Kolagir
Kolagir — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
== Tarixi ==
Kənd el arasında Kolayır adlanırr. Gürcücə ცურტავი (Tsurtavi) kimi qeyd edilir.
Kolagir oba adına 1696-cı ilin fərmanlarında rast gəlinir.
Kolagir toponimi qədim Türk kökənli Kola etnoniminin, yaxud da Qıpcaq-Qarapapaqlar soyundan Kula (məxəzdə Kulobiç – Kul oba içi) tayfasının adı ilə Türk dillərindəki "giren" – min alaçıqdan ibarət düşərgə sözünün qarışmasıyla düzəlmiş ola bilir (orta yüzillərdə Anadolu yarımadasında yaşamış Türkmən tayfasının bir qolu Kolagir / Kolagirən adlanmışdır və bu qolun da Xocalı, Abdallı, Eyublu, Darğalı, Dur Həsənli tirələri də olmuşdur). Azərbaycanın Göygöl, Abşeron, Bərdə, Ağstafa rayonlarındakı Kolayır, Göycə mahalındakı Kolagirən kəndlərinin, Borçalının Meçidli Görarxı kəndindəki Kolayır məhəlləsinin, Bolnisi rayonundakı Dəllər (Muşevan) kəndinin etnik qohumluğu ehtimalı güclüdür.
== Kolagir qalası ==
Kənddə Kolagir qalası qorunub saxlanır. Gürcü məxəzlərində də bu qalanın adı ქოლაგირის ციხე = Kolagir qalası olaraq keçər. Tarixi məxəzlərə görə, 12-ci yüzildən burada Ağqala olmuş, 18-ci yüzilin axırlarında Gürcü valisi İkinci İraklinin xanımı Darəcan (Dariya) onun yerində indiki qalanı inşa etdirmişdir. Dördkünc biçimdədir.