Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kandela
Kandela işıq şiddətinin vahididir. Beynəlxalq BS sistemindəki 7 əsas vahiddən biridir. == Dalğa uzunluğu və tezlik == Şüalanma dalğa uzunluğu və ya tezlik ilə ifadə oluna bilər. İkisi arasındakı əlaqə: λ = c f {\displaystyle \lambda ={\frac {c}{f}}} Burada λ dalğa uzunluğu, f tezlik və c də işığın sürətidir. Vakuumda işığın sürəti 299,792,458 m/s təşkil edir. BS sistemində dalğa uzunluğu vahidi metr (m) və tezlik vahidi Hertzdir (Hz), (yuxarıdakı ifadədə tezlik GHz ilə verilirsə, dalğa uzunluğu da nm ilə hesablana bilər). == Elektromaqnit güc və işıq gücü == Bütün işıq mənbələri elektromaqnit spektrində şüalanır. Bu şüalanmanın gücü vattla ölçülür. Ancaq bu şüalanmanın tamamı insan gözü ilə görülə bilməz. İşıq insan gözü ilə qəbul edilən şüalanmaya verilən addır.
Vensan Kandela
Vensan Kandela — Fransa futbolçusu. == Bioqrafiyası == "Tuluza" və "Genqam"da bir neçə mövsüm keçirən fransız 1997-ci ildə ölkə xaricinə çıxmaq qərarına gəldi, nəticədə növbəti komandası "Roma" oldu. Romalıların heyətində ardıcıl səkkiz mövsüm, üstəgəl bununla üst-üstə düşən yığmaya çağırışlar (40 oyun, 5 qol) müdafiəçinin karyerasının zirvəsidir. Avropa və dünya çempionu titulları, eləcə də "skudetto" – oyunçuların böyük əksəriyyəti belə kolleksiyanı yalnız arzulaya bilər. Romadan sonra Vensan iki il ərzində dörd komandada – "Bolton", "Udineze", "Syena" və "Messina"da olub. == 2006/07-ci illər mövsümü == Yəqin ki, Kandelanın ən pis mövsümü. Zəif "Syena" və "Messina"da çıxış etməklə o, heç əvvəlki etibarlılığına yaxınlaşa da bilmirdi. Bu azmış kimi Siciliya klubu "A" Seriyasını tərk etməli oldu. == Nailiyyətləri == Dünya (1998) və Avropa çempionu (2000), İtaliya çempionu (2001) və Superkubokunun sahibi (2001). Sentyabrın əvvəlində Kandela rəsmi şəkildə karyerasını bitirdiyini açıqladı: "Mənim vaxtım çatıb, yolu gənclərə verməyin zamanıdır.
Culcha Candela
Culcha Candela — Berlində yaranmış alman Dancehall qrupu. Onların mahnılarının sözləri siyasətdən başlayaraq, (məsələn - "Una Cosa" və ya "Schöne, neue Welt") party, gecə klubları (məsələn - "Partybus") kimi bir çox mövzuları əhatə edir. Culcha Candela adının mənası "qaynar" və "parlaq" kimi tərcümə oluna bilər. == Tarix == Culcha Candela üç gənc oğlan Johnny Strange, Itchyban, və Lafrotino tərəfindən yaranmışdır. Sonradan bu qrupa Larsito, Mr. Reedoo, Don Cali, və DJ Chino con Estilo da daxil olmuşlar. Belə multikulturizm qrupun musiqi üslubunun seçiminə də özünü göstərmişdir: belə ki, mahnıların bir çoxunda alman, ingilis, ispan və patua dillərində aktiv istifadə olunur. Həmçinin musiqidə Rok, Salsa, Hip-hop və Reggae üslubları hiss olunur. == Albomlar == == Mahnılar == == İstinadlar == == Xarici keçidlər == Culcha Candela Official Website Culcha Candela Fan Website Arxivləşdirilib 2007-07-22 at the Wayback Machine English Lyrics Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine Culcha Candela interview with Big Up!
Mandela Eqbo
Mandela Çinveyzu Eqbo (17 avqust 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Borussiya M. === Eqbo Borussiya akademiyası vasitəsilə inkişaf etmişdir. Eqbo öz peşəkar karyerasında debütünü 24 fevral 2018-ci ildə Hannover klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Denis Zakarianı əvəz etmişdir. Həmin görüşdə Borussiya liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 25 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Mandela effekti
Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır. == Tarixi == 2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar. Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Cənubi Afrika Birliyi[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. == Həyatı == 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. === Siyasi fəaliyyəti === Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.
Andela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Handelia
Handelia (lat. Handelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Handelia trichophylla (Schrenk) Heimerl Sinonim Achillea trichophylla Schrenk ex Fisch. & C.A.Mey.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Vandeya
Vandeya (fr. Vendée, bret. Vande) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 85. İnzibati mərkəzi — La-Roş-sür-Yon. Əhalisi — 654 096 nəfər (departamentlər arasında 37-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazi 6,720 km² əhatə edir. Departamentin ərazisində Sevr-Nantez, Sevr-Nyortez, Les və Vandeya çayları axır. Departamentə Nuarmutye və Ye adaları daxildir. Departamentə 3 rayon, 31 kanton və 282 kommun daxildir.
Zandera
Kaldera
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Daniela
Daniela — ad. Daniela Potapova — Almaniyanı təmsil edən bədii gimnast. Daniela Masseroni — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Karlan — Rumıniyanı təmsil edən marafonçu. Daniela Melkior — portuqaliyalı aktrisadır.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Daniela Masseroni
Daniela Masseroni (28 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Masseroni İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Daniela Masseroni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Daniela Masseroni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Daniela Potapova
Daniela Potapova (d. 17 yanvar 1996; Berlin, Almaniya) — Almaniyanı təmsil edən bədii gimnast. Daniela Potapova, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Potapova 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Eerik Kantola
Eerik Kantola (9 mart 2000-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan RoPS klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === RoPS === Kantola RoPS akademiyası vasitəsilə inkişaf etmişdir. Kantola öz peşəkar karyerasında debütünü 6 fevral 2017-ci ildə Oulu klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Adeniyi İbiyomi ilə əvəz olunmuşdur. Həmin görüşdə RoPS kubok görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Giya Kançeli
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Handelia trichophylla
Handelia (lat. Handelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Handelia trichophylla (Schrenk) Heimerl Sinonim Achillea trichophylla Schrenk ex Fisch. & C.A.Mey.
Kandida Moss
Kandida R. Moss (ing. Candida R. Moss; 26 noyabr 1978, London) — İngiltərə akademiki və jurnalist. O, Əhdi-Cədid alimi və xristianlıq üzrə ixtisaslaşmışdır. Birmingem Universitetinin İlahiyyat və Din fakültəsində ilahiyyat üzrə professordur. Oksford və Yel universitetlərinin məzunu olan Moss erkən xristianlıqda əzabkeşliyin tədqiqi üzrə ixtisaslaşmışdır. == Seçilmiş əsərləri == === Tezis === Moss, Candida. Gods, Lords and Kings: the characterization of the martyrs in the early Christian Acta Martyrum (PhD). Yale University. 2008. OCLC 272271965.
Kandiya krallığı
Kandiya krallığı (it. Regno di Candia) — 1205-1212-ci illərdə Venesiya fəthindən 1645-1669-cu illərdə Kritin Osmanlılar tərəfindən fəthinə qədərki dövründə, Venesiya Respublikasının xarici müstəmləkəsi olan Krit adasının rəsmi adı idi. Bu ada o zamandan erkən müasir dövrə qədər paytaxtı İraklion adı ilə tanınırdı. Artan Osmanlı təhlükəsini nəzərə alaraq, xüsusilə də Kiprin süqutundan sonra, venesiyalılar adanın hərbi infrastrukturunun inkişafına - qalalar, körpülər və yolların bərpasına böyük diqqət ayırdılar. Şəkər və şərabın istehsal və ixracı iqtisadiyyat həyatında saxlanılırdı. Venesiya dövründə Krit iqtisadiyyatı, Venesiya kapitalist maşınının əvvəlki şöhrətinə baxmayaraq istismar olunan Yunan kəndlilərinin əməyinin aşağı effektivliyi həmçinin tabeliyində olan pravoslav yunan əhalisi ilə katolikliyi əhatə edən Venesiya azlığı arasında konfliktlərin artması səbəbindən tədricən tənəzzülə uğramışdır. Müəyyən mədəni qarşılıqlı əlaqəyə baxmayaraq, yunan əhalisi Venesiyalılar tərəfindən etibarsız və döyüş qabiliyyəti olmayan insanlar kimi xarakterizə edilirdi. Venesiya ilə Türklər arasındakı gedən uzun (70 illik) müharibə dövründə Krtin iqtisadi əhəmiyyətini tədricən sarsıtdı. == Tarixi == Krit adası 1204-cü ilə qədər Bizans İmperiyasının bir hissəsi idi, lakin Dördüncü Səlib Yürüşü zamanı imperiya ləğv edildi və onun ərazisini yürüyüş liderləri arasında bölündü. Kritə ilk Bonifaci I Monferrat seçildi, lakin ada üzərində nəzarəti həyata keçirə bilmədiyi üçün qısa müddətdə Venesiya olan hüquqlarını 1000 gümüş marka satdı.
Karmela Alluççi
Karmela Alluççi (22 iyun 1970, Neapol) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Karmela Alluççi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Manuela Bocçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.