Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
Tomohiko İkoma
Tomohiko İkoma (25 avqust 1932 - 27 aprel 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
İbota birgözü
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. == Ekologiyası == İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.
Ligustrum ibota
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. == Ekologiyası == İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.
Kota Hirano
Kota Hirano(yap. 平野 耕太) — yapon manqaka. Tokionun Adaçi rayonunda anadan olub. Hellsingvə Drifters manqaları ilə məşhurdur.
Kota Kinabalu
Kota Kinabalu (malay Kota Kinabalu, keçmiş adı Cesselton) — Malayziyanın Sabah ştatının inzibati mərkəzi. Bu şəhər həmçinin Sabah ştatının Qərb Sahili vilayətinin inzibati mərkəzidir. Şəhər Kalimantan adasının şimal-şərqində yerləşir. Kota Kinabalunun əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 628,725 nəfərdir.Kota Kinabalu həm Malayziyada , həm də beynəlxalq miqyasda KK kimi tanınır. Şəhər böyük balıq ovu yeri olmaqla yanaşı, Sabah və Kalimantana səyahət edən turistlər üçün populyar ərazilərdən biridir. Kinabalu Milli Parkı şəhərdən 90 kilometr aralıda yerləşir və şəhərin ətrafında bir çox digər turizm obyektləri mövcuddur. Kota Kinabalu Şərqi Malayziyada böyük sənaye və ticarət mərkəzlərindən biridir. Bu iki amil Malayziyada Kota Kinabalunu ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevirib. == Etimologiyası == Kota Kinabalu şəhərin şimal-şərqində təxminən 50 km aralıda yerləşən Kinabalu dağının şərəfinə adlandırılıb. Kinabalu adı "'ölülərin hörmətli yeri" mənasını verən Aki Nabalu adından törəyib.
Kota Yoşihara
Kota Yoşihara (d. 2 fevral 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta - Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər.Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib. Xidmət həmçinin mesajlaşma xüsusiyyətlərini, bir postda birdən çox şəkil və ya videonu daxil etmək imkanı və əsas müxalifəti olan Snapchat-a bənzər "hekayələr" funksiyasını əlavə edib ki, bu da istifadəçilərə foto və videoları hər bir yazı ilə ardıcıl lentə yerləşdirməyə imkan verir.
Ixora
Ixora (lat. Ixora) — boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Ixora:The Plant List saytında takson barədə məlumat.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir. == İqtisadiyyatı == Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur.Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər. Dönən dişli kotanlarda dişlər dönə bildiyindən onların vəziyyəti dəyişə bilir.Onlar çox vaxt hidravlik işləyirlər.
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Nikola
Nikola — ad. Nikola Tesla — futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçı. Nikola Müller — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Paşiç — serb siyasətçi və diplomat Nikola Muskat — Maltalı üzgüçü. Nikola BurbakiDigərNikola çayı — Kotelnı adasının qərbindən axan çay.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı. == Adı == İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır. == Kompüter kəndi == İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.
İkema
İkema (yap. 池間島) — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 2,8 km² təşkil edir. 2002-ci il məlumatına görə adada 801 nəfər yaşayır. Əhali İkema qədəbəsində cəmləşmişdir. İkema adası əsasən düzənlik relyefə malikdir. Ən hündür nöqtəsi 28 metr təşkil edir. Miyakocima adası ilə körpü ilə biləşir. Əsasən avtomobil nəqliyyatı ilə əlaqə yaradılır.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. == Tarixi == Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İtotu:The Plant List saytında takson barədə məlumat.