Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria) (d. 10 oktyabr 1567 — ö. 6 noyabr 1597) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi.
Kinel bayrağı
Kinel bayrağı — Samara vilayətində yerləşən Kinelin bayrağı
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Mişel Adanson
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Mişel Arnaud
Mişel Arnaud (18 mart 1919[…], Tulon, Var (departament), Fransa – 30 mart 1998[…], Mezon-Laffit[d], İvelin, Fransa) — fransız müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu "Ne crois pas" mahnısı ilə təmsil etmişdir.
Mişel Aun
Mişel Nəim Övn (ərəb. ميشال نعيم عون‎; d. 18 fevral 1935) — Livan hərbi və dövlət xadimi, general, Livanın 1988-1990-cı illərdə baş naziri, 31 oktyabr 2016-cı ildən prezidenti. == Həyat və fəaliyyəti == Mişel Övn 1935-cı ildə varlı olmayan, lakin dərin dini görüşlərə malik olan, maruni dini əqidəli ailədə anadan olmuşdur. O, katolik məktəblərindən birində orta təhsil almışdı, eyni zamanda bir çox müsəlman uşaqlarla dostluq etmişdi: "Biz Əli ilə Pyer arasında, Həsən və Mişel arasında heç bir fərq etmədik. Bir yerdə yeyib içdik". 1958-ci ildə hərbi məktəbini, 1959-cu ildə Fransanın Şalon-sür-Marn şəhərində hərbi məktəbi bitirmişdir. Daha sonra ABŞ-nin Oklahoma ştatındakı Fort Fors artilleriya məktəbində (1966) və Fransa Ali Hərbi Məktəbində (1978-1980) təhsil almışdır. Ərəb dilindən əlavə, ingilis, fransız, ispan və italyan dillərini də öyrənmişdir. Livan ordusunda artilleriya zabiti rütbəsini yerinə yetirdi.
Mişel Baçelet
Veronica Mişel Baçelet Xeriya (isp. Verónica Michelle Bachelet Jeria; 29 sentyabr 1951[…]) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti. == Həyatı == 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Merilenddə almışdır.Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır. 1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur.2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir. == Ailəsi == 3 övlad anasıdır.
Mişel Buke
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], 14-cü Paris dairəsi[d] – 13 aprel 2022[…], XVIII arondisman (Paris)[d]) — Fransız aktyor.
Mişel Butor
Fransız roman və kritik yazarı Mişel Butor, 14 sentyabr 1926-cı ildə, Fransada Mons-en-Baroeul'da dünyaya gəlmişdir. 1947-ci ildə Sorbonne-də Fəlsəfə təhsilini tamamlayır. Daha sonra Gaston Bachelard'ın şagirdi olur. 1950-ci illərdə Fransada inkişaf edən Yeni Roman axınının qabaqda gələn nümayəndələrindən biridir. Selanik, Mançester və Cenevrədə bir sıra universitetlərdə müəllimliik etdi. 1970-ci ildə isə Vincennes-də professor oldu. Michel Butor, romanı fəlsəfə və şeirin bir qarışığı olaraq görər. 1957-ci ildə yazdığı "Dəyişmə" adlı romanında, təcrübi roman texnikasının sərhədlərinə çatdığı qəbul edilir. Bu romanı ilə "Renaudot" mükafatını qazanmışdır. 24 avqust tarixli 2016-cı ildə 89 yaşında vəfat etmişdir.
Mişel Cenneke
Mişel "Şelli" Cenneke 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanmış Avstraliyalı atlet və modeldir. 2010-cu ildə Avstraliya Atletika Çempionatında qalib olaraq Rio Olimpiya oyunlarına vəsiqə qazanmışdır. O, 2012-ci ildə bütün dünya mediasının diqqətini qaçışdan öncə isinmə hərəkətləri edərkən etdiyi rəqslə cəlb etmişdir. == Erkən həyatı == Cenneke Avstraliyanın Kenthörst adlanan vilayətində anadan olmuşdur. Orta təhsilini The Hills Grammar School məktəbində almışdır. Müsahibələrinin birində o, hobbilərinə Avstraliya futbolu, Həndbol, Futbol və ağaca dırmanma olduğunu demişdir. O, Sidney Universitetinini elektrik mühəndisliyi və mexaniki birləşdirmə fakültəsini bitirmişdir. == Karyerası == 2010-cu ilin martında Avstraliya Gənclər Çempionatında Cenneke 100 metrlik qaçış məsafəsini birinci başa vuraraq Avstraliyada qadınlararası sprint rekordunu qırmışdır. Onun şəxsi ən yaxşı göstəricisi 2015-ci il martın 29-da Brisbendə keçirilmiş Avstraliya Atletlər Çempionatında 12.82 saniyə olmuşdur. 2014-cü ildə o Avstraliya yığmasının Birlik Oyunlarındakı heyətinə daxil edilmişdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
Mişel Dillon
Mişel Dillon (d. 24 may 1973) — Birləşmiş Krallığı təmsil edən triatlonçu. == Karyerası == Mişel Dillon, Birləşmiş Krallıq yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nəticədə o, Sidney Olimpiadasını 48 idmançı sırasında 48-ci pillədə başa vurdu.
Mişel Djotodiya
Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb. == Həyatı == Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi.
Mişel Ferrero
Mişel Ferrero (it. Michele Ferrero; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı. == Həyatı == Mişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir. Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır.İtaliyanın ən varlı adamı idi. 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır.Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.
Mişel Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926, Puatye — 25 iyun 1984, Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi.Fuko həyatda “qüsurlu” olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır. 1984-cü il 2 iyunda Fuko qəşş etdi və xəstəxanaya yerləşdirildi.