Qornı ulusu (saxa Горнай улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Berdiqestyax kəndi, respublikanın paytaxtı Yakutsk şəhərindən quru yolu ilə 184 km, hava ilə 150 km məsafədə yerləşir.
Qornı ulusu | |
---|---|
Горнай улууhа | |
62°05′45″ şm. e. 126°42′07″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 iyun 1931 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Yakutiyada yerləşir. Sahəsi 45,6 min km²-dir. Ulusun çox hissəsi Prilenski yaylasında yerləşir. Şimalda Mərkəzi Yakut ovalığı yerləşir. Bölgənin əsas çayları: Sinya, Sitte, Tyuqyuene (Lena çayının sol qolları). Respublikanın 6 ulus ilə sərhəddir:Yuxarı Vilyoy, Olekminski, Vilyoy, Kobyayski, Nam, Xanqalas və Yakutsk şəhər dairəsi. Ulusda vəhşi heyvanların və onların yaşayış yerlərini qorumaq, çoxaltmaq və bərpa etmək üçün Sinyaya Milli Təbiət Parkı və ehtiyat qoruqları qurulmuşdur. Xüsusi mühafizə olunan ərazilər ulusun ümumi ərazisinin 35,7% -ni tutur. Ulus güclü turistik və rekreasiya potensialına malikdir. Sinaya Milli Təbiət Parkının və ov obyektlərinin bazasında hər il ovçuluq və ekoloji turizm təşkil edilir.
Rayon 25 iyun 1931-ci ildə qurulmuşdur.
Əhalinin əsas hissəsi saxalılar təşkil edir. Üstəlik burada ruslar, evenlər, evenklər və digər millətlərin nümayənələri yaşayır.
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - 10 854 nəfər (95.03%), ruslar - 209 nəfər (1.83%), evenklər - 112 nəfər (0.98%), evenlər - 57 nəfər (0, 50%), digər millətlər - 190 nəfər (1.66%).
Əhalinin orta yaşı 28-dir.
Qornı ulusu ərazisinə 9 kənd inzibati vahidliyinə ümumilikdə 16 yaşayış məntəqəsi daxildir[2].
2002—2007 - Nikolay İvanoviç Andreyev
2008—2013 - Pyotr Nikolayeviç Alekseyev
2013-cü ildən - Nikita Viktoroviç Andreyev[3].
Ulus iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Onun əsas sahəsi heyvandarlıqdır (ətlik və südlük maldarlıq, at yetişdirilməsi). Kənd təsərrüfatı torpaqları 54,9 min ha təşkil edir.
Semyon Petroviç Danilov (1917-1978) - Yakut şairi.
Sofron Petroviç Danilov (1923-1993) - Yakut yazıçısı.
Afanasi Nikolayeviç Osipov (1928) - Sovet, Yakut və Rus rəssamı.
Avqustina Nikolaevna Filippova - Moda dizayneri, Yakutiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Rəssamlar İttifaqının üzvü.