Rikorda adası

RikordaYapon dənizində, Böyük Pyotr körfəzində ada. Ada Rusiyaya məxsusdur. Rikorda adası Vladivastok şəhərindən 32 km cənubda yerləşir.[1] Ada İmeratrisa Yevqeniya arxipelaqına daxildir. Rus admiralı Rikord İvanoviçin şərəfinə adlandırılıb.

Rikorda adası
rus. Остров Рикорда
Reyneke adasından Rikordanın görünüşü
Reyneke adasından Rikordanın görünüşü
Ümumi məlumatlar
Sahəsi 4,85 km²
Hündür nöqtəsi 178 m
Əhalisi 0 nəfər
Yerləşməsi
42°52′ şm. e. 131°39′ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Rikorda adası xəritədə
Rikorda adası
Rikorda adası
Rikorda adası xəritədə
Rikorda adası
Rikorda adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rikorda adası şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafədə uzanır. Ən enli yeri — 2 km-dir. Ada iki hissədən ibarətdir: böyük şimal və kiçik cənub hissə. Bu hissələr bir-biri ilə eni 300 metr olan bərzəxlə birləşir. Adanın ümumi sahəsi 5 km²-dir. Dəniz səviyyəsindən ən yüksək zirvəsi 178 metrdir[2]. Şimal-qərb sahilləri çınqıllı çimərliklərdən ibarətdir. Adanın cənub-şərq sahilləri dik olub qayalıq ərazilərdən ibarətdir. Adanın sahil xəttlərinin uzunluğu 13,3 km-dir. Ada daxilində bir çox kiçik çaylar mövcuddur. Çayların uzunluğu 600 metrdən artıq deyil. Şimal və cənub-qərb hissəsində bataqlaşmış ərazilər mövcuddur. Adanın şərq sahillərində sualtı qayalar üstünlük təşkil edir. Vostoçnaya buxtasında uzunluğu 1 km olan çınqıllı çimərlik var.[3]

Adanın daimi əhalisi yoxdur. Rikorda adası Böyük Pyotr körfəzinin ən böyük adasıdır.

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Ada ərazisinin böyük hissəsi alçaq boylu ağaclarla ötürtülüb. Daha çox amur cökəsidişli palıd üstünlük təşkil edir. Əlavə olaraq adada dimorfant, araliya, amur üzümü, cır limon, zirinc, itburnu, aktinidiya və s. kimi bitkilərə də gəlinir.

Ada faunasına daxildir: sürünənlərsuilanı, qalxansifətlər, amur suilanı; suda-quruda yaşayanlar — saxalin qurbağası və uzaq şərq qurbağası; məməlilərtarla siçanı, uzaq şərq siçanı, yenotabənzər it, tülküləkəli suiti; quşlar — adi vələmirquşu, qarabatdaq, berkut, qağayı və s[4].

  1. "Остров Рикорда". goprim.info. 2024-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-05.
  2. "Остров Рикорда: достопримечательность Владивостока". 2024-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-05.
  3. "РИКОРДА, остров". khasan-district.narod.ru. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-05.
  4. "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-05.