Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Koci
Koci — ad. Koci Funamoto — keçmiş Yaponiya futbolçusu. Koci Kondo — keçmiş Yaponiya futbolçusu. Koci Miyata — keçmiş Yaponiya futbolçusu. Koci Nakata — keçmiş Yaponiya futbolçusu.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Komi
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Köln
Köln — Almaniyanın dördüncü, Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəridir. Reyn çayının hər iki sahilində yerləşən bu şəhərin ən məşhur binası, iki qülləsinin hündürlüyü 157 metr olan Dom kilsəsidir. Həmçinin, şəhərdə yerləşən Köln Universiteti Avropadakı ən qədim və böyük universitetlərdən biridir. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyat == == Nəqliyyat == == Təhsil == == Məşhur şəxsləri == Konrad Adenauer - 1949-1963-cü illərdə Almaniya Federativ Respublikasının kansleri Henrix Böll - Almaniyalı yazıçı, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972).
Küli
Küli-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Küli-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Koi
Koi Cyprinus carpio - Çəkilər fəsiləsinə aid balıq növü. Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi sözcüyü Yaponcada "Karp" mənasını verən (コイ) sözündən gəlir. Koilər Karp kimi yaşıl deyil. Onun yerinə qırmızı, ağ, qara və ya gümüşü ola bilər. Ancaq koi bahalı bir balıqdır və onları pişik , tülkü və porsuq kimi heyvanlardan qorumaq üçün xüsusi hovuz lazımdır. Bu balıqlar çox böyüdüklərindən məncə akvariumlarda bəsləmək heyvana işgəncə etməkdir bu bir hovuz balığıdır bu balıqları akvariumda bəsləyəcəksinizsə çox böyük bir akvariuma ehtiyacınız var deməkdir balığın boyunun 7-8 bərk/qatı uyğundur üzmə sürəti və yaddaşına görə balıq kiçik akvariumda asan stressə girərlər bu stressin səbəbi ümumiyyətlə sürakli eyni şeyləri görməkdir akvariumun boyu balığın yaddaşını yeniləyə biləcəyi qədər olmalıdır.
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Anatoli Koni
Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir. == Həyatı == 1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru. Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".
Ancelina Coli
Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; 4 iyun 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri. == Həyatı == Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir.
Artur Keli
Artur Keli (ing. Arthur Cayley; 16 avqust 1821[…], Riçmond[d], Böyük London – 26 yanvar 1895[…], Kembric) — İngilis riyaziyyatçısıdır; qruplar nəzəriyyəsi, riyazi analiz, proyektiv həndəsə üzrə əsərlərin müəllifidir.
Asiya kəli
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Auqusto Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. == Həyatı == Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. == Fəaliyyəti == Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Ceyms Komi
Ceyms Brayan Komi (ing. James Brien Comey, Jr.; 14 dekabr 1960[…], Yonkers[d], Nyu-York ştatı) — ABŞ dövlət xadimi, 4 sentyabr 2013-cü il tarixindən Federal Təhqiqat Bürosu direktoru. Prezident Corc Buşun administrasiyası dövründə Comey 2002-ci ilin yanvarından 2003-cü ilin dekabrınadək Nyu-Yorkun Cənub Bölgəsi üzrə ABŞ vəkili, daha sonra 2003-cü ilin dekabrından 2005-ci ilin avqustunadək ABŞ Baş prokurorunun müavini olub. 2005-ci ilin avqustunda Komi ABŞ Ədliyyə Departamenti (DOJ) baş məsləhətçi kimi Lockheed Martin-in baş vitse-prezidenti olacaq.2010-cu ildə Bridgewater Associates-də baş məsləhətçi oldu. 2013-cü ilin əvvəlində o, Kolumbiya Hüquq Məktəbində baş tədqiqatçı və milli təhlükəsizlik hüququ üzrə Hertoq əməkdaşı olmaq üçün Bridgewater-dan ayrıldı. O, 2013-cü ilin iyul ayına qədər HSBC Holdings-in direktorlar şurasında çalışıb.
Con Coli
Coli Con (1.11.1857, İrlandiya, Offali qraflığı – 8.12.1933, Dublin) — ingilis geoloqu və geofiziki. == Haqqında == Dublində Triniti kollecini bitirmişdir. Dublin Universitetinin professoru (1897-ci ildən) idi. Yerin istilik rejimi üçün radioaktiv elementlərin əhəmiyyətinə birinci olaraq Coli diqqət yetirmişdir. İlk dəfə müxtəlif dağ süxur larında radioaktiv parçalanma prosesində elementlərin ayırdığı enerjinin miqdarını hesablamışıdır. Yer təkindəki proseslərin dövriliyinin tektonik proseslərin radioaktiv parçalanma ilə əlaqəsi fərziyyəsini irəli sürmüşdür (1925).
Cuniçi Koçi
Cuniçi Koçi (yap. 幸内純) — yaponiyalı animator. Animenin "ata"larından biri hesab olunur.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub;2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016). == Şəxsi həyatı == Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Deysi Kori.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.