Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndeks
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
İudeya
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir.İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur. 44-cü ildən Qalileya da onun bir hissəsi idi.
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.
İndeks fondları
İndeks nişanı
İndeks nişanı (ing. index mark ~ ru. индексная метка ~ tr. indeks işareti) – mikrofişlərdə (MICROFICHE) mövqeyi göstərən işarə, adətən, xətt və ya ştrix. Adətən, proqram vasitəsilə formatlanan disklərdə: formatlama zamanı qoyulan və hər bir cığırın məntiqi başlanğıcını qeyd edən maqnit indikatoru (ünvan nişanı da adlandırılır). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndeks yarığı
İndeks yarığı (ing. index hole ~ ru. индексное окно ~ tr.indeks deliği) – 5.25-düymlük disketin mərkəzi oturma deşiyinin yaxınlığında kiçik dairəvi deşik. O, birinci verilənlər sektorunun mövqeyini (yerini) göstərməklə disketin fırlanması zamanı oxuma-yazma əməliyyatlarının sinxronlaşmasını təmin edir. Bundan başqa, indeks yarığı yanlışlıqların aşkarlanmasına kömək edir. Məsələn, diskin oxuma-yazma başcığının tam keçidi (yolu) indeks yarığının xüsusi sensor ilə ölçülən keçid zamanın ikiqat qiyməti ilə üst-üstə düşməlidir. Disketdə lazım olan sektorun axtarış zamanını qiymətləndirmək üçün bu nisbətdən istifadə etmək olar. Əgər sektor indeks yarığının iki keçidindən sonra tapılmazsa, hesab edilir ki, sektor yoxdur və ya zədəlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bassas da İndiya adaları
Bassas da İndiya adaları (fr. Bassas da India) — Hind okeanında yaşayışı olmayan adalar. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. == Coğrafiya == Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində, Avropa adasından 80 km aralıda qərarlaşır. Adaların sahəsi 0,2 km²-dir. Sahil xətdinin uzunluğu isə 35,2 km-dir. Ada öz növbəsində bir su altı dağdır ki, onun hündürlüyü 3000 metrdir. Güçlü qabarmalar zamanı adalar tamamən suyun altında qalır.
İudeya və Samariya dairəsi (İsrail)
İudeya və Samariya dairəsi (ivr. ‏מחוז יהודה ושומרון‏‎) — İsrailin yeddi əsas inzibati ərazi vahidindən biri. Ərazi İsrail xaricində İordan çayının Qərb sahili kimi tanınır. == Statusu == İudeya və Samariya dairəsi İsrail Müdafiə Ordusunun Mərkəzi hərbi dairəsinin tabeçiliyindədir. İnzibati dairə üzrə bütün qərarlar hərbi dairənin komandanı tərəfindən qəbul edilir. (1947—1949) ərəb-İsrail müharibəsindən sonra region 1967-ci ilədək İordaniyanın nəzarətində idi. Altı günlük müharibədən sonra region İsrailin nəzarətinə keçdi. BMT Təhülükəsizlik Şurasının 242 saylı Qətnaməsinə əsasən İsrail həmin torpaqlardan getməlidir. Regionun gələcək statusu İsrail-Fələstin danışıqlarının əsas mövzusudur. Hal-hazırda bura ən tez inkişaf edən regiondur, il ərzində əhalisi 5 faiz artır.