Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kotirovka
Kotirovka (fr. coter, "sitat") — maliyyə aktivinin satıcı və ya alıcı tərəfindən elan edilən və alqı-satqı etməyə hazır olduğu cari qiyməti (təklif olunur). Adətən mübadilə qiyməti kimi nisbətən sürətlə dəyişən qiymətə aiddir. Maliyyə aktivinin növündən asılı olaraq kotirovka valyuta məzənnəsi, qiymətli kağızın dəyəri, kreditin faiz dərəcəsi, mal və ya xammalın qiyməti adlandırıla bilər . Bəzən kotirovka almaq və ya satmaq təklifinin qiyməti deyil, yalnız bağlanmış əqdin qiyməti hesab olunur. Birjalarda qiymətlər xüsusi kotirovka komissiyası (komitə) tərəfindən qeydə alınır və onları malların topdansatış qiymətləri, qiymətli kağızların və xarici valyutaların məzənnələri haqqında xüsusi birja bülletenlərində dərc etdirir. Adətən birja sessiyasının açılış və bağlanış qiymətləri, günün maksimum və minimum qiyməti dərc olunur. Belə nəşrlər "rəsmi sitatlar" adlanır. Kotirovkalar hərracda yaranan bazar şərtlərini, tələb və təklifin nisbətini əks etdirir. Kotirovkalar qiymətli kağızlara və valyutalara sahib olan müxtəlif şirkətlər tərəfindən maliyyə əməliyyatları apararkən, habelə xammal və ya mal ehtiyatlarının balanslaşdırılması üçün istifadə olunur.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Kirovka
Yaşayış məntəqələri AzərbaycandaKirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. == Həyatı == Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kənddə vaxtı ilə Qafqaz almanları yaşamışdır. Onlar kəndi Qrünfeld olaraq adlandırırdılar.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aymani Kadırova məscidi
Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır. == Tikinti == Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı. == Açılışı == Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı. Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı.