Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabaçok dolması
Kabaçok dolması - Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Viktor Kabanov
Viktor Aleksandroviç Kabanov (15 yanvar 1934, Moskva, RSFSR, SSRİ – 31 mart 2006, Moskva) – Sovet və Rusiya kimyaçısı, polimerlər üzrə mütəxəssis, professor, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) akademiki, Rəyasət Heyətinin üzvü və REA-nın Kimya və materiallar elmləri şöbəsinin akademik-katibi, Lenin, Dövlət və Davıdov müküfatları laureatı. == Həyatı == 15 yanvar 1934-cü il tarixində Moskvada professor A. N. Kabanovun ailəsində dünyaya göz açıb. 1956-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib və həmin il MDU-nun Yüksək molekullu birləşmələr kafedrasına qəbul olunub. 1960-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1968-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1975–1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1988-ci ildən SSRİ Elmlər Akademiyasının (1991-ci ildən Rusiya Elmlər Akademiyasının) Rəyasət Heyətinin üzvü olub. 1988–2002-ci illərdə SSRİ Elmlər Akademiyasının Yüksək molekullu birləşmələr üzrə Elmi Şurasının sədri, 1991–2002-ci illərdə isə Rusiya Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibi vəzifəsini yerinə yetirib. Eyni zamanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Yüksək molekullu birləşmələr kafedrasının müdiri, "Rusiya Elmlər Akademiyasının Hesabatları" jurnalının baş redaktoru, "Yüksək molekullu birləşmələr" jurnalının redaksiya heyətinin üzvü olub. 1977–1981-ci illərdə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının Yüksək molekullu birləşmələr şöbəsinin sədri seçilən ilk rus alimi, Belçika Kral Akademiyasının xarici üzvü, Avropa Elmlər Akademiyasının üzvü, Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü olub.
Nerea Kamaço
Nerea Kamaço Ramos (isp. Nerea Camacho Ramos; 15 may 1996, Balanegra[d], Əndəlüs) — İspaniya aktrisası. Debüt işi 2008-ci idə "Camino" filmi olmuşdur.
Kabaç xatun
Kabaç xatun (674 - 710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Manuel Avila Kamaço
Manuel Avila Kamaço (isp. Manuel Ávila Camacho; 24 aprel 1897[…] – 13 oktyabr 1955[…], Mexiko) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir. Meksikada "Centlmen Prezident" kimi tanınırdı.O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur. Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Camp, Roderic A. Mexican Political Biographies. — Tucson, Arizona: University of Arizona, 1982.