KİRDAR

is. [ fars. ]
1. İş, əməl, hərəkət.
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif.
Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir.

□ Kirdardan düşmək – artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək.
[Səfər kişi:] Demək, mən lazım ola bilərəm, … mən hələ kirdardan düşməmişəm. Mir Cəlal.

2. Səbir, hövsələ. Kirdarım yoxdur.
– Anada o kirdar hanı, telefona gələ, nömrə tapa, belə odlu-odlu danışa. Mir Cəlal.

□ Kirdarı gəlməmək – hövsələsi çatmamaq, səbri gəlməmək, həvəsi olmamaq. [Mehriban] bir istədi ki, Şərifənin gördüyü işi onun əlindən alıb görsün.
Nədənsə buna da kirdarı gəlmədi. S.Hüseyn.

Kirdarını kəsmək – hövsələdən çıxartmaq.
Lakin Şahpəri ilə baş verən hadisə [Şahmarın] kirdarını kəsmişdi. B.Bayramov.

Синонимы

  • KİRDAR kirdar bax 1. iş 1; 2. güc; 3. səbir I; 4. davranış
KİRAYƏNİŞİN
KİRDARLI

Значение слова в других словарях