Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kociki
Kociki (古事記, azərb. Qədim əməllər haqqında qeydlər‎) və ya Furukotofumi – Antik Yaponiya tarixi haqqında ən qədim yazılı mətn. Şintoizmin müqəddəs mətnlərindən biridir. Əsəri bəzən Yaponiyanın Bibliyası adlandırırlar. 712-ci ildə Nara dövründə O no Yasumaro tərəfindən tərtib edilmişdir. Salnamədə göstərilir ki, qanlı çəkişmələrdən sonra taxta Tenmu çıxdı. Bu müharibə "Kociki" salnaməsinin yaranmasına səbəb oldu. "Kociki"nin əsas ideyası hakim sülalənin qanuni olmasını və onların ilahi mənşədən olmasını təsdiq etməkdir. "Kociki"nin mifoloji hissəsi bədii təfəkkürün ən qədim mərhələsini təşkil edir. Burada yaponların təbiətin canlı olması haqqında təsəvvürləri əks etdirilir.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kolanı
Kolanı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Kolanı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kolanı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Kolanı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Kolanı (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Kolibri
Kolibrilər (lat. Trochilidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi. Arıquşlar dünyada ən kiçik quşlardan biridir. Onlar ancaq Yeni Dünyada - Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar.
Kolinyi
Kolinyi (fr. Coligny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolinyi kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01108. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km şimal-şərqində, Lion şəhərindən 80 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 22 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1154 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 634 nəfər (15-64 yaş arasında) arasında 481 nəfər iqtisadi cəhətdən, 153 fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 72.1%). Aktiv 481 sakindən 440 nəfər (237 kişi və 203 qadın), 41 nəfəri işsizdir (22 kişi və 19 qadın).
Komiks
Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. == Tarix == Komikslərin erkən nümunələri Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla getmişlər. == Formatların növləri == Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər. == Həmçinin bax == Veb-komiks Animasiya Cizgi Karikatura == İstinadlar == === Kitablar === Collins, Rachel. Weiner, Robert G. (redaktor).
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Maliki
Maliki məzhəbi (ərəb. مالكي‎) — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Mölkki
Mölkki (fincə: [' mölkki ]) — 1996-cı ildə Lahden Paikka şirkətinin (əvvəllər Tuoterengas kimi tanınan) icad etdiyi bir fin atma oyunudur. Bu kikka adlanan, bir əsrlik Karelian köklü bir oyunu xatırladır. Lakin, mölkki kikka kimi çox fiziki güc tələb etmir və yaşından asılı olmayaraq hər kəs üçün daha münasibdir. Mölkki heç bir xüsusi avadanlıq tələb etmir və müvəffəqiyyət şans və bacarıq birləşməsinə əsaslanır. Oyun Finlandiyada Lahden Paikka tərəfindən təxminən 200,000 dəsti satdı. Mölkki treydmarkdır. == Qaydalar == Oyunçular, 1–12 nömrələnən taxta pinləri aşırtmaq üçün təxminən həmin ölçüdə olan başqa bir pindən (buna mölkki də deyilir) istifadə edirlər. Pinlər atış nöqtəsindən 3–4 metr məsafədə sıx şəkildə yerləşdirilir və aşağıdakı qaydada düzülür: 1-ci sıra, 1/2; 2ci sıra , 3/10/4; 3-cü sıra, 5/11/12/6; 4-cü sıra, 7/9/8. Bir pini aşırmaq onun üzərində qeyd olunan xalı qazandırır. 2 və ya daha çox pini aşırtmaq aşırılan pinlərin sayı qədər xal qazandırır (məsələn, 3 pin aşırtmaq 3 xal).
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199 – ən tezi e.ə. 133, Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi. == Həyatı == Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Tolik
Tarix Əliyev (tam adı ilə: Tarix Tahir oğlu Əliyev; d. 6 iyun 1979, Bakı) və ya bilinən ləqəbi ilə Tolik — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. == Həyatı == Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporunın təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Heymdall (komiks)
Heymdall (ing. Heimdall) – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir.
Kaliko pişiyi
Basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya desenlerin olduğu pişiklər Calico pişiyi olaraq adlandırılır. Bir pişik cinsini deyil rəng şablonunu təyin. ABŞ-da Calico pişiyi olarakanılan bu cür, İngiltərədə isə "tortoiseshell və ağ" olaraq adlandırılmışdır. CALICO tipində pişiklər əksəriyyətlə dişidir. Çünki pişiklərin rənglərini təyin X xromosomlarının və dişilərdə X xromosomundan iki ədəd var. Kişi pişiklərdə bir ədəd X və Y xromosomu vardır və Y xromosomundan rəng xüsusiyyəti yoxdur. Bunun istisnası xxy kromozomlarına sahib pişiklərdir. Ancaq bu pişiklərin də demək olar ki, hamısı, qısırdır. Başda Van pişiyi və Ankara pişiyi olmaq üzrə 40-a yaxın pişik irqi mənsubları, CALICO pişiyi tipində tük rəng və naxışlarını sahib ola bilməkdədir.
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. == Öncəki xaqanlar dövründə == 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Kolanı (Hacıqabul)
Kolanı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Abdulabad kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Kür çayının sahilində, Şirvan düzündədir. Kənd vaxtilə Cavad qəzasında yaşamış kolani tayfasına mənsub 71 ailənin Toyuqplov adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.