Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnstinkt
İnstinkt (lat. instinctus – arzu, niyyət, oyanma) və ya Sövqi-təbii — qeyri-iradi və ya qeyri-şüuri olaraq məqsədəuyğun hərəkət etmək və ya iş görmək qabiliyyəti; orqanizmin xarici və daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məcmusu; canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi görmə qabiliyyəti (məsələn, özünüqoruma instinkti). Milçəkqapan quşunun qış gələndə cənuba uçması, ayının qış yuxusuna getməsi, itin sahibini qorumaq istəməsi instinktdir. İnstinkt və ya irsi davranış bir canlının təbiətində var olan başqa kompleks bir davranışa yönəlmə meylidir. Tədris prosesinin təsirli olmadığı, canlının əvvəlki təcrübələrindən müstəqil şəkildə verdiyi reaksiyalar instinkt daxilində qiymətləndirilməkdədir. Çimərliyə buraxılan dəniz tısbağalarının okeana yönəlmələri bu vəziyyətə nümunə olaraq göstərilə bilər. Əliquliyev R., Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əsas instinkt
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi. Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Əsas instinkt (film, 1992)

Əsas instinkt 2 (film)
Əsas instinkt 2 (ing. Basic Instinct 2 ) — 2006-ci ildə istehsal olunmuş ABŞ filmi. Filmin əvvəlində Ktrin Tramvell öz sevgilisi ilə maşında məhəbbət əlaqəsində olur.Bu zaman sevgilisi maşını səhv tərəfə yönləndirir.Sevgilis çayda batır.Lakin sağ qalır.Onun üçün məhkəmə olur.Məhkəmə bitdikdən sonra onu psixoterapevtin yanına göndərirlər.Vaxt keçdikcə psixoterapevt Qlass ona aşiq olmağa başlayır. Bir gün Qlassa onun əvvəlki həyat yoldaşı xəbər göndərir ki, sevgilis vəfat edibBu sevgili Qlass üçün nalayiq sözlər yazırdı.Artıq öldürülənlərin sayı çoxalmağa başlayır.Btünü günahlarda Ketrinin üzərinə düşür.Qlass özünü idarəetməni itirməyə başlayır. Filmin sonunda Qlassın psixiatr məntəqəsinə göndərilir.Ketrin ona çatdırır ki, yazdığı kitabın baş qəhrəmanı Qlassdır.
Əsas instinkt 2 (film, 2006)

İnstitut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
İnstitut (Samux)
İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun Çoban Abdallı inzibati ərazi vahidində fəhlə qəsəbəsi. Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılmışdır.<ref name="ATEL"/ Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İnstitut (dəqiqləşdirmə)
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
Sosial institut
Sosial və ya ictimai institut — bu və ya digər cəmiyyətə və ya bu və ya digər sosial qrupa xas olan, kollektiv şəkildə paylaşılan dəyərlərə əsaslanan və hərəkət, düşüncə və hiss üsulları kimi ümumiləşdirilən bir-biri ilə əlaqəli normalar sistemi. Sosial institutlar normalar və sosial gözləntilər əsasında qurulur və sosial həyat praktikalarını doğurur. Sosial institutlar ideyası sosial struktur anlayışı və insanların sosial mütəşəkkil fəaliyyəti ilə əlaqələndirilir . İnstitutlara xüsusi mülkiyyət, demokratiya, vətəndaşlıq, nikah, müqavilə, ailə və s. misal göstərmək olar. İnstitutlar sosial rolları müəyyən edir , sosial institutlarda dəyişikliklər sosial dəyişikliyin əsas meyarı hesab olunur . Belə bir fikir var ki, bu və ya digər ölkədə mövcud olan sosial institutların xarakteri həmin ölkənin uzunmüddətli perspektivdə inkişafının uğur və ya uğursuzluğunu müəyyən edir. Ehtimal olunur ki, ictimai elmlərdə "institut" terminini ilk dəfə italyan filosofu və tarixçisi, müasir sosiologiyanın sələfi Cambattista Viko (1668–1744) işlətmişdir. 1693-cü ildə mülki qurumlar haqqında bir neçə əsər yazmışdır. Sosioloji ədəbiyyatda "institut" anlayışı sosiologiyanın bir elm kimi formalaşmasından bəri istifadə olunmağa başlandı və institusional yanaşma sosiologiyanın yaradıcıları — Ogust Kont və Herbert Spenserə qədər gedib çıxır.
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.