Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fiqurnıy adası
Fiqurnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın şərqində yerləşir. Fiqurnıy adasından qərbdə Sredniy adası və Strela adası yerləşir. Şərqdə Vostoçnıy adası yerləşir. Əslində isə bu bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. == Təsviri == Aypara formasına malikdir. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 8 km təşkil edir.
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Çyornıy adası
Çyornıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Qusinnıy yarımadasından 100 metr şərqdə yerləşir. Komsomoles adasından 4 km şimalda Qırmızı Ordu boğazında qərarlaşır. Şimaldan-cənuba 1,2 km məsafədə uzanır. Eni 1 km-dir. Şimalı qayalıqdır. Cənub hissəsində buxta vardır. Buxtada kiçik adsız adalar vardır.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Qornı (Arxangel)
Qornı (başq. Горный, rus. Горный) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 11 km, kənd sovetliyindən (Maksim Qorki): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 17 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (92%) ruslar (29%) üstünlük təşkil edir.
Qornı ulusu
Qornı ulusu (saxa Горнай улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Berdiqestyax kəndi, respublikanın paytaxtı Yakutsk şəhərindən quru yolu ilə 184 km, hava ilə 150 km məsafədə yerləşir. Mərkəzi Yakutiyada yerləşir. Sahəsi 45,6 min km²-dir. Ulusun çox hissəsi Prilenski yaylasında yerləşir. Şimalda Mərkəzi Yakut ovalığı yerləşir. Bölgənin əsas çayları: Sinya, Sitte, Tyuqyuene (Lena çayının sol qolları). Respublikanın 6 ulus ilə sərhəddir:Yuxarı Vilyoy, Olekminski, Vilyoy, Kobyayski, Nam, Xanqalas və Yakutsk şəhər dairəsi. Ulusda vəhşi heyvanların və onların yaşayış yerlərini qorumaq, çoxaltmaq və bərpa etmək üçün Sinyaya Milli Təbiət Parkı və ehtiyat qoruqları qurulmuşdur. Xüsusi mühafizə olunan ərazilər ulusun ümumi ərazisinin 35,7% -ni tutur.