Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IMEI
IMEI (ing. International Mobile Equipment Identity — azərb. mobil avadanlığın beynəlxalq tanınma kodu‎)) — hər bir istehsal olunan aparat üçün istifadə olunan unikal kod. Adətən kod, onluq say sistemindən olan 15 rəqəmdən ibarətdir. GSM, WCDMA və IDEN şəbəkələrini dəstəkləyən mobil telefonlarda, həmçinin bəzi peyk telefonlarında tətbiq edilir. == Ümumi məlumatlar == IMEI kod, zavodda, istehsal zamanı telefona mənimsənilir. Bu kod, qurğunun identifikasiyasına (eyniləşdirilməsinə) xidmət edir və aparatın daxilində (proqram təminatında) saxlanılır. Bir qayda olaraq, IMEI kod dörd yerdə göstərilir: aparatı ılk dəfə aktiv etdikdə və ya xüsusi *#06#yes sorğusunu göndərdikdə IMEI kod ekranda əks olunur. akkumulyator batareyasının altında qablaşdırma qutusunda zəmanət talonunda. IMEI kod aparatın seriya nömrəsi rolunu oynayır və şəbəkəyə avtorizasiya (daxil olma) zamanı efirə ötürülür.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
İƏT
İslam Əməkdaşlıq Təşkilatı
Dəli
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Smet Kenesbayev
Smet Kenesbayeveviç Kenesbayev (qaz. Ісмет Кеңесбаев) (1907 - 1995)—qazax türkoloqu. Smet Kenesbayev 1907-cı ildə anadan olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir Elmlər Akademiyasının təsisçilərindəndir. Akademiyanın müxbir üzvü və vitseprezidenti seçilmişdir. Qazax dilinin fonetikası, leksikası və frazeologiya əsərləri var. Bir neçə dərsliyin müəllifidir. Tərcümə nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. Əsas elmi istiqaməti frazeologiyadır. 30 ildən artıq frazeologiya sahəsində çalışıb.
İmer adası
İmer adası (dan. Ymer Ø) — Qrenlandiyanın şərqində yerləşən ada. Adanın sahəsi 2437 km² təkil edir. Cənubdan Qrenlandiya və Coğrafiya Cəmiyyəti adasından Sofiya-Saund və Adriatik-Saund boğazları, şimaldan Qrenlandiyadan Frans-İosif fiordu ilə ayrılır. Ada 55 mil uzunluğa və 12–25 mil enə malikir. Şərqdən Dusen fiordu ilə iki hissəyə ayrılmışdır. Ərazisi əsasən dağlıqdır. Ən hündür nöqtəsi Encelin dağıdır (Angelin Mountain). Ada skandinaviya mifologiyasının nəhəngi İmirin şərəfinə adlandırılmışdır. Adanın qərbindən Toyfelşloss dağına gözəl mənzərə açılır.
İmən (Baltas)
İmən (rus. Имяново, başq. Имән) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 169 nəfərdir. İmən Başqırd dilində "Ad" (rus. Имя, İmiya) deməkdir. Kəndin adı İman/İmiya antroponimindən gəlir.. Kantonun idarəetməsi dövründə İmən kəndi 10-cu kantonun 24-cü alaçığına aid idi. Tanıp volostunun Kır-Tanıp tubasına aid idi.
İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini. İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi. İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
İsmət Axundov
İsmət Axundov — azərbaycanlı rəssam, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Mirzə Qədim İrəvaninin nəticəsi, Münəvvər xanımın oğlu. İ.Axundov 1925-ci ildə anadan olmuşdur, orta təhsilini İrəvanda almış, sonradan Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Bədii fondun direktoru olmuşdur (1972-ci ilə kimi). Əsasən peyzaj janrında çalışmışdır. İçəri şəhər, Şamaxıya həsr olunmuş əsərləri xüsusi maraq doğurur.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
İsmət Hacıyev
İsmət Məmmədov
İsmet Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
İsmət Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
İsmət Namazov
İsmət Nüsrət oğlu Namazov (17 iyul 1996, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İsmət Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2002–2013-cü illərdə Y. Əsgərov adına Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İnci və Tunar adında iki övladı yadigar qaldı. İsmət Namazov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmət Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. İsmət Namazov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsmət Nəcəfov
İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor. İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Evlidir, İki övladı var. 1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İsmət Qayıbov
İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş prokuroru (1990–1991), III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilmişdir. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir.
İsmət Qurbanov
İsmət Firuz oğlu Qurbanov (22 aprel 1998, Varlı Həyat, Şəmkir rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İsmət Qurbanov 1998-ci il aprelin 22-də Şəmkir rayonunun Varlı Həyat kəndində anadan olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ismət Qurbanov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İsmət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Qurbanov noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.
İsmət Səttarov
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur. 2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. 2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir. İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir. Evlidir, bir övladı var.
İsmət İmanov
İsmət İnönü
Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[…], İzmir, Aydın vilayəti – 25 dekabr 1973[…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur. "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər. Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir. Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir. İsmət İnönü, 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlir.
İsmət Əliyev
İsmət Rəşid oğlu Əliyev (1959, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasının Sədri. Əliyev İsmət Rəşid oğlu 1959-cu ildə Ermənistan Respublikasında Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 23 iyul 2015-ci ildə vəfat edən atası professor Rəşid Əliyev uzun illər Azərbaycan Texniki Universitetində İdman kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-ci ildə fərqlənmə diplomu ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1981-ci ildən Daxili İşlər orqanlarında xidmət edir. 1981–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi; Baş dövlət avtomobil müfəttişi; Bölmə rəisi; Təbliğat və təşviqat şöbəsinin rəis müavini; İdarə rəisinin müavini; Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi; Dövlət Yol Polisi İdarəsinin rəis müavini; Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini; 2009–2014-cü illərdə isə DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Demo
Dulo
Dulo (Tuğluq)- qədim Hun-Bulqar sülaləsi. Attilanın oğlu Ernaxın nəslindən gəlirlər. Əvvəllər Göytürk xaqanlarına tabe olsalar da sonralar müstəqil olmuşlar. Sülalənin əsasını Kubrat xan qoymuşdur. Sülalə daha sonra kiçik qollara ayrıldı: Batbayan xan— Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Kotrak xan — İdil Bulqar dövlətini yaratdı. Altsek xan — Avar xaqanlığına sığınmışdı. Asparux xan — Birinci Bulqar dövlətini yaratmışdı. Kuber xan — Şimali Makedoniya bulqarlarının başçısı idi.
Delf
Delf ( q.yun. Δελφός ) — qədim yunan mifologiyasının əfsanələrindən birinə görə, qəhrəman, Apollon və Kelenonun oğlu. Delfi şəhəri onun adını daşıyır. Başqa bir rəvayətə görə, bu Apollon oraya gələndə Delfi padşahı idi. Delfi və Amfiktion heyvanların bağırsaqları, əlamətlər və yuxular vasitəsilə fala müraciət edirdilər.
Neftyanoye delo (jurnal)
Neftyanoye delo (rus. Нефтяное дело) — Bakıda ayda iki dəfə rus dilində nəşr olunan jurnal, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının orqanı. İlk nömrəsi 1899-cu ilin yanvarında, sonuncusu 1920-ci ilin aprelində çıxmışdır. Neft sənayeçilərinin mənafeyini müdafiə etmişdir. "Neftyanoye delo" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixini öyrənmək üçün də qiymətli mənbədir. Jurnalın 1918-20-ci illərdə buraxılmış saylarında neft sənayeçiləri qurultayı şurasının dövlət hakimiyyətinin həyata keçirdiyi tədbirlərə münasibəti ifadə edilmişdir. Rusiyada bolşeviklərin mərkəzi hakimiyyəti ələ keçirməsi jurnalda kəskin pislənirdi. Rusiya burjuaziyası kimi, Bakı burjuaziyası da Sovet hakimiyyətinin yeritdiyi siyasətdən narazı idi. Bakı Xalq Komissarları Sovetinin neft müəssisələrini və Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekretlərindon sonra jurnal sovet hakimiyyətinə qarşı açıq çıxış etməyə başladı. "Sentrokaspi diktaturası" dövründə çıxan nömrəsində isə (9 sentyabr) bolşeviklər 1918-ci ilin martında hakimiyyəti qəsb etməkdə günahlandırılırdılar.