Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Veh adası
Veh adası (ind. Pulau Weh) — Sumatra adasından şimal-qərbdə yerləşən, İndoneziyaya məxsus olan ada. Pleystosen dönəmində Sumatra ilə bitişik olmuşdur. Ada Andaman dənizində yerləşir. Adanın ən böyük şəhəri Sabanqdır. Özünün unikal ekosistemi ilə seçilir. Bu səbəbdən bölgədə 60 mil ərazisi olan təbiət qoruğu təşkil edilmişdir. Sahil sularında nəhəng ağızlı köpək balıqlarına rast gəlinir. Ada yayılmış Bufo valhallae növünün nəsli kəsilmək üzrədir. Yerləşdiyi bölgənin mərcanlarında çoxlu sayda balıq növü vardır Rəsmi sayt.
Veh Antiok Xosrov
Veh Antiok Xosrov (pəhl. wyḥ ʾntywk ḥwslwd; hərf. "Antioxiyadan daha yaxşı, bunu Xosrov tikib"), həmçinin Bih-əz-Əndiv-i Xosrov (fars. به از اندیو خسرو‎;, hərf. "Xosrovun Antioxiyadan daha yaxşısı"), Antioxiya Xosrou (yun. Ἀντιόχεια Χοσρόου), Ruməkan (fars. رومگان‎ ) və ya ər-Rumiyyə (ərəb. الرومية‎) — indiki İraqda yerləşən tarixi şəhər. Bu, İran padşahı I Xosrov tərəfindən Dəclə çayının şərq sahilində, deportasiya edilmiş Roma hərbi əsirlərinin məskunlaşdığı Sasani imperiyasının Ktesifon şəhərinin yaxınlığında qurulmuşdur. Məlumata görə, bu, Ktesifondan təxminən bir günlük piyada məsafədə idi. Şəhəri Gundeşapurdan olan xristian Bəraz idarə edirdi. VI əsrin sonlarında onun əhalisi təxminən 30,000 nəfər idi.
Adeh
Adeh (Sulduz)
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. Əhalisinin hamısı Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Keek
Keek — video vəziyyət yenilikləri yükləməyi təmin edən pulsuz bir online sosial şəbəkə xidməti.
Kiev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.
Klel
Klel (fr. Clelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38113. Kommunanın 2006-cı il üçün əhalisi 475 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 520 ilə 1 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Koch
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. Rusların və bir sıra başqa slavyanların krepləridir.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Brem Koen
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı) — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı. Brem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur. Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır.
Ceyd İven
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. Kiril qrafikalı əlifbalı dillər siyahısı Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.