Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
İzvança müqaviləsi
İzvança müqaviləsi, 1672-1676-cı illər Osmanlı- Polşa-Litva Birliyi (Reç Pospolita-Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) müharibəsinə son qoyan sülh müqaviləsi. 27 oktyabr 1676-cı ildə Ukraynanın Zuravno şəhərində imzalandığı üçün Zuravno Müqaviləsi kimi də tanınır. Türkcə adını isə Zoravno şəhərinə Türklərin verdiyi İzvança adından götürür. Polşanın Osmanlı İmperiyasının himayəsi altında olan Ukrayna kazaklarına müdaxilə etməsi səbəbiylə 1672-ci ildə baş verən müharibədə Türk qoşunları qısa bir zamanda bütün Podolyeni və Ukraynanın əhəmiyyətli bir hissəsini fəth etdi, Lvov və Lublin mühasirəyə alındı və Polşa Krallığı ağır şərtləri olan Buçaş müqaviləsini imzalamalı oldu. 1673-cü ildə Polşa, ordusunu bərpa etdi, əks-hücuma keçdi və itirilmiş torpaqların bir hissəsini geri ala bildi. Daha sonra Osmanlı İmperiyası bölgəyə cəmləşdi və Türk ordusu 1675-ci ildə böyük bir bölgəni yenidən fəth etdi, Lvova gəldi. Şeytan İbrahim Paşanın komandanlığı altında olan Türk ordusu 1676-cı ildə yenidən bölgəyə hücum etdi və Lvovun cənubundakı Zuravno tərəfə keçdi, III Jan Sobieskinin komandanlığı altında olan Polşa ordusunu mühasirəyə aldı. Çətin bir vəziyyətdə olan və itirdiyi torpaqları geri ala bilməyəcəyini anlayan Polşa-Litva Birliyi sülh təklif etdi. Barışıq təklifi Osmanlı İmperiyası tərəfindən qəbul edildi və müqavilə 27 oktyabr 1676-cı ildə imzalandı. Müqavilə, Buçaş müqaviləsinin şərtlərini bir qədər yüngülləşdirdi, lakin Osmanlı İmperiyasının xeyrinə idi.
İvanka Tramp
İvana Mari Tramp (30 oktyabr 1981, Manhetten, Nyu-York ştatı) — amerikalı biznes ledi və 2017–2021-ci illərdə ABŞ-nin 45-ci prezidenti olan Donald Trampın böyük qızı. Atasının prezidentliyi dövründə Prezident Administrasiyasında baş məsləhətçi, həmçinin İqtisadi Təşəbbüslər və Sahibkarlıq İdarəsinin direktoru olub. O, Trampın birinci arvadı İvananın qızıdır və yəhudi əri Jared Kuşnerlə evlənməzdən əvvəl musəviliyi qəbul etmiş, Amerikanın birinci ailəsinin ilk yəhudi üzvüdür. O, ailəyə məxsus Trump Təşkilatının icraçı vitse-prezidenti idi. O, həm də atasının "The Apprentice" televiziya şousunda iclas otağının hakimi idi. O, 2017-ci ilin mart ayında Tramp Təşkilatından ayrılaraq atasının prezident administrasiyasında Jared Kushnerlə birlikdə baş məsləhətçi vəzifəsinə təyin olundu. Onun federal işçi ilə eyni məhdudiyyətlərə məruz qalmadan məxfi materiallara çıxışı olması ilə bağlı etik narahatlıqlar qaldırıldıqdan sonra Tramp könüllü olaraq "federal işçilərdən tələb olunan maliyyə açıqlaması formalarını" təqdim etməyə və eyni etika qaydalarına riayət etməyə razılıq verdi. Ağ Evdə xidmət edərkən o, 2018-ci ilin iyul ayına qədər öz geyim brendi biznesini idarə etməyə davam edirdi, bu da etik narahatlıqları, xüsusən də maraqların toqquşmasını gündəmə gətirirdi. İvanka hələ Donald Tramp administrasiyasında rəsmi işçi olmamışdan əvvəl prezidentin yaxın çevrəsinin bir hissəsi hesab olunurdu.