Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kadri Aytaç
Kadri Aytaç (6 avqust 1931, İstanbul – 28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir. 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla. Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir. 1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Kabri
Kabri (fr. Cabris) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sen-Valye-de-Tye kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,43 km², əhalisi — 1558 nəfərdir (2006) artım tendensiyası ilə: 1384 nəfər (2012), əhalinin sıxlığı 254,9 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1427 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1384 nəfər.
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kinokadr nedir?
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Mehmed Kadri Paşa
Mehmed Kadri Paşa (1832, Qaziantep, Hələb əyaləti – 11 fevral 1884, Ədirnə) — II Əbdülhəmidin səltənətində 3 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Aslan, Adnan, "Mehmed Kadri Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.146-147 ISBN 975-08-0072-9 Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181 İnal, İbnülemin Mahmud Kemal, "Mehmed Kadri Paşa" (1982) Son Sadrazamlar 4 Cilt, İstanbul:Dergah Yayınları (3.
Amblyseius kadii
Kadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Kaori Naqamine
Kaori Naqamine (d. 3 iyun 1968) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 48 qol vurub.
Kaori Takahaşi
Kaori Takahaşi (高橋馨, Takahaşi Kaori, 30 mart 1974, İvate) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Kaori Takahaşi Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takahaşi Olimpiadanın bürünc medalına sahib olub.
Kaori İço
Kaori İço (yap. 伊調 馨 , 13 iyun 1984-cü il) — yaponiyalı qadın sərbəst güləşçisi. Kaori İço beynəlxalq səviyyədə birinci yarışına 2002-ci ildə Cənubi Koreyanın Busan şəhərinin ev sahibliyində baş tutan XIV Asiya Oyunları çərçivəsində qatıldı. Kaori İço qrup mərhələsinin 1-ci turunda Türkmənistan nümayəndəsi Osana Kohorinanı 7:0, 2-ci turunda Çin Taybeyi nümayəndəsi Çuanq Şu-Fanqı 8:0, 3-cü turunda isə Cənubi Koreya nümayəndəsi Hanq Jin-Younqu 5:0 hesabı ilə məğlub etdi və Asiya Oyunlarının final görüşünə vəsiqə qazandı. Final görüşündə o, Çin nümayəndəsi Xu Haiyan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kaori İço Xu Haiyana 5:6 hesabı ilə məğlub oldu və XIV Asiya Oyunlarının gümüş medalına sahib oldu.
Kapri (ada)
Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur. "Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər". "Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?" Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar. Tiberi Aksel Munte Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kayri İrvinq
Kayri Örvinq (23 mart 1992, Melburn, Viktoriya, Avstraliya) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Dallas Maveriks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.
Kuadri Aruna
Kuadri Aruna (9 avqust 1988) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Kuadri Aruna Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Kuadri Aruna Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Pleyd Kamri
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Set Karri
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Şarlott Hornets komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar. Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Stefen Karri
Vardell Stefen Karri (ing. Wardell Stephen Curry; d. 14 mart 1988, Ohayo, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir.
Typhlodromus kadii
Typhlodromus kadii (lat. Typhlodromus kadii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü.
Valori Karri
Valorie Curry — (12 fevral 1986) Amerikalı aktrisadır. Rol aldığı proyektlər arasında Veronica Mars (2005–06), The Tick (2016–19), Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012) (2012) və Blair Witch (2016) vardır. O, Fox kanalının The Following (2013–14) və PlayStation 3 texnologiya sərgisi üçün çəkilən Kara (2012) qısa filmində baş rolu ifadə edib. Detroit: Become Human (2018) video oyununda isə Kara obrazını yenidən canlandırmışdır. Karri, The Following serialında rol alan Sem Andrvud ilə 2016-cı ilin İyul ayında evləndi. "Beynəlxalq Coming Out Günü"ndə panseksual olduğunu açıqlamışdır.
Enver Hadri
Enver Hadri (alb. Enver Hadri) — Kosovalı alban olan hüquq müdafiəçisi. 1972-ci ildən Brüsseldə yaşayıb, Kosovoda İnsan Hüquqları Komitəsinin təsisçisi olub. 25 fevral 1990-cı ildə Brüsseldə svetoforda dayanarkən üç serb - Yuqoslaviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Bu hadisə Sent-Gilles kommunasında, Sent-Bernard küçəsi ilə Viktuar küçəsinin kəsişməsində baş verir. Hadrinin yanında Serbiya tərəfindən Kosovoda öldürülən 32 albanın siyahısı var idi və o, ertəsi gün bunu Avropa Parlamentinin İnsan Haqları Komitəsinə təqdim edəcəkdi. Qatillər Andrija Lakoniç, Veselin Vukotiç və Darko Aşanin idi. Lakoniç Hadrinin öldürülməsindən qısa müddət sonra Serbiyada Vukotiç tərəfindən öldürüldü, Aşanin isə əvvəlcə Yunanıstanda həbs olunur, oradan Belçika hakimiyyətinə göndərilməli idi, lakin Yunanıstanın ədliyyə nazirinin müdaxiləsindən sonra o, Serbiyaya aparılır. Elə həmin il Serbiyada öldürülür. Veselin Vukotiç 2006-cı ildə İspaniyada həbs edilib İspaniya polisinin məlumatına görə, Vukotiçdə Ənvər Hadrinin qətlindən əlavə, çoxsaylı qətllərlə bağlı keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç haqqında ittihamedici sənədlər də olub.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Brendon Karri
Brandon Curry (19 oktyabr 1982, Neşvill) IFBB pro liqasında kişilər arasında açıq bodibildinq bölməsində yarışan amerikalı peşəkar bodibilderdir. O, bodibildinq üzrə 2019-cu ilin Mr. Olympia çempionu olmuşdur. Həyatı-Karri Tennessi ştatının Nashville şəhərində anadan olmuşdur. O, ilk dəfə altıncı doğum günü üçün Hulk Hogan markalı bir cüt dumbbell aldıqdan sonra çəki məşqləri ilə maraqlanmışdır. Curry daha sonra bir jurnal müsahibəsində onu super qəhrəman hərəkət fiquru G. I.-nin motivasiya etdiyini xatırlamışdır. Joe and the Rocky və Rambo onun bədənini tam əzələ qabiliyyətinə qədər inkişaf etdirmək üçün film'lər çəkmişdir. Uşaqlıqda Karrinin valideynləri onu gimnastika dərslərinə yazdırsalar da, onun, idman'a marağı azalmışdır. Karri Nashvilledəki Hunters Lane Kompleks Liseyində tələbə olarkən güləş, yüngül atletika və futbol'la məşğul olmuşdur. Karri, Tennessi ştatının Murfreesboro şəhərindəki Orta Tennessi Dövlət Universitet'ində oxumuşdur və eynilədə burada idman elmləri üzrə ixtisaslaşmışdır.
Kayri Örvinq
Kayri Örvinq (23 mart 1992, Melburn, Viktoriya, Avstraliya) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Dallas Maveriks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.