Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Masato
Masato — Yaponiya adı. Masato Morişiqe — Yaponiya futbolçusu. Masato Kudo — Yaponiya futbolçusu.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Karate-do
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Kasale FK
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. == Ümumi məlumat == Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Masato Kudo
Masato Kudo (6 may 1990, Suqinami, Tokio, Yaponiya – 21 oktyabr 2022, Miyazaki[d], Miyazaki, Yaponiya) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Masato Morişiqe
Masato Morişiqe (d. 21 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 2 qol vurub.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Mitsuo Kamata
Mitsuo Kamata (d. 16 dekabr 1937) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 2 qol vurub.
Möhtəşəm Kaşani
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani (1528, Kaşan, İsfahan ostanı – 1 fevral 1588) — İran şairi. Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş, Möhtəşəm, I Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1588) — ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır. Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Vittorio Kasatti
Vittorio Kasatti (8 may 1938) — İtaliyalı keçmiş peşəkar velosiped yarışçısı. Kasatti 1960-cı ildə Tur de Fransda iştirak etmişdir.
Vladimir-Rasate
Vladimir-Rasate (təq. 850, Birinci Bulqar dövləti – ən tezi 893 və ya 893, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin Tenqriçi son imperatoru. Vladimir-Rasate atasının dövründə sərkərdə idi. Serbiya knyazının Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilməmişdi. Vladimir və 12 boyar əsir düşmüşdü. Daha sonra əsirlikdən qurtulmuşdu və evinə qayıtmışdı. 892-ci ildə Müqəddəs Roma imperiyası hökmdarı Arnulf ilə saziş imzalamışdı. Vladimir-Rasate xristianlığı Bizansın təsiri olaraq görür və Tenqriyə inamı geri qaytarmaq istəyirdi. Sadəcə bir hissə boyar tərəfindən dəstəklənən Vladimir 893-cü ildə atası Boris tərəfindən devrildi və kor edildi.
Əhməd Kasani
Əhməd Xacəgi ibn Cəlaləddin Kasani (fars. احمد خواجگی بن جلال‌الدین کاسانی‎; özb. Ahmad Xojagi b. Jaloliddin Kosoniy) vəya "Məxdumi-Əzəm" (fars. مخدوم اعظم‎; özb. Maxdumi Aʼzam; 1461 – 1542, Səmərqənd) — Nəqşibəndi təriqətinin görkəmli sufisi və Səmərqəndin ən məşhur İslam müqəddəslərindən biri. Onun məqbərəsi Özbəkistanın Səmərqənd vilayətindədir. AḤMAD KĀSĀNĪ // Encyclopedia Iranica. KÂSÂNÎ, Ahmed // TDV İslâm Ansiklopedisi.
Kanate Kürdo
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Yukio Kasaya
Yukio Kasaya (笠谷 幸生, Kasaya Yukio, 17 avqust 1943, Yoiçi[d] – 23 aprel 2024, Sapporo) – Yaponiya xizəklə tramplindən tullananı. O, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk Asiya və Yaponiya idmançısıdır. Yukio Kasaya 1943-cü ildə Hokkaydo prefekturasının Yoiçi qəsəbəsində doğulmuşdur. Yoiçidə yerləşən liseydən məzun olduqdan sonra Meyci Universitetinə daxil olmuş, daha sonra "Nikka" viski şirkətində işləməyə başlamışdır. Yukio Kasaya 1970-ci ildə keçirilmiş xizək idman növləri üzrə dünya çempionatında ikinci yeri tutmuş və bu yarışda medal qazanmış ilk Yaponiya idmançısı olmuşdur. 1971/1972 mövsümündə Almaniya və Avstriyada keçirilmiş "Dörd Tramplin" turnirində keçirilmiş üç yarışın da (İnsbruk, Qarmiş-Partenkirhen və Oberstdorf) qalibi olmuşdur. Yukio Kasaya 1972-ci ildə Sapporoda keçirilmiş Qış Olimpiya Oyunlarında 70 metrlik normal tramplindən xizəklə tullanma yarışında qızıl medal qazanmışdır. Beləliklə, o, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk yapon və medal qazanmış ikinci yapon idmançı olmuşdur. Həmin yarışda Yaponiyadan olan digər digər idmançılar – Akitsuqu Konno gümüş medalı, Seyci Aoçi bürünc medalı qazanmışdır. Yarışdan sonra bu üçlük "Hinomaru eskadronu" ləqəbini qazanmışdır.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Kaşan (Fransa)
Kaşan (fr. Cachan) — Fransada kommuna, Parisdən 6,7 km cənubda, l’Ai-le-Roz dairəsində və eyniadlı kantonda yerləşir. Burada Kaşan Ali normal məktəbi yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kaşan (Fransa) ilə əlaqəli mediafayllar var.