Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Kolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Kolett
Kolett, tam adı Sidoni-Qabriel Kolett (fr. Sidonie-Gabrielle Colette; 28 yanvar 1873[…], Sen-Sovyor-an-Pyuize[d] – 3 avqust 1954[…], Paris) — fransız yazıçısı, Belle Époque-un ulduzlarından biri; 1945-ci ildən Qonkur akademiyasının üzvü. == Bioqrafiyası == Məmurun qızı, Burqundiyada doğulub böyümüşdür. 1893-cü ildə "Villi" təxəllüsü ilə tanınan o vaxtkı populyar yazıçı, jurnalist, musiqi tənqidçisi Anri Qotye-Villar (1859-1931) ilə evləndi. Onu paytaxtın ədəbi və bədii dairələri ilə tanış etdi, eyni zamanda utancsızlıqla "ədəbi neqr" olaraq istifadə etdi: 1896-cı ildən Kolett onun üçün "Klodine" haqqında təxəllüsü ilə nəşr etdirdiyi bir sıra avtobioqrafik roman yazdı. Öz təxəllüsü altında Kolett yalnız 1904-cü ildə nəşr etməyə başladı. Həyat yoldaşından uzaqlaşaraq öz yolunu axtarır, 1906-cı ildən musiqi salonunda, Marin teatrında, Mulin Ruj və s. müzikllarda çıxış etməyə başlayır. Sonra ərindən boşanır, qadınlarla bir neçə roman (həyat yoldaşı, yazıçı və aktrisa da daxil olmaqla Matilda de Morni, markiz de Belbyoff, Missi adı ilə çox tanınmayan, Poler təxəllüsü ilə çıxış edən aktrisa və müğənni Emili-Mari Buşo) və kişilər (bunların arasında - Qabriel d'Annunzio, məşhur boksçu və oyunçu Oqüst Olimp Erno və s.) yaşayır. Mulin Ruj səhnəsindəki "Misir xəyalları" pantomimasında (1907) Matilda de Morni ilə açıq öpüşməsi paytaxtda çox səs-küyə və polis prefekturasının müdaxiləsinə səbəb olmuşdur.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır. Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. == Yerləşməsi == Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. == Bioqrafiyası == Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq. Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir.
Skambus kolobata
Cinsi tələbat
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Dmitri Kuleba
Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 4 mart 2020-ci ildən Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir. == Bioqrafiya == 19 aprel 1981-ci ildə Sumidə anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən karyera diplomatı olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Dyadyo Koleda
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Kolera (dəqiqləşdirmə)
Kolera — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyi. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlik. Kolera (musiqiçi) — Türkiyəli rep musiqi sənətçisi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həmdə rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Kombat (qəzet)
Kombat — İkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet. == Tarixi == Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi. Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol Sartr və Raymon Aron da var idi. Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi. Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. == Tarixi == "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Cinsi tələbat hissi
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Aşrah (Mortal Kombat)
Aşrah (ing. Ashrah) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Baraka (Mortal Kombat)
Baraka (ing. Baraka) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Tarkatan tayfasındandır. Yerin döyüşçülərinə qarşı vuruşur.
Blaze (Mortal Kombat)
Bleyz (ing. Blaze) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Odlu elementaldan ibarət olan ruhdur. "Mortal Kombat" seriyası boyu Bleyz üzərində qələbə çalan döyüşçülər müəyyən güc əldə edirlər. == Xarakteristika == "Mortal Kombat II" videooyununun "Yama II" adlı arenasında yan tərəfdə asılmış körpü üzərində dayanan alovlu döyüşçünün təsviri dizayner Toni Qoski tərəfindən yaradılmışdır. Bu personaj videooyunun sirli əlamətləri daşımış və "Mortal Kombat: Deadly Alliance" seriyasında gizli personaj olan "Bleyz" adlı alovlu bədheybəti xatırladırdı. "Mortal Kombat: Armageddon" Bleyz personajı final bosslardan birinə çevrilmişdi.
Bleyz (Mortal Kombat)

Cek (Mortal Kombat)
Cekson Briqqs və ya Ceks Briqqs (ing. Jackson Briggs) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Sonya Bleydin yaxın dostudur.
Ceks (Mortal Kombat)
Cekson Briqqs və ya Ceks Briqqs (ing. Jackson Briggs) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Sonya Bleydin yaxın dostudur.
Ceyd (Mortal Kombat)
Ceyd (ing. Jade) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd personajı Sindel və Kitananın yaxın dostlarından biridir.