Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klervo
Klervo- (lüksemb. Klierf)- Lüksemburqda kanton. == Coğrafi mövqeyi == Klervo- Lüksemburq un ən şimalında, Lüksemburq-Belçikanın sərhəddində yerləşir. Dikirx əyalətinə aid edilir. Bu kantona 8 kommun aiddir. Klervo, Konstum, Xaynerşayd, Xozingen, Truaverj, Veysvampax və Vinkran.
Klervo (abbatlıq)
Klervo (fr. Clairvaux, lat. Clara Vallis) — Fransanın keçmiş Cistercian abbey, sərəncamın ən qədim və ən mühüm monastırlarından biridir. 1115-ci ildə Saint Bernard Klervosky tərəfindən qurulmuşdur. Clervaux Ob (Champagne) müasir şöbəsinin ərazisində yerləşir. Cistercilərin Sədri, St. Benedictin nizamnaməsinə ciddi riayət edilməsi əmri olaraq 1098-ci ildə St Moçskiy tərəfindən təsis edilmişdir. 1113-cü ilədək yalnız Cistercians monastırı, adı sifariş verən Sito (fr. Còteaux, lat. Cistercium) idi.
Krevo qalası
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir. Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu.
Klervo-d’Averon
Klervo-d’Averon (fr. Clairvaux-d'Aveyron, oks. Claravals) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12066. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 16 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1135 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 669 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 522 nəfər iqtisadi fəal, 147 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə bu 72.8%) idi.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. == Morfoloji əlamətləri == Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Syevo
Syevo (fr. Siévoz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38489. Kommunanın 1999-cu il üçün əhalisi 116 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 33 km cənubda yerləşir.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Kiev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir. == Toponimi == "Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb. Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb. == Tarixi == Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır. == Əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər.
Klel
Klel (fr. Clelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38113. Kommunanın 2006-cı il üçün əhalisi 475 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 520 ilə 1 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Klio
Kalio (yun. Κλειώ) Zevsin Mnemosinadən olan doqquz qızından biri, tarix və ya salnamə muzası. Klionun Makedoniya çarı olmuş Pierusdan bir oğlu: Hiaçint dünyaya gəlmişdir.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
II Levon
II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir. == Gəncliyi == 1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi. == Hakimiyyəti == I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi.
I Levon
I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur. I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
Kaleo Kihlenq
Kelvin Klein
Kelvin Riçard Klein (ing. Calvin Richard Klein; 19 noyabr 1942[…], Bronks, Nyu-York ştatı) — ABŞ dəb dizayneri. == Həyatı == Kalvin Klein 1942-ci ilin 19 noyabrında Nyu-York yaxınlığında yerləşən Bronksda anadan olub. Yəhudi əsilli olan Kalvinin atası orta dərəcəli iş adamı imiş. Yazılanlara görə, gələcəyin dizaynerinin incəsənətə marağı hələ uşaqlıqdan yaranır. 18 yaşında yüksək incəsənət məktəbini bitirərək 2 il də Nyu-Yorkun Moda texnologiyaları institutunda oxuyur. Özünü inkişaf etdirir. 1962–1968-ci illərdə Nyu-Yorkun müxtəlif moda evlərində işləyir. Zaman-zaman küçə sənətçisi kimi də fəaliyyət göstərir.1968-ci ildə uşaqlıq dostu Barri Şvarsla birlikdə Calvin Klein, Ltd şirkətini yaradır. Hansı ki şirkət əvvəlcə kişi üst geyimləri istehsal etməyə başlayır.
Kvemo-Kartli
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.
Kvemo Arkevani
Aşağı Qoşakilsə (Kvemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Tarixi == Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə. == Əhalisi == 1870-ci ildə 46 ailədə 309 nəfər, 1926-cı ildə 68 ailədə 371 nəfər, 2002-ci ildə 263 ailədə 1053 nəfər, 2006-cı ildə 264 ailədə 1002 nəfər.
Kvemo Birtsxa
Kvemo Birtsxa (gürc. ქვემო ბირცხა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 150 m hündürlüktə, Suxumidən 8 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 10, თბ., 1986. — გვ. 513.
Kvemo Bolnisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Kvemo Kartli
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.