Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirqorod
Mirqorod (ukr. Миргород) — Ukraynanın Poltava vilayətində şəhər. Mirqorod şəhəri, Lihobabovka çayının birləşməsindəki Xorol çayının sahilində yerləşir, buradan 1 km yuxarı məsafədə Beliki kəndi və 0,5 km aşağıda Qarkuşintsi kəndi yerləşir. Bu yerdəki çay ərazini gəzib dolaşır, bu da, estuarlar, qurumuş köhnə çay yatağı və bataqlıq göllərini meydana gətirir. Bolqarıstan, Qorna-Oryahovitsa Latviya, Yekabpils Polşa, Zqojelets Официальный сайт города (ukr.) Официальный сайт курорта города (ukr.) Информационно-туристический портал ukrainian.travel Ігор Шаров. 100 визначних місць України. — К.: АртЕк, 2004.
Ujqorod
Ujqorod (ukr. Ужгород) — Ukraynanın qərbində, Uj çayda, Slovakiya ilə sərhədtə yerləşən şəhər. Zakarpat oblastın paytaxtı.
Mirqorod povestlər toplusu
Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) — 1835-ci ildə Nikolay Qoqolun "Mirqorod" və "Ədəbi parçalar" adlı iki kitabı işıq üzü görüb. "Mirqorod" iki hissədən ibarət idi. Birinci hissəyə "Köhnə dünya mülkədarları" və "Taras Bulba", ikinci hissəyə isə "Viy", "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest" daxil idi. Müəllif "Mirqorod"u həm də "Dikanka yaxınlığında Xutorda axşamlar"ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, "Axşamlar" kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən "Viy" müstəsna olmaqla, "Mirqorod" "Axşamlar"dan tamamilə fərqlənirdi. Belə ki, "Viy" "Axşamlar"da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan "Taras Bulba"da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. "Viy" xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi.