Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozalit
Kozalit — mineral, Pb2Bi2S5. Bəzən 6,5%-dək Se qarışığı olduqda - selenkozalit. Kozalit - rombik. Kristalları prizmatikdən, iynəvariyədək. Aqreqat çubuqvari, şüavi, dənəvər. Rəngi qurğuşunu-bozdan, poladı-boza­dək. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 6,7-7,0.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Koesit
Koesit (kousit) - mineral, SiO2. Monoklinik. Kristalları prizmatik, lövhəvari. İkiləşmə {100} və {021} üzrə. Ayrılması iki müstəvi üzrə. Dənələri qeyri-düzgün formalı. Rəngsiz. Sərtliyi 7,5. Xüsusi çəkisi 2,93. Yüksək temperatur (500-600 0C) və təzyiq şəraitində əmələ gəlir.
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kozis
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Kozlu
Kozlu (türk. Kozlu) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisi tərəfindən 12 noyabr 2012 tarixində qəbul edilən 6360 nömrəli qanunun nəticəsində bir ilçəyə çevrildi. Kömür yataqları olan rayonun ümumi əhalisi 44.376 nəfərdir. Dəniz səviyyəsində qurulan rayonun bütün məskunlaşmaları dağlıq ərazilərdə yerləşir. Bülent Ecevit Universitetinin hazırlıq sinifləri bu bölgədə İncirharmanı şəhərciyindədir. Bir zamanlar 60.000 nəfərlik əhaliyə sahib mədənçi diyarı olan Kozlu, Türkiyə Daş kömür Təşkilatının kiçilməsindən sonra immiqrasiya mərkəzi olmuşdur. Kozlu ilçəsi, Zonquldak şəhər mərkəzindən 5 km məsafədə yerləşir. Mərkəzi məhəllə Fateh məhəlləsi Cənubi məhəllə Taşbaca məhəlləsi İhsaniyyə məhəlləsi 19 May məhəlləsi Qılıç məhəlləsi Əsənköy məhəlləsi Yahma məhəlləsi Kozlu ilçəsində turizm sürətlə inkişaf edir. Kozlu çimərliyi, Dəyirmənağzı və Ilıqsu ilçənin əsas görməli yerləridir.
Andrey Kozlov
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini.
Jozeit A
Jozeit A — Sulfid sinfinə aid mineral. Mineral Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən təsdiq edilsə də, zəif müəyyən edilmiş növ olduğu üçün şübhəlidir. Rəngi gümüşü-ağ, hərdən əlvan dəyişkən rəngli, parıltısı metallikdir. Əyilgən mineral olan Jozeit A-nın Sərtliyi 2, xüsusi çəkisi isə 7,66–8,6-dır. Qızıl yataqlarında, qalayın qreyzen yatağında rast gəlir.
Jozeit B
Jozeit B — sulfid sinfinə aid mineral. Mineral Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən təsdiq edilsə də, zəif müəyyən edilmiş növ olduğu üçün şübhəlidir Jozeit B Bi₄Te₂S kimyəvi formulu olan sulfiddir. Triqonal sistemdə kristallaşır, Mohs şkalası üzrə onun sərtliyi 2-dir.
Kollin Ballincer
Kollin Ballincer (ing. Co lleen Ballinger; 21 noyabr 1986, Santa-Barbara, Kaliforniya) — amerikalı komediyaçı, aktrisa, müğənni və youtuber. O, yaratdığı uydurma internet personajı Mirana Sings ilə tanınır. 2023-cü ilin iyun ayında Ballincerin yetkinlik yaşına çatmamış uşaqlarla yazışmaları ortaya çıxdı. Bu ekran görüntülərində onun 15 yaşlı uşaqlara əxlaqsız təkliflər etdiyi əks olunurdu. Ballincer bu ittihamlara cavab olaraq mahnılı bir video yerləşdirib səhv etdiyini etiraf etdi, lakin uşaqları pis yola çəkdiyi iddiası ilə razılaşmadı. O, bu ittihamları "yalan" və "uydurma" adlandırdı. Ballincer buna görə qınandı və tənqid olundu.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həmdə rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Kozlov adası
Kozlov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Popov adasında yerləşən Alekseev burnundan 2,3 km, Reyneke adasından 2,2 km şimal-qərbdə, Vladivostokdan 26 km cənub-qərbdə yerləşir. Ada V. Babkinin ekspedisiyası 1862–1863-cü illərdə araşdırılmışdır. 1885-ci ildə A. Malsev tərəfindən yenidən araşdırılır. Kozlov adasının maksimal hündürlüyü 40,2 metrdir. Sahilləri yüksək, qayalı və sıldırımlıdır. Ərazisi ot və kol bitkiləri ilə örtülüdür. Adadan cənub-qərbdə bir qaya yerləşir. Şimaldan cənuba doğru uzunluğu 540 m, maksimal eni isə 140 metrdir. Şərq sahilləri daha sıldırımlıdır.
Kozmin burnu
Kozmin burnu — Şərqi Sibir dənizində, Çukot Muxtar Dairəsi ərazisinə yerləşən burun. Burun 1823-cü ildə Ferdinant Vrangel tərəfindən onun ekspedisiyasının üzvü olan Prokofiy Kozminin şərəfinə adlandırılmışdır. Burada işıqlı naviqasiya işarəsi qoyulmuşdur.
Sergey Kozlov
Sergey Kozlov (yazıçı)
Simon Kozhin
Simon Kozhin (rus. Кожин, Семён Леонидович) — Rus rəssamı.
Şüşə kokpit
Şüşə kokpit, analoq yığım və ölçü cihazlarının ənənəvi üslubundan daha çox elektron (rəqəmsal) uçuş aləti displeyləri, adətən böyük LCD ekranları ilə təchiz olunmuş təyyarə kokpitidir. Ənənəvi kokpit (aviasiya dairələri içərisindəki "buxar kokpiti" ləqəbli) məlumat göstərmək üçün çoxsaylı mexaniki ölçülərə malik olsa da, bir şüşə kokpit lazım olduqda uçuş məlumatlarını göstərmək üçün tənzimlənə bilən (çox funksiyalı ekran) bir neçə ekrandan istifadə edir. Bu təyyarələrin istismarını və naviqasiyasını asanlaşdırır və pilotlara yalnız ən uyğun məlumatlara diqqət yetirməyə imkan verir. Onlar hava şirkətləri ilə də populyardırlar, çünki ümumiyyətlə xərcləri qənaət edərək uçuş mühəndisinə ehtiyacı aradan qaldırırlar. Son illərdə texnologiya kiçik təyyarələrdə də geniş yayılmışdır. Təyyarə displeyləri müasirləşdikcə onları qidalandıran sensorlar da müasirləşdi. Ənənəvi giroskopik uçuş alətləri etibarlılığı artıran, dəyəri və istismarını azaldaraq elektron münasibət və başlıq istinad sistemləri (AHRS) və hava məlumatları kompüterləri (ADC) ilə əvəz edilmişdir. GPS qəbulediciləri ümumiyyətlə şüşə kokpitlərə birləşdirilir. Erkən şüşə kokpitləri ilə təchiz olunmuş McDonnell Douglas MD-80/90, Boeing 737 Classic, 757 və 767-200 / -300, ATR 42, ATR 72 və Airbus A300-600 və A310-da yalnız hava uçuşu, hündürlük, şaquli sürət və mühərrik performansını qoruyan ənənəvi mexaniki ölçü cihazları naviqasiya məlumatlarını göstərmək üçün Elektron Uçuş Alətləri Sistemlərindən (EFIS) istifadə edirdi. Daha sonra Boeing 737NG, 747-400, 767-400, 777, A320 və sonrakı Airbuses, Ilyushin Il-96 və Tupolev Tu-204’də tapılan şüşə kokpitlər əvvəlki nəsillərin təyyarələrində mexaniki ölçmə cihazlarını və xəbərdarlıq işıqlarını tamamilə dəyişdirdi.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.