1. DƏLİ (ağlı və şüuru yerində olmayan); CÜNUN (kl.əd.) Qeysə əbəs vermə cünun namını; Görməyərək surəti-Leylasını (M.Ə.Sabir); DƏLİ-DİVANƏ [Cahangir bəy:] Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm... (N.Vəzirov); DİVANƏ Gah odsuz, alovsuz pərvanə oldum; Eşqinlə güləcək divanə oldum (M.Araz); DİVANƏSƏR (kl.əd.) Sonra gündən-günə divanəsər etdin məni sən (A.Səhhət); İPLƏMƏ (dan.) Fərzəli: Bu səfeh oğlu lap ipləmə imiş ki! (S.Rəhimov); MƏCNUN (kl.əd.) Cahangir bəy: Tamam el-oba mənim adımı məcnun qoyublar; əlbəttə, mən divanəyəm, hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim (N.Vəzirov).
2. dəli bax igid