Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdilliya
İdilliya (lat. idyllium; q.yun. εἰδύλλιον – "kiçik şəkil", είδος – "şəkil" sözünün kiçiltməsi) — ilk növbədə qədim Romada kənd həyatı mövzusunda kiçik şeir. Sonralar Bizansda εἰδύλλιον sözü sxoliastlar tərəfindən istifadə edilmiş və onlar Teokritin yazılarından bəzi hissələri şərh etmişlər. Tarixi və ədəbi baxımdan "idilliya" termininin mənası əsasən "pastoral" və "bukolika" ilə kəsişir. Buradakı fərq "idilliya"nın çoban həyatı ilə məhdudlaşmayan, pastoral janrın ayrıca poetik əsəri adlandırılmasında özünü göstərir. Müasir dövrdə bu dar məna bulanıqlaşır və bir-birini sevən cütlüyün dinc həyatından (Qoqolun "Qədim torpaq sahibləri" əsəri) və ya ümumiyyətlə kəndli deyil, dinc patriarxal həyatından bəhs edən əsərlər çox vaxt idilliya adlanır. == İstinadlar == == Əlavə ədəbiyyat == Идиллия // Литературная энциклопедия терминов и понятий / Под ред. А. Н. Николюкина. — Институт научной информации по общественным наукам РАН: Интелвак, 2001.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Bidwillia
Caesia (lat. Caesia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bidwillia Herb. Nanolirion Benth.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Edilli
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur. Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır.
Midilli boğazı
Midilli boğazı (yun. Στενό της Μυτιλήνης, türk. Midilli Boğazı) — Yunanıstanın Lesbos adası ilə Türkiyənin qərb sahili arasında olan Egey dənizinə aid boğazı. Boğazın sahilində Midillinin əsas şəhəri və limanı yerləşir]. Bizans dövründə Midilli adı tez-tez bütün adaya münasibətdə istifadə olunurdu. Boğazdan keçən bərə xidməti Midilini Ayvalıq və Dikili ilə birləşdirir . Boğaz cənub-şərqdəki Çandarlı körfəzindən Dikili körfəzindən[ keçərək Edremit körfəzinə aparır. Boğazın cənub girişində, Aqrilla burnu ilə üzbəüz Baston adaları yerləşir. Mahera və Mavros-Lofos burnu arasında Pamfilon adası, Ayvalıq yaxınlığında Mosko adaları yerləşir.
Ctenopharyngodon idella
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Dallia pectoralis
Dallia pectoralis (lat. Dallia pectoralis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin dalliya cinsinə aid heyvan növü.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Killıa Zoldik
Ağbulaq (Edilli, Xocavənd)
Ağbulaq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağbulaq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. == Mənşəyi və təsiri == Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. == Esperanto dilli Vikipediyanın keyfiyyəti == 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Azərbaycan dilli Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 15 noyabr 2024 — Azərbaycan dilində olan Vikipediyada 200.354 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.