Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
Fumio Kişida
Fumio Kişida (29 iyul 1957[…], Şibuya) — Yaponiyanın Baş Naziri, Liberal Demokrat Partiyasının (LDP) sədri.
Karlos Kirina
Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı. == Bioqrafiyası == Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu. Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub. İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı. Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
Diridağ
Diridağ (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində dağ. Diridağ (Ordubad) — Ordubad rayonu ərazisində dağ.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Kirkid
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Korrida
Korrida (isp. corrida – qaçış, cəld hərəkət) və ya öküz döyüşü — ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşmışdır. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Merida
Merida (İspaniya)
Mirinda
Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir. Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir. == Tarixi == Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.
SİRİZA
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
İnirida
İnirida (isp. Guainía) — Kolumbiyanın şərqində yerləşən şəhər və bələdiyyə, Quayniya deparatmentinin inzibati mərkəzidir. == Coğrafi mövqeyi == İnirida, departamentin şərqində, Venesuela sərhəddinin yaxınlığında, Quavyare çayının bir qədər cənubunda, şəhər ölkə paytaxtından təxminən 685 km uzaqlıqda yerləşir. Şəhər dəniz səviyyəsində 82 metr hündürlükdə yerləşir.. Bələdiyyənin sahəsi 16 165 km²dir.. == Əhalisi == Kolumbiyanın Milli Sitastik İdarəsinin məlumatına görə 2012-ci ildə şəhərdə əhalinin sayı 19.282 nəfərə çatmışdır. 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişilər əhalinin 51,2%-ni, qadınlar isə müvafiq olaraq 48,8% -ni təşkil edir. İkincisi, şəhər əhalisinin hindilər 60,3%-ni təşkil edir, avropoid və mestizolar — 38,5%, zəncilər — 1,2%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuculuq nisbəti isə 83,8% təşkil etmişdir.
Kirişi
Kirişi (rus. Кириши — Rusiyada şəhər. Leninqrad vilayətinin Kirişi rayonunun inzibati mərkəzi.
Acaena rorida
Acaena rorida (lat. Acaena rorida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Ahrida zirvəsi
Ahrida zirvəsi (bolq. връх Ахрида, ‘Vrah Ahrida’ \'vr&h a-'hri-da\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 3100 m hündürlüklü qaya zirvəsidir. Zirvə Embree buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə Bolqarıstandakı Şərqi Rodof dağlarındakı zirvənin adını daşıyır. == Yerləşməsi == Ahrida zirvəsi 78°01′48″ c. e. 86°06′46″ q. u. koordinatlarında yerləşmişdir.
Albersia livida
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Alpinia bifida
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Anna Karina
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor. == Həyatı == Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir.
Anthemis rigida
Anthemis rigida (lat. Anthemis rigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.