Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Klovis Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1955 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Klovis mədəniyyəti
Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir. == Ümumi məlumat == Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi. Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər. Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Klovis Akosta Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1955 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Lovis Tovi Yeqoroviç
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Livin' in the Sunlight, Lovin' in the Moonlight
"Livin' in the Sunlight, Lovin' in the Moonlight" — Al Şerman və Al Luis tərəfindən 1930-cu ildə Moris Şevalyenin baş rolda oynadığı "The Big Pond" filmi üçün yazılmış məşhur mahnı. 22 mart 1930-cu ildə Binq Krosbi və Pol Vaytmen Orkestri bu mahnının məşhur kaver versiyasını da yazdılar. Mahnı günün çartlarında 16-cı mövqedə qalmağı bacardı. Berni Kamins və onun Orkestrı da 1930-cu ildə mahnı ilə uğur qazanmış və onların versiyası 20-ci pillədə qərarlaşmışdı. El Boulli mahnını Les Allen ilə 17 oktyabr 1930-cu ildə səsyazı studiyasında yazdırmışdı. Britaniyadan gələn başqa kaver versiyanın müəllifləri iki qardaş Bob və Alf Pirson idi. 1968-ci ildə "Tiny Tim" bu mahnının kaver versiyasını buraxdı. Mahnının bu qeyri-adi ukulele versiyası Süngər Bob Kvadrat Şalvarın "Köməkçi axtarılır" pilot epizodunda istifadə edilmiş və yenidən populyarlaşmışdır. 2008-ci ilin yanvarında "American Idol" müsabiqəsinin iştirakçısı Sara Vitaker mahnı ilə çıxış etmişdi. Valve əvvəlcə "Team Fortress 2" adlı sinif əsaslı çox oyunçulu oyununun "Meet the Pyro" treylerində Tiny Tim versiyasını istifadə etməyi düşünsə də, nəticədə son qərarı "The Lovin' Spoonful"-un "Do You Believe in Magic" adlı mahnısı oldu.