Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katalizator
Katalizator (yun. Katalysis) — kimyəvi reaksiyaların həyəcanlanma enerjisinin miqyasını kiçildərək reaksiyanın sürətini artıran və reaksiya sonunda kimyəvi quruluşunda heç bir fərq meydana gəlməyən maddələrə deyilir. == Katalizatorların reaksiya sürətinə təsiri == Kimyəvi reaksiyanın sürətinə katalizatorlar güclü təsir göstərir. === Kataliz === Katalizatorların təsiri ilə reaksiyaların sürətinin dəyişməsi hadisəsi kataliz adlanır. kataliz terminini elmə Berselius daxil etmişdir. O vaxt əsasən parçalanma reaksiyalarına fikir verildiyindən, kataliz xüsusilə belə reaksiyalar timsalında öyrənilirdi. bununla əlaq\ədar olaraq, kataliz termini yunan sözü olan "katalyuzus" sözündən götürülmüşdür ki, bu da "dağılma, parçalanma" mənasını verir. Kataliz həm əhatə dairəsinə, həm də vacibliyinə görə müasir kimyanın ən böyük sahələrindən birinə çevrilmişdir. Sənaye miqyasında gedən kimyəvi reaksiyaların, demək olar ki, böyük əksəriyyəti katalizlə əlaqədardır. bəzən katalizator nəinki reaksiyanın sürətini artırmaq və ya azaltmaq, hətta katalizator iştirakı olmadan heç getməyən reaksiyaların aparılması məqsədi ilə tətbiq edilir.
SEOKAR-2 katalizatoru
Katalizator – Seokar-2 – diyircək şəkilli seolitsaxlayan alümosilikatdır. Neft fraksiyalarının katalitik krekinqində istifadə olunur. Na2O – 25% Fe2O3 – 0,2% Pr2O3 – 2,3% xarici görünüş: farfor şəkilli dairəciklər qranulların ölçüsü – d=2,5–5mm fraksiyasının ölçüsü – d=2,5–0,5mm fraksiyanın tərkibi – 94%-dən az olmamalı Alümosilikatın çökdürülməsi, seolitin hazırlanması və onun alümosilikata daxil edilməsi, diyircəklərin hazırlanması, ion mübadiləsi, yuma, diyircəklərin yuyulması və qurudulması. Fasiləsiz işləyən regenerator qurğusunda 680–7000C-də hava ilə. Məhsulun çıxımı: 7500C-də stabilləşmədən sonra benzinin çıxımı – 47% -dən az olmamalı selektivliyi – 77% kütlədən az olmamalı Ф. М. Садыхов, Р. М.Алигулиев. Катализаторы, процессы нефтехимической и нефтепереработывающей промышленности. Баку, "Элм", 2000, с.
АЩНЦ-3 katalizatoru
Analizator
ANALİZATOR – 1) Radiotexnika və elektrotexnikada müxtəlif proseslərin araşdırılması üçün işlədilən cihaz (məsələn, amplitud analizatoru). 2) Optikada işığın polyarlaşmasının xarakterinin təyin olunması (analizi) üçün işlədilən cihaz və ya qurğu. Elliptik və dairəvi polyarlaşmış işığı həmişə (kompensator ilə) müstəvi polyarlaşmış işığa çevirmək olur. Müstəvi polyarlaşmış işığı aşkara çıxarmaq və onun polyarlaşma müstəvisini təyin etmək üçün polyarlaşma prizmaları, polyaroidlər (xətti Analizatorlar), elliptik və dairəvi polyarlaşmanı aşkar etmək üçün isə kompensator və xətti Analizatordan ibarət qurğular tətbiq olunur. 3) Mərkəzi sinir sistemində əmələ gələn bioelektrik rəqslərin tezliyini təyin etmək üçün elektron cihaz (məsələn, beyin biocərəyanlarının analizatoru). 4) Bərk və dənəvər maddələr, qaz, maye və s.-də komponentlərin faizlə tərkibini təyin etmək üçün işlədilən cihaz (məsələn, qaz analizatoru, maye analizatoru, amin turşuları analizatoru və s.). 5) Səsin tezliyə və zamana görə analizi üçün akustikada tətbiq edilən cihaz (məsələn, səs analizatoru). 6) Hər hansı bir kəmiyyətin amplitudunun paylanma tezliyini müəyyən etmək üçün işlədilən cihaz (məsələn, spektr analizatoru). 7) Proqramlaşdırma sistemlərində ilkin proqramı təhlil edən alqoritm. Təhlilin növündən asılı olaraq leksik, sintaktik və semantik Analizatorlara ayrılır.
Məntiqi analizator
Məntiqi analizator (en. logic analyzer) – aşağı səviyyəli proqramlaşdırma dilində yazılmış proqramın çox çətin sazlanmasını asanlaşdıran qurğu. Məntiqi analizatorun səciyyəvi xüsusiyyətləri: çalışma zamanı şinin siqnallarına nəzarət, yaddaşın verilmiş sahəsinə oxuma və yazma zamanı çalışmanın dayandırılması, çalışmanın istənilən dayanması zamanı bir neçə komandanın geriyə izlənməsi (TRACE BACK). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Paket analizator
Paket analizator (həmçinin şəbəkə analizator, protokol analizator və ya paket izləyici (sniffer) - və ya , xüsusi şəbəkə növləri üçün, Ethernet izləyici (sniffer) və ya Naqilsiz izləyici (Wireless sniffer) - rəqəmsal şəbəkə və ya şəbəkənin bir hissəsi üzərindən keçən informasiya axınını tutaraq loqlarda saxlayan kompüter proqramı və ya kompüterin müəyyən fiziki hissəsidir. Şəbəkədə data axını varsa , izləyici (sniffer) hər bir paketi əldə edir və lazım olduqda paketi deşifrə edərək, paketdəki müxtəlif sahələrin dəyərlərini göstərir və RFC-yə və ya başqa xüsusiyyətlərə görə analiz edir. Paket tutma (packet capture) məlumatın əldə olunması və loqlanması prosesidir. Ethernet, Token Ring və FDDİ şəbəkələr kimi naqilli daxili şəbəkələrdə, şəbəkənin strukturuna görə, hər hansı bir şəxs bir cihazdan şəbəkəni bütöv və ya bir hissəsinin trafikini əldə edə bilər. Switchlər (yönləndiricilər) tərəfindən şəbəkədə trafikin başqa sistemlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün bəzi metodlardan istifadə edilir. (məs: ARP spoofing). Şəbəkənin monitorinq olunması üçün switchin monitoring portu üzərindən keçən bütün data paketləri əldə edilərək analiz edilə bilir. Şəbəkənin monitorinq edilməsi üçün Network Tap monitorinq portdan istifadəyə görə əlverişli olsa da , trafik axını çox olduqda data paketlərini silir. Naqilsiz şəbəkələrdə hər hansı bir şəxs xüsusi kanal və ya bir neçə kanal vasitəsilə trafiki əldə edə bilər. Naqilli və naqilsiz şəbəkələrdə , unicast axından başqa trafikin tutulması üçün izləyici (sniffer), multicast qrupa multicast trafikin əldə olunması üçün monitorinq , və ya broadcast axının əldə olunması üçün—şəbəkə adapteri (network adapter) promiscuous modda (qarışıq modda) olmalıdır.