İNKVİZİSİYA

[lat.] 1. ист. инквизиция (католикрин диндин душманрихъ галаз вагьшидаказ женг чӀугвадай, гзаф пис зулумар ийидай, азабар гудай клисадин суддин-полициядин тешкилат); 2. пер. акьалтӀай пис азаб, зулум.
İNKUBATOR
İNKVİZİTOR
OBASTAN VİKİ
İnkvizisiya
İnkvizisiya — orta əsrlər Qərbi Avropa ölkələrində katolik kilsəsinin keçirtdiyi siyasətin, həmçinin bu siyasəti yerinə yetirən təşkilatın adıdır. İslahatlara dözümsüzlük nümayiş edən katolik kilsəsi geniş şəkildə "kafirlərə" qarşı repressiyalar kampaniyasına vüsət verirdi. Əsasən İspaniya, Fransanın cənub-qərbində, İtaliyanın və Almaniyanın cənubunda geniş tətbiq olunurdu. Mütərəqqi insanlar dinin ehkamlarına zidd təbliğata görə müxtəlif işgəncələrə məruz qoyulur, diri-diri tonqallarda yandırılırdı. İnkvizisiya tərəfindən öldürülən məşhurlar arasında Cordano Bruno, Yan Qus, Janna Dark və bir sıra başqaları var. Томас Мэдден.
İspaniya inkvizisiya məhkəməsi
İspaniya inkvizisiya məhkəməsi (isp. Inquisición española) - İspaniyada yaradılmış inkvizisiya məhkəməsi. İspaniya inkvizisiya məhkəməsi Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabel tərəfindən 1478-ci ildə yaradılmış inkvizisiya məhkəməsidir. II İzabel tərəfindən 1834-cü ildə ləğv edilənə qədər fəaliyyət göstərmişdir. İspaniya inkvizisiya məhkəməsinin hədəfi İspaniyada yaşayan müsəlmanları və yəhudiləri ölkədən qovmaq və İspaniyada qatı bir katolik dövləti yaratmaq idi. Allahı və İsanı inkar edənlər məhkəmənin qərarı ilə yandırılaraq öldürülürdü. İspaniya inkvizisiya məhkəməsinin göstərdiyi fəaliyyət nəticəsində 200 minə yaxın katolik olmayan şəxslər İspaniyanı tərk etməyə məcbur olmuşdular.

Значение слова в других словарях