Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levirat
Levirat (lat. levir; "qayın") — nikahın qədim formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi. == Sözün mənşəyi == Levirate termini "ərin qardaşı" mənasını verən latın dilində levir sözündəndir. == Haqqında == Evliliyin qədim növlərindən biri olmuş və dul qadının ölmüş ərinin qardaşı ilə evlənməsidir. Müharibə zamanı daha geniş yayılmışdı. Bu evlilik formasının icra edilməsinin bir sıra səbəbləri vardır. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi. Bu səbəblərdən biri əmlakın sahibi olmaq meyli idi. Tədqiqatçı Qiyasəddin Qeybullayev bu səbəbləri belə qeyd etmişdir: "Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı zümrədə mərhumun varidatına sahib olmaq meyili əsas rol oynayırdı.
Komrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. == Əhali == 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 == İqtisadiyyatı == Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. == Tanınmış Komratlılar == Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq == Qardaş şəhərlər == == İqlimi == Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. == Tövratın yəhudi Müqəddəs Yazılarında yeri == Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Dovıran (Urmiya)
Dovıran (fars. دويران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (92 ailə).
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Komrat Respublikası
Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika. == Tarixi == 1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı. Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. 6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu. 10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir.
Meral Konrat
Meral Konrat (11 mart 1963, Karaman) — türkiyəli aktrisa, müğənni və aparıcı. == Həyatı == Krım tatarları ailəsində dünyaya gəlmişdi. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilirdi, daha sonra isə kinolara keçdi. Aktyorluqdan savayı o, həmçinin model, aparıcı kimi də fəaliyyət göstərirdi və hətta İtiraf Ediyorum adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı idi. Sonuncu iş yeri Karadeniz TV kanalı idi. Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Komrat Dövlət Universiteti
Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır. == Tədris == Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir. Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır. == Rektorları == Dionis Tanasoqlu İvan Kristioqlo Mihail Daradur Zineyda Arikova Serghei Zaharia == Azərbaycan Tədris Mərkəzi == Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır. Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır. Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir. Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir. Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var.
Vəftizçi İohann kafedralı (Komrat)
Vəftizçi İohann kafedralı — Qaqauziyanın Komrat şəhərində kilsə. Rus Pravoslav Kilsəsinin tərkib hissəsi olan Moldova Pravoslav Kilsəsinin Kaqul və Komrat yeparxiyasına daxildir.