Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Əslən farsca həftan, qabağı açıq, dik və ya aşağı yaxalı, müxtəlif rəngli qiymətli parçalardan tikilmiş, daha çox daş-qaşla bəzədilmiş və ya naxışlı üst paltarın adıdır. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Karan
Karan (Sayınqala)
Kauan
Kauan — 2005-ci ildə Çelyabinskdə (Rusiya) Atmospheric Doom Metal, post-rok qrupudur. Əvvəllər qrup heyəti Anton Belov (gitara, vokal, keyboard, programlaşdırma) və Lyubov Muşnikovadan (skripka) ibarət idi, lakin sonuncu çıxışda Belov tam heyət ilə 2013-cü ildə toplandı. == Yaranması == Kauan 2005-ci il fevral ayında Anton Belov tərəfindən qurulmuşdur. Onlar ilk başlarda folk metal, black metal, doom metal janrları ilə fəaliyyətə başlamış, sonralar daha çox doom metal və folk metal elementləri ilə ambient və post rock janrında olan ikinci albomlarını çıxarmışdır. Hazırda isə qrup folk metal qrupu olaraq hesab edilə bilər. 2006-cı il sentyabrda Lyubov Muşnikova qrupa skripka ifaçısı kimi qoşuldu. Qrup həmçinin digər musiqiçilərlə də birlikdə işləmişdir, lakin onların heç biri sonda qrupun konsepsiyasına uyğun olmamışdır. İlk albomun səsyazmaları zamanı bəzi sessiya üzvləri violonçel və saksafon ifa etmək üçün dəvət edilmişdi. İlk albom işıq üzü gördükdən sonra (Lumikuuro (BadMoodMan Music, 2007)), Aleksandr Boroviç qrupu tərk edir. Bundan sonra Kauan 2008-ci ilin sonlarında BBM musiqi şirkətində yazılmış Tietäjän Laulu adlı ikinci albomlarını çıxardır.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kazan
Kazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri - rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. == Tarixi == 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. == Toponimikası == Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Afan
Afan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Afan Saatlı rayonunda kənd, Mil düzündədir. Rayonun Novruzlu kəndindən çıxmış yeddi ailə tərəfindən Afan adlanan yerdə salınmış bu kənd əvvəllər Təzə Novruzlu, Yeddievlər, Gəlmələr də adlanırdı. Azərbaycan dilinin dialektlərində afan "zəif, gücsüz" mənasında işlənir. Toponim "gücsüz yer" mənasını ifadə edir.
Araçadzor (Qafan)
Araçadzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Aşağı Karan
Aşağı Karan (Urmiya)
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşnov (Qafan)
Daşnov - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin digər adı Daşnav olmuşdur. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözü ilə fars dilində «nov, kanal, arx» mənasında işlənən nov sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 nəfər, 1904 - cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. == Həyatı == Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Dəymədağlı (Qafan)
Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim kəbirli türk tayfasına mənsub dəymədağıldılar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.