Kosagül — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]
Kosagül | |
---|---|
39°02′ şm. e. 48°38′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd əhalisinin fikrincə, kəndin adı Kosagül/Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə "Kasada-gül", sonralar isə Kasagül adlandırmışlar.
Keçmiş Kosagül kəndi Masallı şəhərindən 2 km məsafədə, Viləşçayının sol sahilində yerləşirdi, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəd idi.
Kənddə ilk məktəbin açılışı XX əsrin otuzuncu illərinə təsadüf edir. Kosagül kəndinin ilk ali təhsilliləri Mənsimov Şaban Manaf oğlu, Məmmədəliyev İshaq Hacıağa oğlu və Ağabalayev Bəhlul Əjdər oğlu olmuşlar. Kəndi ilk və yeganə alimi kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Talıbov İzzət Ataxan oğludur. O, hazırda Elmi-tədqiqat Meliorasiya İnstitutunda işləyir. Yazıçı jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Zakir Abbas hazırda Mədəniyyət və İncəsənət Univerisitetinin müəllimidir.
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |