Adnan Paçaçı
Adnan Müzahim Əmin Paçaçı (ərəb. عدنان الباجه جي; 14 may 1923, Bağdad – 17 noyabr 2019, Əbu-Dabi) — İraq siyasətçisi, keçmiş nazir və diplomat.
== Həyatı ==
Adnan Paçaçı 14 may 1923-cü ildə İraqın Bağdad şəhərində anadan olmuşdur. O, İraq və İsrail arasında altıgünlük müharibə zamanı, 1959–1965-ci illərdə İraqın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi və 1965–1967-ci illərdə İraqın Xarici İşlər Naziri olmuşdur.
== Vəfatı ==
Adnan Paçaçı 17 noyabr 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, 96 yaşında vəfat etmişdir.