BEY

is. [ ər. ] Ərəb əlifbasında (b) hərfinin adı.
Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir. M.Ə.Sabir.

BETONLU
BEYƏT
OBASTAN VİKİ
Bey Yuymin
Yuy Min Pey (çin. 貝聿銘, ing. Ieoh Ming Pei; 26 aprel 1917[…], Quançjou, Çin Respublikası – 16 may 2019[…], Manhetten, Nyu-York, ABŞ) — Amerikalı memar, Massaçusets Texnologiya İnstitutunda və Harvard Universitetində Valter Qropiusun sinifdə təhsil alıb. "Mies van der Rohe" beynəlxalq tərzinin ənənələrini davam etdirir. Pritzker mükafatının ilk 5 qalibindən biri. Lyudviq Mis van der Roenin "Beynəlxalq stil" ənənəsini dəvam etdirmək üçün. İlk 5 Pritsker mükafatçılardan biri.
Boulari Bey
Boulari Bey və ya Baye de Boulari — Yeni Kaledoniyanın cənub-qərbində yerləşən körfəzdir. Bu buxta şərqdə Numeanın su sahəsini formalaşdırır.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
Lyu Bey
Lyu Bey (çin. ənən. 刘备, sadə. 劉備), (161—223) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının birinci hökmdarı və Şu sülaləsinin banisi. 220-ci ildə sonuncu Han imperator hakimiyyətdən Veylər tərəfindən uzaqlaşdırıldıqdan sonra Lyu Bey bi əqəba kimi Han sülaləsi ailəsini öz tərəfinə çəkərək onlara itirilmiş hakimiyyət və ərazilərin qaytaracağını vəd edir. 221-ci ildə özünü yenidən qurmuş olduğu Han dövlətini imperatoru elan edir. Çin tarixində bu dövlət həmdə Şu Han kimi tanınır. Bundqn iki il sonra Lyu Bey Sun Çyuanın üzərinə itirilmiş Hunan və Hubey əyalətlərini geri qaytarmaq məqsədilə yürüş edir. Yürüş uğursuz olan Lyu Bey geri paytaxta çəkilərkən yolda 223-cü ildə vəfat edir. Vəsiyyətinə əsasən oğlu Lyu Şan onun yerini tutur.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Maykl Bey
Maykl Bey (17 fevral 1965, Los-Anceles, Kaliforniya) — amerikalı kino rejissor və prodüser. Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon" (1998, ən yaxşı rejissorluğa görə Saturn mükafatı), "Pyörl-Harbor", "Ada" və "Transformerlər"dir. Prodüserləşdirdiyi filmlər arasında isə "Benzin mişarı ilə Texas qırğını" və "Cümə, ayın 13-ü" (2009), "Quşlar" (2009) və "Qarağac küçəsində dəhşət" (2010) trillerləri var.
Monteqo-Bey
Monteqo-Bey — Yamaykanın şimal-qərbində, Karib dənizin sahilində yerləşən kurort. Əhalisi 80 min nəfər (2010) olan şəhər Sent-Ceyms dairəsinin inzibati mərkəzidir. Beynəlxalq turizm; iri hava limanı.
Berç-Bey (Vaşinqton)
Berç Bey (ing. Birch Bay) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 8413 nəfər olmuşdur. Hələ on min il əvvəl Sahil Salişləri yayda burda dəniz məhsulları əldə etməyə gəlirdilər. Sahil Salişlərinin qədim yurdu olan bu ərazini Lummi dilində "Straf-a-wa", yəni molyuska yer adlanırdı. Çünki onlar burada molyuskaları qurudub və hisə verərək qışa azuqə toplayırdılar. 1792-ci ildə ərazidə ekspediya aparan Britaniyalı Corc Vankuver (1758-1798) ərazini İngiltərə ərazi olaraq elan etdi. Onun botaniki bu ərazidə çox miqdarda ağcaqayın olduğu üçün ərazini Berç Bey adlandırdı. 1871-ci ildə Çarles Voqt ərazini qeydə aldıraraq burada yaşamağa başladı. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı və əhali sayı artmağa başladı.
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Nxata Bey (mahal)
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
Nxata Bey dairəsi
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
Osman Hamdi Bey
Osman Hamdi Bəy (30 dekabr 1842[…], Konstantinopol – 24 fevral 1910[…]) — Osmanlı dövrünün ilk arxeoloqu, rəssam, İstanbul Arxeologiya Müzeyinin qurucusu və direktoru, Kadıköyün ilk bələdiyyə başqanı. Osman Hamdi Istanbulda sədrəzəm ailəsində dünyaya gəlmişdir. Atası İbrahim Ethem Paşa imperatorluqda sədrəzəm çalışırdı. Məhz bu üzdən balaca Osmanın ətrafı daha yaxşı idi və daha yüksək təhsil almaq şansı var idi. Osman Hamdi ilk təhsilini Beşiktaş yaxınlığında olan bir məktəbdə aldı. Bundan sonra atası onu maliyə məktəbinə göndərdi. Oxumaqla yanaşı Osman həm də rəsm çəkməklədə məşğul idi. On altı yaşı bitən zaman o atası ilə Vyanaya getdi. Ethem Paşa oğlunun sənətə olan həvəsini nəzər alıb bir çox muzey və sərgilərə apardı. Gördüklərindən Osmanı çox təsirlənmişdir.
Palm Bey (Florida)
Palm Bey, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında yerləşən bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi 103.190 nəfər, aqlomerasiya regionunun əhalisi 543.376 nəfərdir. 15 Mart 2010-cu il tarixində həyata keçirilən bir siyahıya alınmaya görə, şəhərdə 40670 nəfər, 17200 ev və 11094 ailə var. Şəhərdəki əhali bölgüsü əhalinin 79.0% Ağ, 11.3 % Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğunu müəyyən etmişdir.
Xoks-Bey zəlzələsi
Xoks-Bey zəlzələsi — Yeni Zelandiyada adasının şimalında zəlzələ. 1931-ci il fevralın 3-də olan zəlzələnin gücündən Neypir və Qastinqs şəhərlərindəböyük uçuntular olmuş, körfəzin dərinliyi bir neçə metr dəyişilmişdir.
Zoltan Layoş Bey
Zoltan Layoş Bey (24 iyul, 1900 Dyula - 4 oktyabr, 1992 Vaşinqton) — mikrodalğa texnologiyası, o cümlədən volfram lampalarını inkişaf etdirmiş macarıstanlı fizik, professor və mühəndis. O, Aydan radar əks-sədalarını müşahidə edən ikinci şəxs idi. 1930-cu ildən etibarən o, Segeda Universitetində nəzəri fizika professoru kimi işləməyə başladı. 1923-cü ildə Tungsram Ltd.-də işıq mənbələrini, əsasən də elektrik lampaları inkişaf etdirmək üçün tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyanın rəhbəri İqnas Pfayfer idi. Tədqiqat heyətinə isə Zoltan Beylə bərabər Tivadar Millner, İmre Brodi, Qyorq Sigeti, Ernö Vinter və başqaları daxil idilər. Qyorq Sigeti Zoltan Beylə birlikdə metal buxar lampaları və lüminessensiya işıq mənbələri üzərində işləyirdi. Onlar silisium karbiddən hazırladıqları "Elektrolüminissent işıq mənbələrinə" görə patent aldılar. Bu işıq mənbələri işıq diodlarının "əcdadları" hesab olunur. 1955-ci ildə Zoltan Bey Milli Standartlar Bürosunda (hal-hazırda Milli Standartlar və Texnologiya İnstitutu adlanır) Nüvə Fizikası şöbəsinin rəhbəri oldu.
Azərbaycan beynəlxalq reytinqlərdə
Azərbaycanın beynəlxalq reytinqləri. Birləşmiş Millətlər Təşkilatı: İnsan İnkişafı İndeksi, 2010: 172 ölkə arasında 69-cu yer Economist Intelligence Unit: İqtisadi risk, 2011: ümumi qiymətləndirmə — 58 % Frazer İnstitutu: İqtisadi Azadlıq, 2011: 141 ölkə arasında 84–86-cı yer; Heritage Fondu və Wall Street Journal: İqtisadi Azadlıq, 2011: 183 ölkə arasında 92-cı yer; Beynəlxalq Maliyyə Kooperasiyası: Biznes Etmənin Asanlığı, 2011: 183 ölkə arasında 54-cü yer, 2012: 185 ölkə arasında 67-ci yer; CIA World Factbook: Real ÜDM artım sürəti, 2006: 215 ölkə arasında 1-ci yer (32.5% artım tempi); Beynəlxalq Valyuta Fondu: Nominal ÜDM, 2006: 181 ölkə arasında 84-cü yer; Beynəlxalq Valyuta Fondu: Adambaşına nominal ÜDM, 2006: 182 ölkə arasında 104-cü yer; Dünya İqtisadi Forumu: Beynəlxalq Rəqabətlilik İndeksi, 2006–2007: 125 ölkə arasında 64-cü yer. Economist Intelligence Unit: Demokratiya İndeksi, 2010: 167 ölkə arasında 135-ci yer; Freedom House: Mətbuat azadlığı, 2011: 196 ölkə arasında 171-ci yer; Sülh Fondu: Uğursuz Dövlət İndeksi, 2011: 177 ölkə arasında 63-cü yer (ən pis yer 1, ən yaxşı yer 177-ci yerdir); Transparency International: Korrupsiya Qavrayış İndeksi: 163 ölkə arasında 130-cu yer; Sərhədsiz Reportyorlar: Dünyada mətbuat azadlığı indeksi, 2010: 178 ölkə arasında 152-ci yer. Yel Universiteti: Ətraf mühitin dayanıqlığı indeksi: 146 ölkə arasında 99-cu yer. Əhali, 2006: 221 ölkə arasında 92-ci yer.
BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. Bakı Dövlət Universiteti Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı. Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Fakültəyə ilk rəhbərlik prof. Mahmud Quliyevə (1991–1992) həvalə olundu. 1992–2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir.
BMT-nin beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə haqqında Konvensiya
BMT-nin beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə haqqında Konvensiya — beynəlxalq ticarətdə telekommunikasiya istifadəsini artırmağı hədəfləyir. UNCITRAL tərəfindən hazırlanmış, BMT Baş Məclisi tərəfindən 23 noyabr 2005-ci ildə qəbul edilmiş və ilk 3 ölkə tərəfindən təsdiqləndikdən 6 ay sonra başlayan ayın ilk günü, 1 Mart 2013-cü il tarixində qüvvəyə minmişdi: Dominik Respublikası, Honduras və Sinqapur.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
BMT Beynəlxalq Məhkəməsi
Bamsı Beyrək
Bamsı Beyrək, Baybörənin Oğlu Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir. Bəy Böyrək, Bay Bura, Bəy Birye, Beğ Beyreg, Bəy Beyrək, Bay Börek, Bağ Böğrek kimi adlarla bilinməkdədir. Bamsı ilə Banu beşik kərtməsidir. Bir-birlərini tanımadan böyüyərlər. Bir gün ovda olarkən qarşılaşılar, aralarında bir mübahisə çıxar və güləşə tutuşurlar. Ancaq ikisi də gücdə bərabər olduğu üçün bir-birlərini məğlub edə bilməz.
Bağdad Beynəlxalq Hava Limanına hücum (2020)
Bağdad Beynəlxalq Hava Limanına hücum (ing. Baghdad International Airport attack) - 2020-ci ilin 3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanında təyin olunmuş xüsusi hədəflərə qarşı keçirilmiş hücum aktı. Hava limanına endirilmiş hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb. Raket hücumu Süleymaninin içərisində olduğu avtomobilin raketlə vurulması ilə gerçəkləşib. Avtomobil karvanına eyni anda bir necə raket zərbəsi endirilib və hadisə nəticəsində azı 7 nəfər həlak olub.
Beynəlxalq Farmakologiya İttifaqı
Beynəlxalq Farmakologiya İttifaqı (ing. International Union of Basic and Clinical Pharmacology) — üzv ölkələrin və regionların farmakoloqlarını təmsil edən milli təşkilatların könüllü qeyrikommersiya assosiasiyası. 1959-cu ildə Beynəlxalq Fiziologiya Elmləri İttifaqının bölməsi kimi əsası qoyulmuş, 1966-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərir. 1972-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. 60 milli farmakoloqlar cəmiyyətini özündə birləşdirir. Beynəlxalq Farmakologiya İttifaqının əsas vəzifələri bütün dünya da farmakologiya cəmiyyətləri arasında əməkdaşlığın dəstəklənməsindən; farmakoloqların beynəlxalq və regional qurultaylarının maliyyələşdirilməsi və onların təşkilinə yardımdan; elmi tədqiqatlara dair məlumatların beynəlxalq mübadiləsinin həvəsləndirilməsindən; farmakoloqlar ilə digər elm sahələrinin nümayəndələri arasında əməkdaşlığa yardımdan; bütün dünyada farmakoloji tədqiqatların həyata keçirilməsinə dəstəkdən; farmakologiya sahəsində kütləvi informasiyanın nəşri proqramlarına yardım edilməsindən ibarətdir. Beynəlxalq Farmakologiya İttifaqı nəzdində İcraçı komitə, habelə üzvlük, seçki komitələri; dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitə yaradılmışdır. Beynəlxalq Farmakologiya İttifaqı müntəzəm olaraq farmakoloqların ümumdünya konqresini keçirir, Beynəlxalq farmakologiya xəbərlərini nəşr edir, həmçinin ittifaqın üzvləri haqqında məlumatlar təqdim edir, dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitənin rəsmi hesabatını soraq kitabçalarını dərc edir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Beynəlxalq Fetiş Günü
Beynəlxalq Fetiş Günü BDSM icmasını dəstəkləyən bir gün. Birləşmiş Krallıqda Milli Fetiş Günü olaraq ortaya çıxdı və ilk dəfə 21 yanvar 2008-ci ildə keçirilib. İlk Beynəlxalq Fetiş Günü 16 yanvar 2009-cu ildə (ilin üçüncü cümə günü) keçirilib. Beynəlxalq Fetiş Gününün əsas məqsədi fetiş icmasının məlumatlılığını və dəstəyini artırmaq, eyni zamanda pornoqrafiya ilə çox maraqlanmağı cinayət sayan Böyük Britaniya qanununa da qarşı çıxmaqdır. Həmçinin icma üzvlərini seksuallıqları mövzusunda daha açıq olmağa təşviq etmək üçün nəzərdə tutulub.> Milli Fetiş Günü ilk olaraq ilk dəfə 4 sentyabr 2008-ci ildə Birləşmiş Krallıqda qeyd edildi. Beləliklə onun yerini Beynəlxalq Fetiş Günü aldı.
Beynəlxalq Fizika Olimpiadası
Beynəlxalq Fizika Olimpiadası (IPHO — International Physics Olympiad) – ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmiş yarış. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 5 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqli bir ölkənin təşkillatçılığı altında keçirilir və ümumi 9–10 günü əhatə edir. Hazırkı prezidenti Prof Rajdeep Singh Rawatdır. 1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 5 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir. 2.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası
İFFHS (ing. International Federation of Football History & Statistics) — Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası. 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır.
Beynəlxalq Fəlsəfə Günü
Beynəlxalq Fəlsəfə Günü — 2002-ci ildən noyabr ayının 3-cü həftəsində YUNESKO-nun qərarı ilə qeyd olunur. Beynəlxalq Fəlsəfə Günü dünyanın 70 ölkəsində qeyd olunmaqdadır. Hər il noyabr ayının üçüncü çərşənbə gününə təsadüf edən bu gün, 2014-cü ildə 20 Noyabr tarixinə düşür. Hər il Noyabrın üçüncü Cümə axşamı günü Ümumdünya Fəlsəfə Gününü qeyd edərək, , YUNESKO, insan düşüncəsinin inkişafının, hər mədəniyyət və hər bir şəxs üçün fəlsəfənin davamlılığını vurğulayır. YUNESKO həmişə fəlsəfə, spekulyativ və ya normativ fəlsəfə ilə deyil, beynəlxalq kontekstdə həyat və fəaliyyətə məna verməyə imkan verən tənqidi suallar ilə sıx bağlıdır. 2005-ci ildə Ümumdünya Fəlsəfə Gününü təsis edərkən YUNESKO-nun Baş Konfransı, bu fənnin, xüsusən gənclər üçün əhəmiyyətini vurğulayaraq, "fəlsəfə tənqidi və müstəqil düşüncəni təşviq edən,dözümlü və sülhsevər dünyanı daha yaxşı dərk etmək və təşviq etmək üçün istifadə olunan intizamlı bir sistemdir". YUNESKO-nun Baş Konfransı "Fəlsəfə Gününün YUNESKO-da" Dünya Fəlsəfə Günü "olaraq təsis edilməsinin fəlsəfə və xüsusilə dünyada fəlsəfənin tədrisi üçün nüfuz qazanacağına və güclü təkan verəcəyinə əmin idi".
Beynəlxalq Gözdən Əlillər Günü
Beynəlxalq Gözdən Əlillər Günü — hər il 13 noyabrda qeyd olunan xüsusi gün. Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılmışdır. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabartmalı şriftlər yaratmışdır. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaratmışdır. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir. Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır.
Beynəlxalq Gənclər Günü
12 avqust — Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Beynəlxalq Heyvanları Mühafizə Fondu
Beynəlxalq Heyvanları Mühafizə Fondu (ing. International Fund for Animal Welfare) — heyvanların mühafizəsi sahəsində ən böyük qeyri-hökumət təşkilatı. İngilis zabiti B.Deyvisin təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır; dünyanın 15 ölkəsində nümayəndəliyi var. Fondun əsas vəzifəsi bütün dünyada vəhşi və ev heyvanlarının vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Fond dövlət strukturları və elmi təşkilatlarla qarşılıqlı əlaqədə işləyir; fəaliyyətini 2,5 mln.-dan çox insanın könüllü ianələri hesabına həyata keçirir. Mənzil-qərargahı Yarmurt şəhərində yerləşir. 14 ölkədə fondun şöbələri açılmışdır. Ştatda kampaniyaların keçirilməsi, hüquqi və siyasi məsələlər üzrə daim 200-dən çox mütəxəssis, hüquqi və siyasi məsələlər üzrə ekspertlər, eləcə də məşhur alimlər işləyir. Fond öz işinə Qrenlandiya suitisisinin və tüklüburun suitinin Müqəddəs Lavrentiya körfəzində (Kanada) ovlanmasına qarşı mübarizə ilə başlamışdır. Fondun fəaliyyəti həmçinin digər vəhşi heyvanların kommersiya məqsədilə istismarından mühafizəsinə, onların təbii yaşayış mühitinin qorunub saxlanılmasına, böhran vəziyyətinə düşmüş heyvanlara kömək etməyə yönəldilmişdir.
Beynəlxalq Hidroqrafiya Təşkilatı
Beynəlxalq Hidroqrafiya Təşkilatı (ingiliscə International Hydrographic Organization) — üzv-dövlətlərinin hidroqrafik fəaliyyətlərinin koordinasiyası məqsədilə 1921-ci ildə yaradılmış beynəlxalq təşkilat. İlkin dövrdə "Beynəlxalq Hidroqrafik Büro" (ingiliscə International Hydrographic Bureau) adlanırdı. Mənzil qərərgahı Monakoda yerləşir.
Beynəlxalq Hind Film Akademiyası Mükafatları
Aşağıdakı siyahıda 2000-ci ildən bəri Beynəlxalq Hind Film Akademiyası Mükafatları mərasimləri qeyd olunmuşdur.
Beynəlxalq Hüquq İnstitutu
Beynəlxalq Hüquq İnstitutu (IML) — (fr. Institut de Droit International, IDI) dünyada beynəlxalq hüququn prinsiplərini müəyyənləşdirən, kodlaşdırmasını yaradan və beynəlxalq problemlərin həlli yollarını təklif edən ilk təşkilatlardan biridir. 1904-cü il üçün Nobel sülh mükafatı laureatı olmuşdur. Beynəlxalq Hüquq İnstitutunun yaradılmasına təşəbbüs Belçika hüquqşünası və Revue de Droit International et de Législation Comparée (International Law and Comparative Law Journal) jurnalının redaktoru Qustav Rolen-Jakmen tərəfindən edilmişdir. Fransa-Prussiya müharibəsindən sonrakı dövrdə (1870-1871) beynəlxalq hüququn inkişafına yönəlmiş kollektiv elmi fəaliyyətlərin təşkili yollarını axtaran bir neçə başqa vəkil ilə yazışmalara başladı. Rolen-Jakmen, İnstitutun yaradılması ilə bağlı təklifləri olan qeyd hazırladı və 10 mart 1873-cü ildə onu Avropa və Amerikanın müxtəlif ölkələrində beynəlxalq hüquq sahəsində iyirmi iki ən məşhur mütəxəssisə göndərdi. 8 sentyabr 1873-cü ildə, Gent bələdiyyə binasının binasında, Rolen-Jakmendən əlavə 10 tanınmış vəkilin iştirak etdiyi İnstitutun təsis konfransı açıldı. Konfransda Tobias Asser (Hollandiya), Vladimir Bezobrazov (Rusiya), İohan Kaspar Blunçhli (Almaniya), Karlos Kalvo (Argentina), David Dadli Fild (ABŞ), Emil de Lavile (Belçika), Ceyms Lorimer (Böyük Britaniya), Paskuale Stanislao Mançini (İtaliya), Qustav Muane (İsveçrə) və Auqusto Pirantoni (İtaliya) iştirak edirdilər. İnstitutun yaradılması qərarı 11 sentyabr 1873-cü il tarixli konfransda verildi; ilk iclas isə 1874-cü ildə Cenevrədə keçirildi. Təsis konfransında İnstitutun Əsasnaməsi və İnstitutun məqsəd və vəzifələrini müəyyənləşdirən və fəaliyyət prinsiplərini elan edən "İzahlı Qeyd" qəbul edildi.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca BHİK (ing. International Trade Union Confederation - ITUC) — bütün dünya üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. Konfederasiya 1 noyabr 2006-cı ildə Avstriyanın Vyana şəhərində keçmiş Beynəlxalq Azad Həmkarlar İttfaqları və Ümümdünya Əmək Konfederasiyalarının birləşməsi nəticəsində yaradılıb. Hazırda BHİK-in sıralarında 155 ölkənin 176 milyon işçisinin maraqlarını qoruyan 301 həmkarlar ittifaqı təşkilatı cəmləşir. Bununla yanaşı, konfederasiyanın tərkibinə bir neçə regional və beynəlxalq stuktur daxildir. Qurum fəaliyyətində gənclərə, qadınlara və miqrasiya problemlərinə xüsusi yer ayırır. Bu məsələlərə dair bir sıra layihələr həyata keçirir. BHİK beynəlxalq təşkilat olduğundan təşəbbüskarlıq etdiyi layihələrdə çox sayda ölkə iştirak edir. Dörd ildən bir BHİK-in Konqresi keçirilir.
Beynəlxalq Hərbi İdman Şurası
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. Məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Beynəlxalq Jurnalistlər Federasiyası
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir. Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı. Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
Beynəlxalq Kann Kino Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.

Значение слова в других словарях