Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Minorka
Minorka (Katalan dili və İspanca : Menorca; Latınca: Balearis Minor, "kiçik ada") — İspanyaya aid Aralıq dənizindəki Balear Adalarının bir hissəsidir. 94.885 əhalisi var.Dənizdən ən yüksək nöqtəsi Monte Toro 358 m/1174 ft yüksəklikdədir. Əhali əsasən İspanca ve Katalan dilinin bir dialekti olan Menorquí ləhçəsində danışır.
Ixora
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Korra
Avatar Korra (ing. Korra) - Korra əfsanəsi cizgi serialın əsas personajı. Cənub qütbdə anadan olub. == Yaradılması və konsepsiyası == Brayan Konietzko qarışıq döyüş sənətləri marağlındığına görə, o Korranı MMA qadın idmançılarıdan, xüsusilə Cina Karanodan ilhamlanaraq yaradıb. Konietzkonu onun öz bacıları da ilhamlandırmışdı. Başqa tərəfdən, Korra Aanqın inversiyası olmalı idi. Daha cavan və daha ruhani Aanqdan fərqli olaraq, Korra üçün öz Avatar rolunun ruhani tərəfini yerinə yetirmək çətindir. Eyni zamanda, o dörd elementin üçünü çox cavan yaşda öyrənmşdi.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
Korea
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Akorda (iqamətgah)
Akorda (qaz. Ақорда) — Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı. Qazaxıstanın paytaxtı Astana, İşim çayının sol sahilində, Nurjol bulvarının əvvəlində, paytaxt Bayterek abidəsindən 300 metr məsafədə yerləşir. . İqamətgahın yanında Qazaxıstan Respublikası Parlamenti, Qazaxıstan Respublikası Hökumət Evi, Qazaxıstan Respublikası Ali Məhkəməsi və Qazaxıstan Respublikasının Nazirlər Evi yerləşir. == Tarixi == Qazaxıstan Respublikası Prezidentinin, işığın sol sahilindəki Astananın yeni inzibati mərkəzinin ərazisində tikilməsinə 2001-ci ilin sentyabrında başlandı. Qazaxıstan Respublikası Prezidentinin yeni sarayının rəsmi təqdimatı 24 dekabr 2004-cü ildə baş tutdu. İqamətgah, 2017-ci il nümunəsinin 10.000 təngə əskinaslarında təsvir edilmişdir. == Memarlığı == Ofis binaları ikinci mərtəbədə yerləşir. Üçüncü mərtəbədə bunlar var: Yurta şəklində stilizə edilmiş və mərmər və qranitlə işlənmiş şərq salonu; Mərmər Zalı (Qazaxıstan Respublikası Prezidentinin və xarici dövlətlərin və hökumət rəhbərlərinin iştirakı ilə rəsmi səfərlər, sammitlər zamanı sənədlərin imzalanması, jurnalistlərin suallarını cavablandırmaq, Qazaxıstan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin etimadnamələrini təqdim etmək üçün nəzərdə tutulmuşdur , Qazaxıstan Respublikası dövlət mükafatlarının və fəxri adlarının verilməsi, Qazaxıstan Respublikası Prezidentinin iştirakı ilə digər dövlət əhəmiyyətli təntənəli tədbirlər). İclas otağı (Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Respublikası Hökuməti, Qazaxıstan Respublikası Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri, vilayət və şəhərlərin Astana, Almatı və Çimkent, Qazaxıstan Respublikasının nazirlik və idarələrinin rəhbərləri, habelə Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Respublikasının yaradıcı və işgüzar dairələrinin nümayəndələri ilə görüşləri); Müzakirə salonu (Qazaxıstan Respublikası Prezident Administrasiyası rəhbərinin, Qazaxıstan Respublikası Prezidentinin köməkçisinin xarici nümayəndə heyətləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri, xarici işgüzar dairələrin nümayəndələri ilə görüşləri və söhbətləri üçün istifadə olunur ); Kitabxana; Ofis otaqları.
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.
Sikora adası
Sikora adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasınln Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədilə yaradılmışdır. Sikora adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Litke adaları qrupuna aiddir. Litke adaları isə Sikorada daxil olmaqla on adadan ibarətdir. Ada maksimal olaraq 350 metr uzunluğa malikdir. 900 metr şimalda Sofiya adası, şimal-şərqdə qrupun ən böyük adası olan Yermolov yerləşir. Cənubdan isə Lelin boğazı ilə Paxtusov adalarından ayrılır.
İvonka Survilla
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir. 1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib.
Rikorda adası
Rikorda — Yapon dənizində, Böyük Pyotr körfəzində ada. Ada Rusiyaya məxsusdur. Rikorda adası Vladivastok şəhərindən 32 km cənubda yerləşir. Ada İmeratrisa Yevqeniya arxipelaqına daxildir. Rus admiralı Rikord İvanoviçin şərəfinə adlandırılıb. Rikorda adası şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafədə uzanır. Ən enli yeri — 2 km-dir. Ada iki hissədən ibarətdir: böyük şimal və kiçik cənub hissə. Bu hissələr bir-biri ilə eni 300 metr olan bərzəxlə birləşir. Adanın ümumi sahəsi 5 km²-dir.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Orka
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Elena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Futaba Kioka
Futaba Kioka (d. 22 noyabr 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 30 qol vurub.
Ixora albersii
Ixora albersii (lat. Ixora albersii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora brevipedunculata
Ixora brevipedunculata (lat. Ixora brevipedunculata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora calycina
Ixora calycina (lat. Ixora calycina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora coccinea
Ixora coccinea (lat. Ixora coccinea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pavetta coccinea (L.) Blume == Yarımnövləri == Ixora coccinea var. caudata Pierre ex Pit. Ixora coccinea var.
Ixora degemensis
Ixora euosmia (lat. Ixora euosmia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Ixora degemensis Hutch.
Ixora foliosa
Ixora foliosa (lat. Ixora foliosa) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Korqa adası
Korqa adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Sverdlov burnundan 11,5 km aralıda yerləşir. Adadan 4 km şimalda Xitrıy adası, 4 km cənubda isə Bolşoy adası yerləşir. Ada 200 m uzunluğa malikdir. Bütünlüklə buzla örtülüdür. Gözlə seçiləcək yüksəkliyə sahib deyildir.
Korra əfsanəsi
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.