Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapiçik
Kapiçik — Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. == Toponimkası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Qapıçıq, Ordubad rayonunda Quru Qap, Dağlıq Şirvanda Kapkəz, Qax rayonunda Qapıçay, Balakən rayonunda Qapıdağ və s. toponimlərlə eynidir. Türk dillərində kapu "dar dərənin yarıqlarla doğranmış yuxarı hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərəsi", "dərəyə keçid" və çik- "dar dərə" sözlərindəndir.
Avicii
Avicii və ya Tim Bergling (8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — Stokholm, İsveçdən olan məşhur DJ və mahnı prodüseri idi. Avicii 2010-cu ildə «My Feelings for You», «Seek Bromance», «Blessed» və «Levels» adlı single'lara görə məşhurlaşdı. Forbes jurnalına əsasən Avicii ən yüksən qonorar alan DJ-dən biri idi, onun illik gəliri 7 mln. dollar idi. == Bioqrafiya == Tim Bergling 1989-cu ildə Stokholm şəhərində anadan olmuşdu. Öz karyerasını Lazy Jones adlı videooyun üçün musiqi remixinin etməsi ilə başlamışdı, sonralar o öz «Lazy Lace» adlı trekini yazmışdı. Onun musiqisinə əsasən Basshunter, Lyuk Leydbek, Stiv Anjello, Tocadisco, Daft Punk, Erik Pridz və Aksvell kimi ifaçılar təsir göstərmişdilər. Pit Tonqun Fast Trax adlı proqramında qələbə qazandıqdan sonra Tim bir çox şirkətlərdən təklif aldı və 2008-ci ildə «Manman» adlı trek buraxdı. Həmin ilin may ayında o At Night Management və Vicious Grooves qrup-şirkətləri ilə kontrakt bağladı. 2011-ci ildə britaniyalı müğənni Leona Lyuis «Collide» adlı mahnını təqdim etdi; bu mahnının instrumental komponenti kimi Avicii'nin «Penguin» trekindən istifadə edilmişdi.
Aviçi

Mərvə Kavakcı
Mərvə Kavakcı(19 avqust 1968, Ankara) — Türk akademiki, siyasətçisi və diplomatı. Mərvə Kavakcı 18 aprel 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasiminə qadağan olunsa da, hicablı qatıldığı üçün parlamentdən xaric edilib. O, Nazirlər Şurasının qərarı ilə ABŞ vətəndaşı olduğunu bəyan etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. O, 1999-cu ildə ABŞ-yə köçüb. Vaşinqtonda Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində müəllim vəzifəsində çalışıb. Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində müəllim vəzifəsində çalışıb və eyni universitetin Postkolonial Araşdırmalar Tətbiq və Araşdırma Mərkəzinin (PAMER) direktoru olub. Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli məktubu ilə Nazirlər Şurasının 3 iyul 2017-ci il tarixli “Resmi Gazete”də dərc olunmuş qərarına əsasən, Nazirlər Kabinetinin 13 may 1999-cu il tarixli qərarı ilə Kavakcının Türkiyə vətəndaşlığını itirməsi ilə bağlı qərarı Nazirlər Kabinetinin 26 may tarixli qərarı ilə ləğv edilib. O, Xarici İşlər Nazirliyinin yay müddətli fərmanı ilə Kuala-Lumpura səfir təyin edilib və vəzifə müddəti 2 iyun 2022-ci ildə başa çatıb.O, 12 avqust 2022-ci il tarixində Prezident tərəfindən Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının üzvü təyin edilib. == Həyatı == Kavakcı 19 avqust 1968-ci ildə Ankarada gürcü əsilli İslam hüququ professoru Yusuf Ziya Kavakcı ilə İspartalı alman dili və ədəbiyyatı mütəxəssisi Gülsərən Gülhan Kavakcının qızı olaraq dünyaya gəlib.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır.Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur. == Elmi töhfələri == Mitsukuri taksonomiya və embriologiya sahələrində araşdırmalar aparmış, Yaponiyada bu sahələrin qabaqcılı olmuşdur.
Kamici adası
Kamici adası (yap. 上地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildi. == Coğrafiyası == İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Sdanın sahəsi — 1,55 km², hündürlüyü — 12 m. Adada kiçik Ueci qəsəbəsi yerləşir.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Aviçi Arena
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib. Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir. Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.