Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli.İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır: Kişi cinsinə mənsub olmaq; Ailəli olmaq; On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq; Qırx yaşı ötmək; Talmud və Tövratı mükəmməl bilmək.
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Kabablar
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Kamsala çayı
Kasmala çayı — Altay diyarından axan çay. Ob çayını sol qolunu təşkil edir. Çay öz başlançıcını iki su ayrıcı olan ərazidən götürü. Onun mənbəyi Altay diyarının Rebrixinski rayonu Podstepnoe kəndi ərazisində yerləşir. Çayın mənsəbi Obun qolu olan Tixaya çayıdır. Çayın mənsəbi Altay diyarının Pavlovski rayonunda qərarlaşır. Çayın uzunluğu 119 km, du toplayıcı sahəsinin sahəsi isə 2660 km² təşkil edir. Su toplayıcı sahə düzənlikdir. Prionskoe platosunda qərarlaşır. Dərə qədim axının yerində qərarlaşır.
Şahbala Məmmədov
Məmmədov Şahbala Ağqırax oğlu — Azərbaycanın əməkdar iqtisadçısı (1978), Dövlət Statistika Komitəsi sədrinin müavini, Baş Hesablama Mərkəzinin direktoru, "Şərəf nişanı" ordeni (1981). == Həyatı == Qazax rayonunun Yuxarı Salahlı kəndində 1936-cı il iyunun 1-də doğulmuş, onillik məktəbi Aşağı Salahlı orta məktəbində başa vurmuşdur. Karl Marks adına Xalq Təsərrüfatı İnstitutunun ticarət-iqtisad fakültəsinə daxil olmuş, bu ali məktəbi statistika ixtisası üzrə bitirmişdir (1958). Moskvada SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası İxtisasartırma İnstitutunda tam kurslar dinləmişdir (1986). == Fəaliyyəti == Əmək fəaliyyətinə təyinatla Şəmkir rayonunda başlamış, orada 1959-cu ilin yanvarında əhalinin siyahıyaalınmasını respublika rayonları arasında birinci olaraq, dəqiq və keyfiyyətlə yerinə yetirdiyinə görə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Dərhal mərkəzi idarəyə işə dəvət edilən Ş.A.Məmmədov həyatının 50 ildən çoxunu Dövlət Statistika Komitəsində çalışmış, burada əsaslı tikinti və mənzil-kommunal təsərrüfatı şöbəsinin iqtisadçısı, baş iqtisadçısı və həmin şöbənin rəisi işləmişdir. 1968-ci ilin aprelində İdarənin maşın-hesablama stansiyasının rəis müavini təyin edilmiş, sonra hesablama mərkəzi direktorunun müavini olmuşdur. Ş.A.Məmmədov 1976-cı ilin martından Respublika Hesablama Mərkəzinin direktoru olmaqla, Dövlət Statistika Komitəsi sədrinin müavinidir. Azərbaycanın statistika orqanlarının son 50 ildəki inkişaf yolu, kiçik bir idarədən geniş şəbəkəsi olan dövlət strukturuna çevrilməsi, idarənin elm və texnikanın son nailiyyətləri ilə təchiz olunması bilavasitə Ş.A.Məmmədovun adı, fəliyyəti və şəxsi təşəbbüsləri ilə bağlıdır. Milli statistikamızın dünya standartlarına cavab verən bir struktur olaraq, formalaşmasında bu müstəsna xidmətlərinə görə onu öz xidməti sferasında "statistikamızın patriarxı" da adlandırırlar. Ş.A.Məmmədov respublikada statistika kadrlarının hazırlanmasına öz töhfəsini vermiş, istehsalatdan ayrılmamaqla 8 il Xalq Təsərrüfatı İnstitutunda ixtisas fənnindən dərs demiş, 20 il statistika və iqtisadi kibernetika bölmələrində dövlət imtahan komissiyasının sədri olmuşdur.
Allophylus agbala
Allophylus agbala (lat. Allophylus agbala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…]) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-ci vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Douglas Emhoff-la ailə həyatı qurmuşdur.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Kalbalı Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Andre Abbal
Andre Abbal (fr. André Abbal; 16 noyabr 1876[…] – 20 iyun 1953[…]) — Fransa heykəltaraşı. O, bir neçə müharibə memorialı üzərində işləmişdir. Abbalın atası və babası da heykəltaraş olmuşdular. O, ən çox "L'Apôtre de la Taille Directe" kimi tanınan "birbaşa oyma" üsulunun qabaqcıllarından biri kimi tanınır.
Pedro Alvarez Kabral
Pedro Alvarez Kabral (port. Pedro Álvares Cabral; təq. 1467 – təq. 1520[…], Santaren[d], Portuqaliya krallığı) — Braziliyanı kəşf etmiş portuqaliyalı səyyah, Böyük coğrafi kəşflər dövrünün görkəmli nümayəndəsi.
Qonsalu Velyu Kabral
Qonsalu Velyu Kabral (port. Gonçalo Velho Cabral) — portuqaliyalı dənizçi. Məsihin ordeninin komandiri, şahzadə Henrinin xidmətində kapitan olmuş, Veleda meri Fernand Velho və Maria Alvares Kabralın oğludur. Şahzadənin adından 1432-ci ildə Diogo de Silves tərəfindən kəşf edilən Santa Mariya və San Migel adalarının dəqiq yerini müəyyən etmək üçün səyahətə çıxdı. Tapşırığı uğurla yerinə yetirərək Azor adalarının "ikinci" kəşfçisi oldu. Geri dönərkən Formigaş qayalarını aşkar etdi. 1444-1446-cı illər səyahəti zamanı o, Azor adaları arxipelaqının daha altı adasını kəşf etdi. Nailiyyətlərinə görə o, Azor adalarında torpaq sahibi oldu. == Ədəbiyyat == Furtado-Brum, Ângela. Açores, Lendas e Outras Histórias (2nd).
Marallı-i Kalbalı (Germi)
Marallı-i Kalbalı (fars. ماراللوي كلبلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (20 ailə).
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.