Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kianit
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Kanci
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Alancıq (Mərənd)
Alancıq (fars. النجق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,408 nəfər yaşayır (333 ailə).
Acanthaster planci
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır. == Xüsusiyyətləri == Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır. Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Lancia Dilambda
Lancia Dilambda — Lancianın 1928–1935-ci illər arasında istehsal etdiyi minik avtomobili. Avtomobil rəsmi olaraq 1929-cu ildə "Paris Motor Show"da təqdim edilib. Avtomobil 24 dərəcə V bucaqlı 4 litrlik V8 mühərrikə malikdir. == Versiyaları == 1928—1931-ci illər arasında istehsal edilmiş ilk seriya 1.104 ədəd istehsal edilmişdir. 1931—1933-cü illər arasında istehsal edilmiş ikinci seriya 300 istehsal edilmişdir. Dəyişdirilən sürət qutusu və əyləcə malik idi. 1933—1935-ci illər arasında istehsal edilmiş üçüncü seriya 281 ədəd istehsal edilmişdir.
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Cizzəx klanı
Cizzəx klanı Özbəkistanın Cizzəx vilayəti ilə bağlı olan qruplaşmadır. Səmərqənd klanı ilə müttəfiqdir. Klanın başçısı Özbəkistan prezidenti İslam Kərimovun müşaviri və keçmiş xarici işlər naziri Əbdüləziz Kamilov sayılır.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır. Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Kanci muzeyi
Kanci muzeyi — 5 iyul 2016-cı ildə Yaponiyanın Kioto prefekturasında istifadəyə verilən muzey və kitabxana. == Haqqında == Gion rayonu kənarında yerləşən Kanci muzeyi və kitabxanası əsasən ibtidai, orta məktəb şagirdləri və onların ailələrinin maraqlarını qarşılamağa yönəlib. Lakin xarici qonaqlar da diqqət mərkəzindədir. Muzeyin mərkəzində "50.000 Kanci qalası" ucalır. Hündürlüyü 7,8 m olan qüllənin üzərindəki kancilər Morohaşi Tetsuci`nin "Dai kan va citen" lüğətini hərtərəfli əhatə edir. Burada kancilər nə qədər çox işlənməsindən asılı olaraq, müxtəlif ölçü və rənglərdə göstərilib. Ən görürünür yerdə cazibədar rənglərlə yazılanlar Yaponiyada ibtidaidən ali məktəbə qədər dərsliklərdə keçilənlərdir. Muzeyin birinci mərtəbəsində kancinin tarixini öyrənməyə kömək edən monitorlar var. Burada ilk dəfə Çində yaranan tısbağa zirehi üzərində həkk olunan heroqlifləri (fala baxmaq zamanı istifadə olunan) görmək olar (5-ci əsrin əvvəllərində Yaponiya gəlib). Həmçinin, burada muzeyə gələnlər əsrlər ərzində kancilərin necə yazıldığını (quruluşu və yazılma texnikasını) əyani görə və özləri də qum üzərində yaza bilərlər.
Səmərqənd klanı
Səmərqənd klanı — İsmoil Jurabekovun başçılıq etdiyi özbək klanıdır. Bu, Özbəkistanda mövcud iki əsas qruplaşmadan biri olub, əsas rəqibi Daşkənd klanıdır. O cümlədən, əsas rəqiblər sırasında yer almayan Fərqanə klanı da rəqib hesab edilir. Keçmiş Özbəkistan Prezidenti İslam Kərimov da Səmərqənd klanına aid hesab olunurdu. == Məlumat == Müasir Özbəkistanda tayfalar artıq mövcud deyildir. Hazırkı klanlar ya ailə səviyyəsində, ya da milli səviyyədə fəaliyyət göstərirlər. Bugünkü "klan" termini Özbəkistanda əsasən dostluq və ya nikah əsaslı himayədarlıq şəbəkəsi mənasını daşıyır. Bəziləri bu qruplaşmalara "fraksiya" deməyə üstünlük verirlər. Sovet İttifaqının süqutundan etibarən Özbəkistan hökuməti qəbilə siyasətinin varlığını inkar etməyə çalışır. == Tarixi == 1983-cü ildə Fərqanə klanını əvəzləyən Səmərqənd klanı Özbəkistanda hakimiyyətə gəldi.
Kanci muzeyi və kitabxanası