Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. == Xüsusiyyətlər == Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı. 1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar. Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.
Əbəy
Əbəy - türk və altay mifologiyasında yer tanrıçası. Abay və ya Apay da deyilir. Yer üzünü qoruyar. Skif (Saka) mifologiyasındakı Ana Tanrıça Abay ilə əlaqəlidir. Aba/Ava sözünün Həvva ilə əlaqədar olduğunu qarşıya qoyan görüşlər vardır. Türklərdə Əbə (Ebe) sözü nənə demək olduğu qədər, bir insanı doğurtan kəs (ad hemşiresi) mənasına da gəlir ki, bu sözün "törəmək" olan ilk mənasını bir şəkildə içərisində saxlamaqdadır. (Ebe/Əbə) kökündən törəmişdir. Yaşlı qadın mənasındadır. Türkcə Aba/Ebe, monqolca Ebe/Əbi/Evə, tungusca Evə/Evke/Ebke sözləri ana Bunu mu demek istediniz? ana tərəfli qohumluqların bəzilərini karşılmakta istifadə edilər.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Capra ibex
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Qaspar Abey
Qaspar Abey (fr. Gaspard Abeille; 1648, Riez, Provans — Alp — Kot d'Azur — 22 may 1718, Paris) — fransız din xadimi, yazıçı, lirik şair və dramaturq. Fransız Akademiyasının üzvü (1704-cü ildən, kafedra 19). Gənc ikən Provansdan Parisə köçdü. Katib vəzifəsində çalışmış və onunla mənəvi mövzularda söhbətlər etməyi xoşlayan, Lüksemburqlu Fransa marşalı Fransua Henri de Montmorensinin himayədarı olmuşdur. Ölümündən sonra müvəqqəti olaraq hərbi lider, Vendome hersoqu Lui Cozef de Burbonun xidmətinə keçdi. Sonra Normandiya əyalətinin baş katibi olub. 1670-ci ildən Arles Akademiyasının üzvü olub.1704-cü ildə Fransa Akademiyasının üzvü seçildi. Elə həmin il kral onu Klermon-Ferrandakı Notr-Dam de la Mersi monastırının abbatı təyin etdi. O, əvvəlcə öz adı ilə faciələr, şeirlər, nəsrlər yazdı, sonra mənəvi vəziyyətinin ədəbi yaradıcılıqla uyğunsuzluğu tənqidindən yayınmaq üçün əsərlərinin bir hissəsini aktyor Jan-Fransua Juvenon de la Tuileries adı ilə yazdı (1650–1688).
Yan Zibey
Yan Zibey (12 oktyabr 1995) — Çini təmsil edən üzgüçü. Yan Zibey Çini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yan Zibey 12 oktyabr 1995-ci ildə Hubey əyalətində doğulub. Yan Zibey birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.88 saniyəlik nəticəsi ilə 27-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İber dili
İber dili — Cənubi Avropanın və Aralıq dənizi adalarında yayılmış genetik mənsubiyyəti müəyyənləşdirilməmiş dillərinin ümumi adı. Bu dillərin içərisində yalnız bask dili canlı dil kimi mövcuddur. Bir sıra yazılı abidələri məlumdur.
İşəy (Baymak)
İşəy (başq. Ишәй, rus. Ишей) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 75 km, kənd sovetliyindən (Teməs): 30 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 130 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İşəy (İşembay)
İşəy (başq. Ишәй, rus. Ишеево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 14 km.
İber Vaşaqı
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü. Əvvəllər tez-tez adi vaşaqın alt növü hesab olunurdu. Bu gün sübut edilmişdir ki, bunlar Pleistosen dövründə bir-birindən asılı olmayaraq təkamül keçirmiş iki fərqli növdür. Rəngini bəbir rənginə bənzədən daha açıq rəngi və açıq ləkələri ilə sonuncudan fərqlənir. Qışda xəz matlaşır və nazikləşir. O, adi bir vaşaqın yarısı qədərdir və buna görə də əsasən kiçik ov heyvanlarını - dovşanları və dovşanları ovlayır, yalnız bəzən maral balalarına hücum edir. İber vaşaqına İspaniyanın cənub-qərbində (əksəriyyəti Koto Donana Milli Parkında) rast gəlinir, baxmayaraq ki, əvvəlcə İspaniya və Portuqaliyada geniş yayılmışdı. İndi onun əhatə dairəsi yalnız dağlıq ərazilərlə məhdudlaşır. İber vaşaqları arbutus, mastik və ardıc kimi sıx kollarla, holm və mantar palıdları kimi ağaclarla qarışıq açıq çəmənliyin heterojen mühitinə üstünlük verir.
İber müharibəsi
İber müharibəsi — Sasani imperiyası ilə Bizans imperiyası arasında İberiyaya (indiki Kartli, şərqi Gürcüstan) nəzarət etmək uğrunda gedən müharibə. İberiya Sasanilərin müştəri dövləti idi, lakin Bizans tərəfinə keçmişdi. Münaqişə xərac və ədviyyat ticarəti ilə bağlı yaranan gərginlik səbəbindən baş vermişdi. Sasanilər 530-cu ilə qədər üstünlüyünü qorumuş, lakin Bizans Darə və Satala döyüşlərində öz mövqelərini bərpa etmişdilər, Qəssani müttəfiqləri isə Sasanilərlə müttəfiq olan Ləxmiləri məğlub etmişdilər. 531-ci ildə Sasanilərin Kallinikdəki qələbəsi imperiyalar "Əbədi sülh" imzalayana qədər müharibəni daha bir il uzatmışdır. 502–506-cı illər müharibəsindən sonra 20 il davam edən (daimi sərhəd münaqişələrinə baxmayaraq) 7 illik barışıq imzalanmışdır. I Qubad Bizans–İberiya ilə həmsərhəd vilayətdə xristianlığın üstünlük təşkil etməsindən çəkinərək zərdüştiliyi zorla tanıtmağa başlamış və bu da yeni müharibəyə səbəb olmuşdur. Toqquşmalar nəticəsində iki dövlət arasında münaqişə yaranmışdır. 525-ci ildə Bizans donanması Himyar dövlətinin nəzarətində olanYəmənə hücum etmək üçün bir ordu daşımış və İranın Ləxmi müttəfiqləri Bizans imperiyasının ərazisini işğal etmişdilər. 526–527-ci illərdə Cənubi Qafqazda və Şimali Mesopotamiyada ciddi qarşıdurma baş vermişdir.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Fərrux bəy
Fərrux bəy (təq. 1547 – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Gündoğdu bəy
Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir. Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır. == Həyatı == Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir. == Qardaşları == Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Lyu Bey
Lyu Bey (çin. ənən. 刘备, sadə. 劉備), (161—223) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının birinci hökmdarı və Şu sülaləsinin banisi. == Həyatı == 220-ci ildə sonuncu Han imperator hakimiyyətdən Veylər tərəfindən uzaqlaşdırıldıqdan sonra Lyu Bey bi əqəba kimi Han sülaləsi ailəsini öz tərəfinə çəkərək onlara itirilmiş hakimiyyət və ərazilərin qaytaracağını vəd edir. 221-ci ildə özünü yenidən qurmuş olduğu Han dövlətini imperatoru elan edir. Çin tarixində bu dövlət həm də Şu Han kimi tanınır. Bundqn iki il sonra Lyu Bey Sun Çyuanın üzərinə itirilmiş Hunan və Hubey əyalətlərini geri qaytarmaq məqsədilə yürüş edir. Yürüş uğursuz olan Lyu Bey geri paytaxta çəkilərkən yolda 223-cü ildə vəfat edir. Vəsiyyətinə əsasən oğlu Lyu Şan onun yerini tutur.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Maykl Bey
Maykl Bey (17 fevral 1965, Los-Anceles, Kaliforniya) — amerikalı kino rejissor və prodüser. == Həyatı == Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon" (1998, ən yaxşı rejissorluğa görə Saturn mükafatı), "Pyörl-Harbor", "Ada" və "Transformerlər"dir. Prodüserləşdirdiyi filmlər arasında isə "Benzin mişarı ilə Texas qırğını" və "Cümə, ayın 13-ü" (2009), "Quşlar" (2009) və "Qarağac küçəsində dəhşət" (2010) trillerləri var.
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.