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2–3km-ə kimi) yaranır. Əsasən qışda üstün olur. Havanı tam təşkil edir. Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var: laylı laylı-yağış yüksək laylı === Topa buludlar === Topa buludlar — 2–6km hündürlükdə yaranırlar.
İttifaqi müslümün
İttifaqi-Müslimin və ya İttifaqi-əl-Müslimin (rus. Иттифак аль-Муслимин) — Rusiya imperiyasında fəaliyyət göstərən sosialist siyasi partiyası. Volqa bölgəsi, Krım, Ural və Qafqaz, Sibir, Türküstan və Zaqafqaziyada filialları mövcud idi. == Tarixi == Əlimərdan Topçubaşovun Rusiyada ilk müsəlman "İttifaqi-əl-Müslimin" siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi diqqətə çatdırılmışdır.
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. == Xarakteristika == "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi. Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
== Məzmun == Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.