Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosagül
Kosagül — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Kənd əhalisinin fikrincə, kəndin adı Kosagül/Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə "Kasada-gül", sonralar isə Kasagül adlandırmışlar. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Keçmiş Kosagül kəndi Masallı şəhərindən 2 km məsafədə, Viləşçayının sol sahilində yerləşirdi, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəd idi. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyəti tərkibinə daxil olan Kosakül kəndində 20 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 155 nəfər (91 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 228 nəfər əhali yaşayırdı.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Yeon Kesomun
Yeon Gaesomun (d. 603—ö. 666) — Goguryeo krallığının Dae Magnijisi (대막리지, 大莫離支, Generalissimus). Goguryeonun 27-ci kralı Yeonqnyunu taxtdan salaraq 28-ci və sonuncu kral olan Bojanqı taxta çıxartmışdır. Yeon Gaesomun Tana qarşı Goguryeonu müdafiə etmişdir. == Bioqrafiyası == Yeon Gaesomun Kral Pyeonqvon və Kral Yeongyanq zamanında Goguryeo krallığının baş naziri olmuş Yeon Taejonun böyük oğludur Yeon Gaesomunun ailəsi həmişə Goguryeoda yüksək təbəqəyə və sosial statusa sahib olub. Yeonun babası Yeon Ja-yu da Goguryeonun baş naziri olub. Yeon Gaesomun haqqında informasiya Kral Yeonqnyu və Kral Bojanq haqqında Samsuk Saqi yazılarında və onun oğulları Yeon Namsaeng və Yeon Namsana aid məzar qalıqları kimi qalan Yeon Gaesomunun bioqrafiyasında və oğullarına aid Tanqın yeni kitabında ortaya çıxan bioqrafiyalarda qalıb. Tanqa aid çin tarixi sənədləri Yeon Gaesomunun soyadını Cheon (泉, Çin dilində Quan , mənası "yaz") olaraq verir. Ona görə ki, Yeon (淵, Çin dilində Yuan , mənası "çaybaşı") Tanın banisi İmperator Qaozunun verilmiş adı idi və başqasına belə yanaşma Çin ənənəsində tabu idi.
Ketayun Riahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Kətayun Riyahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Gərd-i Kəşan (Üşnəviyyə)
Gərd-i Kəşan (fars. گردكاشان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 380 nəfər yaşayır (71 ailə).